< 히브리서 6 >
1 그러므로 우리가 그리스도 도의 초보를 버리고 죽은 행실을 회개함과 하나님께 대한 신앙과
Bunun üçün Məsih barəsindəki ibtidai təlimi geridə buraxıb kamilliyə doğru irəliləyək. Ölüm gətirən əməllərdən tövbə edib Allaha iman etmənin təməlini,
2 세례들과 안수와 죽은 자의 부활과 영원한 심판에 관한 교훈의 터를 다시 닦지 말고 완전한 데 나아갈지니라 (aiōnios )
vəftizlər, əl qoyub təqdis etmə, ölülərin dirilməsi və əbədi məhkəmə haqqındakı təlimin əsasını yenidən qurmayaq. (aiōnios )
3 하나님께서 허락하시면 우리가 이것을 하리라
Allah izin verərsə, bunlara da əməl edəcəyik.
4 한번 비췸을 얻고 하늘의 은사를 맛보고 성령에 참예한 바 되고
Bir dəfə nurlanmış, səmavi ənamdan dadmış və Müqəddəs Ruha şərik olmuş,
5 하나님의 선한 말씀과 내세의 능력을 맛보고 (aiōn )
Allahın xoş kəlamını və gələcək dövrün qüvvələrini dadmış olduqları halda (aiōn )
6 타락한 자들은 다시 새롭게 하여 회개케 할 수 없나니 이는 자기가 하나님의 아들을 다시 십자가에 못박아 현저히 욕을 보임이라
imandan dönənləri yenidən tövbə edəcək vəziyyətinə gətirmək mümkün deyil. Çünki özləri Allahın Oğlunu yenidən çarmıxa çəkib rüsvay edirlər.
7 땅이 그 위에 자주 내리는 비를 흡수하여 밭 가는 자들의 쓰기에 합당한 채소를 내면 하나님께 복을 받고
Dəfələrlə üstünə yağan yağışı içən və kimlər üçün işlənirsə, onlara faydalı bitkilər yetişdirən torpaq Allahdan xeyir-bərəkət alır.
8 만일 가시와 엉겅퀴를 내면 버림을 당하고 저주함에 가까와 그 마지막은 불사름이 되리라
Tikan və qanqal yetişdirən torpaq isə yararsız və lənətə yaxındır, onun sonu yanmaqdır.
9 사랑하는 자들아 우리가 이같이 말하나 너희에게는 이보다 나은 것과 구원에 가까운 것을 확신하노라
Lakin, ey sevimlilər, biz bu cür danışsaq belə, əminik ki, vəziyyətiniz daha yaxşıdır və xilasa malik olursunuz.
10 하나님이 불의치 아니하사 너희 행위와 그의 이름을 위하여 나타낸 사랑으로 이미 성도를 넘긴 것과 이제도 섬기는 것을 잊어버리지 아니하시느니라
Axı Allah ədalətsiz deyil ki, əməlinizi və Onun adı ilə müqəddəslərə əvvəldən və indi də xidmət etməklə göstərdiyiniz məhəbbəti unutsun.
11 우리가 간절히 원하는 것은 너희 각 사람이 동일한 부지런을 나타내어 끝까지 소망의 풍성함에 이르러
Ümidin verdiyi tam etimada nail olmaq üçün axıra qədər hər birinizin eyni səyi göstərməyinizi arzulayırıq ki,
12 게으르지 아니하고 믿음과 오래 참음으로 말미암아 약속들을 기업으로 받는 자들을 본받는 자 되게 하려는 것이니라
siz tənbəl olmayasınız, amma vəd olunan şeyləri iman və səbirlə irs alanlardan nümunə götürəsiniz.
13 하나님이 아브라함에게 약속 하실 때에 가리켜 맹세할 자가 자기 보다 더 큰 이가 없으므로 자기를 가리켜 맹세하여
Allah İbrahimə vəd verdiyi vaxt adına and içmək üçün Özündən üstün birinin olmadığına görə Öz varlığına and içərək dedi:
14 가라사대 내가 반드시 너를 복주고 복주며 너를 번성케 하고 번성케 하리라 하셨더니
«Sənə mütləq xeyir-dua verəcəyəm və nəslini çoxaldacağam».
15 저가 이같이 오래 참아 약속을 받았느니라
Beləliklə, İbrahim səbirlə gözləyərək vədə nail oldu.
16 사람들은 자기보다 더 큰 자를 가리켜 맹세하나니 맹세는 저희 모든 다투는 일에 최후 확정이니라
İnsanlar özlərindən daha üstün olanın adına and içirlər və sözlərini təsdiq edən and hər iddiaya son qoyur.
17 하나님은 약속을 기업으로 받는 자들에게 그 뜻이 변치 아니함을 충분히 나타내시려고 그 일에 맹세로 보증하셨나니
Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək Öz vədini andla təsdiqlədi.
18 이는 하나님이 거짓말을 하실 수 없는 이 두 가지 변치 못할 사실을 인하여 앞에 있는 소망을 얻으려고 피하여 가는 우리로 큰 안위를 받게 하려 하심이라
Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə – Onun vəd və andında böyük təsəlliyə malik olaq.
19 우리가 이 소망이 있는 것은 영혼의 닻 같아서 튼튼하고 견고하여 휘장 안에 들어가나니
Can lövbərimiz kimi möhkəm və sarsılmaz olan bu ümid məbədin pərdəsinin arxasındakı iç otağa daxil olur.
20 그리로 앞서 가신 예수께서 멜기세덱의 반차를 좇아 영원히 대제사장이 되어 우리를 위하여 들어 가셨느니라 (aiōn )
İsa ilk olaraq bizim uğrumuzda oraya daxil oldu; O, Melkisedeq vəzifəli əbədi Baş Kahin olmuşdu. (aiōn )