< 요엘 2 >
1 시온에서 나팔을 불며 나의 성산에서 호각을 불어 이 땅 거민으로 다 떨게 할찌니 이는 여호와의 날이 이르게 됨이니라 이제 임박하였으나
Sionda şeypur çalın, Müqəddəs dağımda bərkdən çalın. Qoy ölkənin bütün əhalisi titrəsin, Çünki Rəbbin günü gəlir, Həmin gün yaxındadır.
2 곧 어둡고 캄캄한 날이요 빽빽한 구름이 끼인 날이라 새벽 빛이 산꼭대기에 덮인 것과 같으니 이는 많고 강한 백성이 이르렀음이라 이같은 것이 자고 이래로 없었고 이후 세세에 없으리로다
Qaranlıq zülmətli bir gün! Buludlu və qatı qaranlıq bir gün! Bir qoşun gəlir Dağlar üzərində yayılan dan kimi Çoxsaylı və qüvvətli bir qoşun. Elə bir qoşun ki, Əzəldən bəri bunun kimisi olmamışdır, Bundan sonra da nəsillər boyu olmayacaqdır.
3 불이 그들의 앞을 사르며 불꽃이 그들의 뒤를 태우니 그 전의 땅은 에덴동산 같았으나 그 후의 땅은 황무한 들 같으니 그들을 피한 자가 없도다
Önlərindəki hər şeyi od yandırıb-yaxır, Arxada qalanları alov qovurur. Önlərindəki Eden bağına bənzər yerdir, Arxalarında olansa izsiz bir səhradır, Heç nə onlardan qaçıb qurtara bilmir.
4 그 모양은 말 같고 그 달리는 것은 기병 같으며
Onlar görkəmcə ata bənzəyir. Atlar necə çapırlarsa, Onlar da eləcə çapırlar.
5 그들의 산 꼭대기에서 뛰는 소리가 병거 소리와도 같고 불꽃이 초개를 사르는 소리와도 같으며 강한 군사가 항오를 벌이고 싸우는 것같으니
Döyüş arabalarına bənzəyən səslə, Küləşi yandırıb-yaxan od-alovun səsi ilə, Dağların zirvələri üzərindən tullanırlar. Onlar hücum üçün düzülən güclü bir qoşuna bənzəyirlər.
6 그 앞에서 만민이 송구하여 하며 무리의 낯빛이 하얘졌도다
Onların qarşısında xalqlar sanki ağrı çəkir, Bütün üzlər solur.
7 그들이 용사같이 달리며 무사 같이 성을 더위잡고 오르며 각기 자기의 길로 행하되 그 항오를 어기지 아니하며
Qaçırlar igidlər kimi, Divara dırmaşırlar cəngavərlər kimi. Hamı nizamla gedir sırasını pozmadan.
8 피차에 부딪히지 아니하고 각기 자기의 길로 행하며 병기를 충돌하고 나아가나 상치 아니하며
Heç kim yoldaşını tapdalamadan Yolundan çıxmır. Silahlar sırasını yarıb-keçirlər, Lakin salamat qalırlar.
9 성중에 뛰어 들어가며 성위에 달리며 집에 더위잡고 오르며 도적같이 창으로 들어가니
Şəhərə doğru qaçışır, Divarlardan atlanıb evlərə soxulurlar, Quldur kimi pəncərələrdən girirlər.
10 그 앞에서 땅이 진동하며 하늘이 떨며 일월이 캄캄하며 별들이 빛을 거두도다
Qarşılarında yer sarsılır, Göylər lərzəyə gəlir, Günəş və ay qaralır, Ulduzlar işıqlarını gizlədir.
11 여호와께서 그 군대 앞에서 소리를 발하시고 그 진은 심히 크고 그 명령을 행하는 자는 강하니 여호와의 날이 크고 심히 두렵도다 당할 자가 누구이랴
Rəbb Öz ordusu önündə səs salır: Ordularının sayı-hesabı yoxdur. Onun sözünü yerinə yetirənlər güclüdür. Rəbbin günü möhtəşəm və çox dəhşətlidir. Buna kim dözə bilər?
