< 욥기 42 >

1 욥이 여호와께 대답하여 가로되
O vaxt Əyyub Rəbbə belə cavab verdi:
2 주께서는 무소불능하시오며 무슨 경영이든지 못 이루실 것이 없는줄 아오니
«Bilirəm, Sən hər şeyə qadirsən, Sənin istəyinin qarşısı alınmaz.
3 무지한 말로 이치를 가리우는 자가 누구니이까 내가 스스로 깨달을 수 없는 일을 말하였고 스스로 알 수 없고 헤아리기 어려운 일을 말하였나이다
Soruşdun: “Məsləhəti savadsızcasına ört-basdır edən bu kimdir?” Doğrudan da, bilmədiyim şeylərdən, Əlim çatmadığı heyrətamiz işlərdən danışdım.
4 내가 말하겠사오니 주여 들으시고 내가 주께 묻겠사오니 주여 내게 알게 하옵소서
Dedin: “İndi qulaq as, Mən danışacağam, Sual verəcəyəm, Mənə cavab ver”.
5 내가 주께 대하여 귀로 듣기만 하였삽더니 이제는 눈으로 주를 뵈옵나이다
Qulaqlarıma sorağın çatmışdı, İndisə Səni gözlərimlə görürəm.
6 그러므로 내가 스스로 한하고 티끌과 재 가운데서 회개하나이다
Ona görə özümdən zəhləm gedir, Torpağın, külün içində tövbə edirəm».
7 여호와께서 욥에게 이 말씀을 하신 후에 데만 사람 엘리바스에게 이르시되 내가 너와 네 두 친구에게 노하나니 이는 너희가 나를 가리켜 말한 것이 내 종 욥의 말 같이 정당하지 못함이니라
Rəbb Əyyuba bu sözləri deyəndən sonra Temanlı Elifaza dedi: «Sənə və iki dostuna qarşı qəzəbdən alışıb-yandım. Çünki siz qulum Əyyub kimi Mənim haqqımda doğru olanı demədiniz.
8 그런즉 너희는 수송아지 일곱과 수양 일곱을 취하여 내 종 욥에게 가서 너희를 위하여 번제를 드리라 내 종 욥이 너희를 위하여 기도할 것인즉 내가 그를 기쁘게 받으리니 너희의 우매한대로 너희에게 갚지 아니하리라 이는 너희가 나를 가리켜 말한 것이 내 종 욥의 말같이 정당하지 못함이니라
İndi özünüz üçün yeddi buğa və yeddi qoç alıb qulum Əyyubun yanına gedin və özünüz üçün yandırma qurbanı təqdim edin. Qulum Əyyub sizin üçün dua etsin. Mən də onun duasını qəbul edib sizinlə axmaqlığınıza görə rəftar etməyəcəyəm, çünki siz qulum Əyyub kimi Mənim haqqımda doğru olanı demədiniz».
9 이에 데만 사람 엘리바스와 수아 사람 빌닷과 나아마 사람 소발이 가서 여호와께서 자기들에게 명하신 대로 행하니라 여호와께서 욥을 기쁘게 받으셨더라
Beləcə Temanlı Elifaz, Şuahlı Bildad və Naamatlı Sofar gedib Rəbbin onlara dediklərinə əməl etdi. Rəbb də Əyyubun duasını qəbul etdi.
10 욥이 그 벗들을 위하여 빌매 여호와께서 욥의 곤경을 돌이키시고 욥에게 그전 소유보다 갑절이나 주신지라
Əyyub dostları üçün dua edəndən sonra Rəbb ondan alınanları geri qaytardı. O, Əyyuba bütün qabaqkı malından da ikiqat artıq var-dövlət verdi.
11 이에 그의 모든 형제와 자매와 및 전에 알던 자들이 다와서 그 집에서 그와 함께 식물을 먹고 여호와께서 그에게 내리신 모든 재앙에 대하여 그를 위하여 슬퍼하며 위로하고 각각 금 한 조각과 금고리 하나씩 주었더라
Əyyubun bütün qardaşları, bacıları və bütün əvvəlki dost-tanışları yanına gəlib evində onunla çörək yedi və dərdinə şərik oldular. Rəbbin onun başına gətirdiyi bütün bəlalara görə ona təsəlli verdilər. Hər biri ona bir parça gümüş və bir qızıl halqa verdi.
12 여호와께서 욥의 모년에 복을 주사 처음 복보다 더하게 하시니 그가 양 일만 사천과 약대 육천과 소 일천 겨리와 암나귀 일천을 두었고
Rəbb Əyyubun axır günlərini əvvəlki günlərindən daha çox bərəkətli etdi. Onun on dörd min qoyunu, altı min dəvəsi, min cüt öküzü və min eşşəyi var idi.
13 또 아들 일곱과 딸 셋을 낳았으며
Əyyubun yeddi oğlu, üç qızı oldu.
14 그가 첫째 딸은 여미마라 이름하였고 둘째 딸은 긋시아라 이름하였고 세째 딸은 게렌합북이라 이름하였으며
İlk qızının adını Yemima, ikincisinin adını Qesia, üçüncüsünün adını Qeren-Happuk qoydu.
15 전국 중에 욥의 딸들처럼 아리따운 여자가 없었더라 그 아비가 그들에게 그 오라비처럼 산업을 주었더라
Ölkənin heç bir yerində Əyyubun qızları kimi gözəl qızlar yox idi. Əyyub onlara da qardaşları ilə yanaşı miras verdi.
16 그 후에 욥이 일백 사십년을 살며 아들과 손자 사대를 보았고
Bundan sonra Əyyub yüz qırx il yaşadı və dörd nəsil övladlarını gördü.
17 나이 늙고 기한이 차서 죽었더라
O qocalıb yaşa dolaraq öldü.

< 욥기 42 >