< 출애굽기 39 >
1 그들이 여호와께서 모세에게 명하신대로 청색, 자색, 홍색실로 성소에서 섬기기 위한 정교한 옷을 만들고 또 아론을 위한 거룩한 옷을 만들었더라
Rəbb Musaya əmr etdiyi kimi bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən Müqəddəs yerdə xidmət üçün toxunmuş geyimlərini və Harunun müqəddəs geyimlərini hazırladılar.
2 그가 또 금실과, 청색, 자색, 홍색실과, 가늘게 꼰 베실로 에봇을 만들었으되
Efodu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan hazırladılar.
3 금실을 얇게 쳐서 오려서 실을 만들어 청색, 자색, 홍색실과, 가는 베실에 섞어 공교히 짜고
Qızıl lövhələri döyüb onlardan saplar kəsdilər və onlarla bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş kətanın arasına naxışlar tikdilər.
4 에봇을 위하여 견대를 만들어 그 두 끝에 달아 서로 연하게 하고
Hər iki ucunu bir-birinə bağlayan çiyinlik düzəltdilər ki, o bərkidilsin.
5 에봇 위에 에봇을 매는 띠를 에봇과 같은 모양으로 금실과, 청색, 자색, 홍색실과, 가늘게 꼰 베실로 에봇에 붙여 짰으니 여호와께서 모세에게 명하신대로 하였더라
Efodun üstündəki kəmər eyni hissədən idi. O da qızıldan, bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş incə kətandan idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
6 그들이 또 호마노를 깎아 금테에 물려 인을 새김 같이 이스라엘의 아들들의 이름을 그것에 새겨
Hörmə qızıl sağanaqlara salınıb üstündə möhür oyması kimi İsrailin oğullarının adları həkk olunmuş damarlı əqiq daşlarını
7 에봇 견대에 달아 이스라엘 자손의 기념 보석을 삼았으니 여호와께서 모세에게 명하신대로 하였더라
efodun çiyinliklərinə taxdılar. Bunlar İsrailin oğullarının xatirə daşlarıdır. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
8 그가 또 흉패를 공교히 짜되 에봇과 같은 모양으로 금실과, 청색, 자색, 홍색실과, 가늘게 꼰 베실로 하였으니
Döşlüyü də efod kimi naxışlı qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan düzəltdilər.
9 그것의 장이 한 뼘, 광이 한 뼘으로 네모 반듯하고 두 겹이며
Döşlük ikiqat, dördbucaq şəklində olub uzunluğu bir qarış, eni də bir qarış düzəldildi.
10 그것에 네 줄 보석을 물렸으니 곧 홍보석, 황옥, 녹주옥이 첫 줄이요
Üstünə dörd sıra daş taxdılar. Birinci sıra yaqut, topaz, zümrüd;
ikinci sıra firuzə, göy yaqut və almaz;
üçüncü sıra sirkon, əqiq və ametist;
13 네째 줄은 녹보석, 호마노, 벽옥이라 다 금테에 물렸으니
dördüncü sıra sarı yaqut, damarlı əqiq və yəşəm daşı idi. Bu daşlar hörmə qızıl sağanaqlara salındı.
14 이 보석들은 이스라엘 아들들의 이름 곧 그들의 이름대로 열 둘이라 인을 새김 같이 그 열 두 지파의 각 이름을 새겼으며
Daşlar İsrailin oğullarının adlarına görə on iki dənə idi; hər daş on iki qəbilədən birinin adının oyma möhürü idi.
15 그들이 또 정금으로 사슬을 노끈처럼 땋아 흉패에 붙이고
Döşlük üçün xalis qızıldan ipəbənzər burma zəncirlər qayırdılar.
16 또 금테 둘과 금고리 둘을 만들어 그 두 고리를 흉패 두 끝에 달고
İki hörmə qızıl sağanaq və iki qızıl halqa düzəltdilər. Halqaları döşlüyün iki ucuna taxdılar.
17 그 두 땋은 금사슬을 흉패 끝 두 고리에 꿰어 매었으며
İki qızıl ipi döşlüyün uclarındakı iki halqaya taxdılar.
18 그 땋은 두 사슬의 다른 두 끝을 에봇 앞 두 견대의 금테에 매고
İplərin o biri uclarını iki hörmə sağanağa taxıb efodun çiyinliklərinin qabaq tərəfinə bağladılar.
19 또 금고리 둘을 만들어 흉패 두 끝에 달았으니 곧 그 에봇에 대한 안쪽 가에 달았으며
Yenə də iki qızıl halqa düzəldib onları döşlüyün iki ucuna, onun efodla yanaşı iç qatına taxdılar.
20 또 금고리 둘을 만들어 에봇 앞 두 견대 아래 매는 자리 가까운편 곧 공교히 짠 에봇띠 윗편에 달고
Digər iki qızıl halqa düzəltdilər və onu efodun çiyinliklərinin qabaq tərəfinə, aşağıya, efodun kəməri ilə birləşmələrin üzərinə bərkitdilər.
21 청색 끈으로 흉패 고리와 에봇 고리에 꿰어 흉패로 공교히 짠 에봇 띠 위에 붙여서 에봇을 떠나지 않게 하였으니 여호와께서 모세에게 명하신대로 하였더라
Döşlüyü halqaları ilə efodun halqalarına bənövşəyi qaytanla bağlayıb efodun kəmərinin üzərinə bərkitdilər ki, döşlük efoddan sallanmasın. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
22 그가 에봇 받침 긴 옷을 전부 청색으로 짜서 만들되
Efodun cübbəsini büsbütün toxunma bənövşəyi iplikdən tikdilər.