12 여호와의 말씀에 너희는 이제라도 금식하며 울며 애통하고 마음을 다하여 내게로 돌아오라 하셨나니
Rəbb belə bəyan edir: «İndi isə orucla, ağlamaqla, yas tutmaqla Bütün qəlbinizlə Mənə dönün.
13 너희는 옷을 찢지 말고 마음을 찢고 너희 하나님 여호와께로 돌아올지어다! 그는 은혜로우시며, 자비로우시며, 노하기를 더디하시며, 인애가 크시사 뜻을 돌이켜 재앙을 내리지 아니하시나니
Paltarlarınızı deyil, ürəyinizi yırtın, Allahınız Rəbbə tərəf qayıdın». Çünki O, lütfkar və rəhmlidir, Hədsiz səbirlidir, bol məhəbbətlidir, Bəla göndərməz, rəhm edər.
14 주께서 혹시 마음과 뜻을 돌이키시고 그 뒤에 복을 끼치사 너희 하나님 여호와께 소제와 전제를 드리게 하지 아니하실는지 누가 알겠느냐
Kim bilir, bəlkə rəhm edib dönər? Sonra Allahınız Rəbbə Taxıl və içmə təqdimlərini verəsiniz deyə Sizə bərəkət verər.
15 너희는 시온에서 나팔을 불어 거룩한 금식일을 정하고 성회를 선고하고
Sionda şeypur çalın, Oruc üçün vaxt təyin edin, Təntənəli toplantı çağırın.
16 백성을 모아 그 회를 거룩케 하고 장로를 모으며 소아와 젖먹는 자를 모으며 신랑을 그 방에서 나오게 하며 신부도 그 골방에서 나오게 하고
Xalqı bir yerə yığın, Camaatı təqdis edin, Ağsaqqalları yığın, Uşaqları və südəmər çağaları toplayın. Bəy öz otağından, Gəlin də öz gərdəyindən çıxsın.
17 여호와께 수종드는 제사장들은 낭실과 단 사이에서 울며 이르기를 여호와여 주의 백성을 긍휼히 여기소서 주의 기업으로 욕되게 하여 열국들로 그들을 관할하지 못하게 하옵소서 어찌하여 이방인으로 그들의 하나님이 어디 있느뇨 말하게 하겠나이까 할지어다
Rəbbə xidmət edən kahinlər Məbədin eyvanı ilə qurbangah arasında ağlayıb desin: «Ya Rəbb, xalqına qıyma, Öz irsini rüsvay olmağa qoyma! Qoyma onlar millətlərin dilinə düşsün. Axı nə üçün xalqlar arasında belə deyilsin: “Bəs hanı onların Allahı?”»
18 그 때에 여호와께서 자기 땅을 위하여 중심이 뜨거우시며 그 백성을 긍휼히 여기실 것이라
O zaman Rəbb Öz torpağına qıymayacaq, Öz xalqına rəhm edəcək.
19 여호와께서 그들에게 응답하여 이르시기를 내가 너희에게 곡식과 새 포도주와 기름을 주리니 너희가 이로 인하여 흡족하리라 내가 다시는 너희로 열국 중에서 욕을 당하지 않게 할 것이며
Rəbb xalqına belə cavab verəcək: «Budur, sizə taxıl, Təzə şərab və zeytun yağı göndərəcəyəm, Bunlarla doyacaqsınız, Artıq sizi millətlər arasında rüsvay etməyəcəyəm.
20 내가 북편 군대를 너희에게서 멀리 떠나게 하여 메마르고 적막한 땅으로 쫓아내리니 그 전군은 동해로 그 후군은 서해로 들어갈 것이라 상한 냄새가 일어나고 악취가 오르리니 이는 큰 일을 행하였음이니라 하시리라
Şimal tərəfdən gələn ordunu sizdən uzaqlaşdıracağam. Onu quraq, izsiz bir yerə, Qarşıdakı ordunu Şərq dənizinə, Arxadan gələnləri isə Qərb dənizinə aparacağam. Onların cəsədlərinin pis iyləri ətrafa yayılacaq». Həqiqətən, Rəbb böyük işlər gördü.
