< 이사야 55 >
1 너희 목마른 자들아 물로 나아오라 돈 없는 자도 오라 너희는 와서 사 먹되 돈 없이 값 없이 와서 포도주와 젖을 사라
Ey bütün susamışlar, gəlin su başına! Ey pulu olmayanlar, gəlin, alın, yeyin! Gəlin, şərabı və südü pulsuz, havayı alın!
2 너희가 어찌하여 양식아닌 것을 위하여 은을 달아 주며 배부르게 못할 것을 위하여 수고하느냐 나를 청종하라 그리하면 너희가 좋은 것을 먹을 것이며 너희 마음이 기름진 것으로 즐거움을 얻으리라
Nə üçün pulunuzu çörək olmayan şeylərə, Qazandığınızı sizi doydurmayan şeylərə xərcləyirsiniz? Məni diqqətlə dinləyin ki, Yaxşı şeylər yeyəsiniz, nemətlərdən dadasınız.
3 너희는 귀를 기울이고 내게 나아와 들으라 그리하면 너희 영혼이 살리라 내가 너희에게 영원한 언약을 세우리니 곧 다윗에게 허락한 확실한 은혜니라
Qulaq asın, Mənim yanıma gəlin, Dinləyin ki, sağ qalasınız. Mən sizinlə əbədi əhd, Davuda vəd etdiyim sadiq məhəbbət əhdi kəsəcəyəm.
4 내가 그를 만민에게 증거로 세웠고 만민의 인도자와 명령자를 삼았었나니
Budur, onu ümmətlərə şahid, Xalqlara başçı və hökmdar etdim.
5 네가 알지 못하는 나라를 부를 것이며 너를 알지 못하는 나라가 네게 달려올 것은 나 여호와 네 하나님 곧 이스라엘의 거룩한 자를 인함이니라 내가 너를 영화롭게 하였느니라
Tanımadığınız millətləri çağıracaqsınız. Sizi tanımayan millətlər qaça-qaça yanınıza gələcək. Allahınız Rəbbə görə, İsrailin Müqəddəsindən ötrü onlar gələcək, Çünki Rəbb sizi ucaltdı.
6 너희는 여호와를 만날만한 때에 찾으라 가까이 계실 때에 그를 부르라
Tapmaq fürsəti olarkən Rəbbi axtarın, O yaxın ikən Onu çağırın.
7 악인은 그 길을, 불의한 자는 그 생각을 버리고 여호와께로 돌아오라 그리하면 그가 긍휼히 여기시리라 우리 하나님께로 나아오라 그가 널리 용서하시리라
Qoy pis adam öz yolunu, Şər adam öz fikirlərini atsın. Qoy Rəbbə sarı dönsün ki, Onda mərhəmət tapsın. Qoy Allahımıza tərəf dönsün, Çünki Onun əfvi boldur.
8 여호와의 말씀에 내 생각은 너희 생각과 다르며 내 길은 너희 길과 달라서
«Çünki Mənim fikirlərim sizin fikirləriniz deyil, Sizin yollarınız Mənim yollarım deyil» Rəbb belə bəyan edir.
9 하늘이 땅보다 높음 같이 내 길은 너희 길보다 높으며 내 생각은 너희 생각보다 높으니라
«Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə, Yollarım da sizin yollarınızdan, Fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir.
10 비와 눈이 하늘에서 내려서는 다시 그리로 가지 않고 토지를 적시어서 싹이 나게 하며 열매가 맺게 하여 파종하는 자에게 종자를 주며 먹는 자에게 양식을 줌과 같이
Yağış və qar necə göylərdən yağıb oraya qayıtmırsa, Ancaq torpağı sulayıb yeri məhsuldar edirsə, Əkinçiyə toxum, yeyənə çörək verirsə,
11 내 입에서 나가는 말도 헛되이 내게로 돌아오지 아니하고 나의 뜻을 이루며 나의 명하여 보낸 일에 형통하리라
Ağzımdan çıxan kəlmə də belədir: Boş yerə yanıma qayıtmaz, Ancaq istədiyimi yerinə yetirər, Onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər.
12 너희는 기쁨으로 나아가며 평안히 인도함을 받을 것이요 산들과 작은 산들이 너희 앞에서 노래를 발하고 들의 모든 나무가 손바닥을 칠 것이며
Sevinclə çıxacaqsınız, Sülhlə müşayiət olunacaqsınız, Dağlar, təpələr önünüzdə sevinclə nəğmə deyəcək, Çöldəki bütün ağaclar əl çalacaq.
13 잣나무는 가시나무를 대신하여 나며 화석류는 질려를 대신하여 날 것이라 이것이 여호와의 명예가 되며 영영한 표징이 되어 끊어지지 아니하리라 하시니라
Tikanlı kol əvəzinə şam ağacı, Qanqal əvəzinə mərsin ağacı bitəcək. Bu, Rəbb üçün şöhrət, Pozulmaz əbədi əlamət olacaq».