23 그 옷의 두 어깨 사이에 구멍을 내고 갑옷 깃 같이 그 구멍 주위에 깃을 짜서 찢어지지 않게 하고
Onun ortasında baş keçirmək üçün yer tikdilər. Onun kənarında cırılmamaq üçün yaxa toxudular.
24 청색, 자색, 홍색실과, 가는 베실로 그 옷 가장자리에 석류를 수 놓고
Cübbənin ətəyinin ətrafına nəfis toxunmuş bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən narlar düzdülər.
25 정금으로 방울을 만들어 그 옷 가장자리로 돌아가며 석류 사이 사이에 달되
Xalis qızıl zınqırovlar düzəldib, cübbənin ətəyi boyunca narların arasına tikdilər.
26 방울과 석류를 서로 간격하여 공직하는 그 옷 가장자리로 돌아가며 달았으니 여호와께서 모세에게 명하신대로 하였더라
Beləcə xidmət cübbəsinin ətəyi boyunca ətrafında zınqırov və nar sıra ilə düzüldü. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
27 그들이 또 직조한 가는 베로 아론과 그 아들들을 위하여 속옷을 짓고
Harun və oğulları üçün toxunma incə kətan xirqələri,
28 세마포로 두건을 짓고 세마포로 빛난 관을 만들고 가는 베실로 짜서 세마포 고의들을 만들고
nəfis toxunmuş incə kətandan çalma, incə kətan papaqları, əyirmə incə kətan alt paltarı,
29 가는 베실과, 청색, 자색, 홍색실로 수 놓아 띠를 만들었으니 여호와께서 모세에게 명하신대로 하였더라
nəfis toxunmuş incə kətan və bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən naxış tikməli qurşağı tikdilər. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
30 그들이 또 정금으로 거룩한 패를 만들고 인을 새김 같이 그 위에 여호와께 성결이라 새기고
Xalis qızıldan müqəddəslik tacı olan lövhəciyi düzəltdilər və onun üzərinə möhür oyması olaraq «Rəbbə həsr edilmiş» yazısını yazdılar.
31 그 패를 청색 끈으로 관 전면에 달았으니 여호와께서 모세에게 명하신 대로 하였더라
Onu çalmanın üstünə qoymaq üçün bənövşəyi qaytan tikdilər. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
32 이스라엘 자손이 이와 같이 성막 곧 회막의 모든 역사를 준공하여 여호와께서 모세에게 명하신대로 다 행하고
Beləliklə, müqəddəs məskən, yəni Hüzur çadırı üçün bütün işlər tamamlandı. Rəbb Musaya necə əmr etmişdisə, İsrail övladları da bu işi eləcə tamamladılar.
33 그들이 성막을 모세에게로 가져왔으니 곧 막과, 그 모든 기구와, 그 갈고리들과, 그 널판들과, 그 띠들과, 그 기둥들과, 그 받침들과,
Müqəddəs məskəni Musanın qarşısına gətirdilər. Çadırını və onun avadanlığını, bəndlərini, çərçivələrini, şüvüllərini, dirəklərini, altlıqlarını,
34 붉은 물 들인 수양의 가죽 덮개와, 해달의 가죽 덮개와, 가리우는 장과,
qırmızı boyanmış qoç dərilərindən örtüyü, suiti dərilərdən düzəldilmiş örtüyü, arakəsmə pərdəsini,
Şəhadət sandığını və onun şüvüllərini, kəffarə qapağını,
masanı və onun ləvazimatını; təqdis çörəklərini,
37 정금 등대와, 그 잔 곧 벌여놓은 등잔과, 그 모든 기구와, 등유와,
xalis qızıldan çıraqdanı, onun düzülmüş çıraqlarını və işıq yağını,
38 금단과, 관유와, 향기로운 향과, 장막 문장과,
qızıl qurbangahını, məsh yağını, ətirli buxuru, çadırın giriş arakəsməsini,
39 놋단과, 그 놋 그물과, 그 채들과, 그 모든 기구와, 물두멍과, 그 받침과,
tunc qurbangahını, onun üçün tunc şəbəkəni, onun şüvüllərini və bütün avadanlığını, ləyəni və onun altlığını,
40 뜰의 포장들과, 그 기둥들과, 그 받침들과, 뜰문의 장과, 그 줄들과, 그 말뚝들과, 회막의 소용 곧 성막의 모든 기구와,
həyətin pərdələrini, dirəklərini və altlıqlarını, həyətin darvazası üçün arakəsməni, onun iplərini və payalarını – Hüzur çadırı və məskənin ibadəti üçün bütün əşyaları,
41 성소에서 섬기기 위한 정교한 옷 곧 제사 직분을 행할 때에 입는 제사장 아론의 거룩한 옷과 그 아들들의 옷이라
müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri – kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini – hər şeyi ona gətirdilər.
42 여호와께서 모세에게 명하신대로 이스라엘 자손이 모든 역사를 필하매
Rəbb Musaya necə əmr etmişdisə, İsrail övladları da bu işi eləcə tamamladılar.
43 모세가 그 필한 모든 것을 본즉 여호와께서 명하신대로 되었으므로 그들에게 축복하였더라
Musa bütün işləri nəzərdən keçirib gördü ki, onlar bu işə Rəbbin əmr etdiyi kimi əməl ediblər. Musa onlara xeyir-dua verdi.