21 땅이여! 두려워 말고 기뻐하며 즐거워할지어다 여호와께서 큰 일을 행하셨음이로다
Qorxma, ey torpaq, sevin, fərəhlən. Bu böyük işləri görən Rəbdir.
22 들짐승들아, 두려워 말지어다! 들의 풀이 싹이 나며 나무가 열매를 맺으며 무화과 나무와 포도 나무가 다 힘을 내는도다
Qorxmayın, ey çöl heyvanları, Çünki çölün otlaqları göyərir. Ağac meyvəsi ilə yüklənir, Əncir ağacı, tənək bəhrələrini verir.
23 시온의 자녀들아 너희는 너희 하나님 여호와로 인하여 기뻐하며 즐거워할지어다 그가 너희를 위하여 비를 내리시되 이른 비를 너희에게 적당하게 주시리니 이른 비와 늦은 비가 전과 같을 것이라
Ey Sion xalqı, Allahınız Rəbdə sevinin və şadlanın, Çünki payız yağışını sizə kifayət qədər verir. Əvvəlki kimi payız yağışı ilə Yaz yağışını yağdırır.
24 마당에는 밀이 가득하고 독에는 새 포도주와 기름이 넘치리로다
Xırmanlar taxılla dolu olacaq, Təknələr təzə şərab və zeytun yağı ilə daşacaq.
25 내가 전에 너희에게 보낸 큰 군대 곧 메뚜기와 늣과 황충과 팟종이의 먹은 햇수대로 너희에게 갚아주리니
«Aranıza göndərdiyim böyük qoşunumun – Kəsici çəyirtkənin, qaynaşan çəyirtkənin, Tullanan çəyirtkənin və dağıdıcı çəyirtkənin Yeyib-qurtardığı illərin əvəzini verəcəyəm.
26 너희는 먹되 풍족히 먹고 너희를 기이히 대접한 너희 하나님 여호와의 이름을 찬송할 것이라 내 백성이 영영히 수치를 당치 아니하리로다
Bol-bol, doyunca yeyəcəksiniz, Sizin üçün möcüzəli şeylər edən Allahınız Rəbbin adına şükürlər edəcəksiniz. Xalqım əbədi olaraq rüsvay olmayacaq.
27 그런즉 내가 이스라엘 가운데 있어 너희 하나님 여호와가 되고 다른 이가 없는 줄을 너희가 알 것이라 내 백성이 영영히 수치를 당치 아니하리로다
Onda biləcəksiniz ki, Mən İsrailin arasındayam, Allahınız Rəbb Mənəm, Başqası yoxdur. Xalqım əbədi olaraq rüsvay olmayacaq.
28 그 후에 내가 내 신을 만민에게 부어 주리니 너희 자녀들이 장래일을 말할 것이며 너희 늙은이는 꿈을 꾸며 너희 젊은이는 이상을 볼 것이며
Ondan sonra isə Bütün bəşər üzərinə Ruhumu tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, Ağsaqqallarınız röyalar, Cavanlarınızsa görüntülər görəcək.
29 그 때에 내가 또 내 신으로 남종과 여종에게 부어 줄 것이며
O günlərdə qul və qarabaşların üzərinə də Ruhumu tökəcəyəm.
30 내가 이적을 하늘과 땅에 베풀리니 곧 피와 불과 연기 기둥이라
Göylərdə və yerdə əlamətlər göstərəcəyəm: Qan, alov və tüstü dirəkləri görünəcək.
31 여호와의 크고 두려운 날이 이르기 전에 해가 어두워지고 달이 핏빛 같이 변하려니와
Rəbbin möhtəşəm və dəhşətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək.
32 누구든지 여호와의 이름을 부르는 자는 구원을 얻으리니 이는 나 여호와의 말대로 시온산과 예루살렘에서 피할 자가 있을 것임이요 남은 자 중에 나 여호와의 부름을 받을 자가 있을 것임이니라
Amma Rəbbin adını çağıran hər kəs xilas olacaq, Çünki Rəbbin dediyi kimi Sion dağında və Yerusəlimdə qurtuluş olacaq, Rəbbin çağırdığı sağ qalanlar arasında olacaq.