< 출애굽기 31 >

1 여호와께서 모세에게 일러 가라사대
Rəbb Musaya dedi:
2 내가 유다 지파 훌의 손자요 우리의 아들인 브사렐을 지명하여 부르고
«Bax Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besaleli adı ilə çağırıb,
3 하나님의 신을 그에게 충만하게 하여 지혜와 총명과 지식과 여러가지 재주로
onu Allahın Ruhu ilə hikmət, dərrakə, bilik və hər cür məharətlə doldurmuşam ki,
4 공교한 일을 연구하여 금과 은과 놋으로 만들게 하며
qızıl, gümüş və tuncla işləməyi bacarsın,
5 보석을 깍아 물리며 나무를 새겨서 여러가지 일을 하게 하고
daş-qaş yonsun, ağac oysun, hər cür məharət göstərə bilsin.
6 내가 또 단 지파 아히사막의 아들 오홀리압을 세워 그와 함께 하게 하며 무릇 지혜로운 마음이 있는 자에게 내가 지혜를 주어 그들로 내가 네게 명한 것을 다 만들게 할지니
Mən də Dan qəbiləsində olan Axisamak oğlu Oholiavı ona köməkçi təyin etmişəm. Hər müdrik adamın ürəyinə hikmət qoymuşam ki, Mən sənə necə əmr etmişəm, belə də etsinlər:
7 곧 회막과, 증거궤와, 그 위의 속죄소와, 회막의 모든 기구와
Hüzur çadırını, Şəhadət sandığını və üstündəki kəffarə qapağını, çadırın bütün avadanlığını,
8 상과, 그 기구와, 정금 등대와, 그 모든 기구와, 분향단과
masanı və onun ləvazimatını, xalis qızıldan çıraqdanı və onun bütün əşyalarını, buxur qurbangahını,
9 번제단과, 그 모든 기구와, 물두멍과, 그 받침과
yandırma qurbanları üçün qurulan qurbangahı və onun bütün avadanlığını, ləyəni və onun altlığını,
10 제사직을 행할 때에 입는 공교히 짠 의복 곧 제사장 아론의 성의와 그 아들들의 옷과
toxunmuş geyimləri – kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini,
11 관유와 성소의 향기로운 향이라 무릇 내가 네게 명한대로 그들이 만들지니라!
məsh yağını, Müqəddəs yer üçün ətirli buxuru Mən sənə necə əmr etmişəmsə, qoy o cür də düzəltsinlər».
12 여호와께서 모세에게 일러 가라사대
Rəbb Musaya dedi:
13 너는 이스라엘 자손에게 고하여 이르기를 너희는 나의 안식일을 지키라! 이는 나와 너희 사이에 너희 대대의 표징이니 나는 너희를 거룩하게 하는 여호와인 줄 너희로 알게 함이라
«Sən İsrail övladlarına belə söylə: “Mənim Şənbə günlərimə riayət edin. Çünki bu Mənimlə sizin aranızda nəsildən-nəslə onu bilmək üçün bir əlamətdir ki, sizi təqdis edən Rəbb Mənəm.
14 너희는 안식일을 지킬지니 이는 너희에게 성일이 됨이라 무릇 그날에 일하는 자는 그 백성 중에서 그 생명이 끊쳐지리라
Beləliklə, Şənbə gününə riayət edin, çünki o sizin üçün müqəddəsdir. Onu ləkələyən öldürülməlidir. O gün iş görən hər kəs xalqı arasından qovulsun.
15 엿새 동안은 일할 것이나 제 칠일은 큰 안식일이니 여호와께 거룩한 것이라 무릇 안식일에 일하는 자를 반드시 죽일지니라!
Altı gün iş görülsün, yeddinci gün isə Rəbb üçün təqdis olunan Şənbə istirahət günü olsun. O gün iş görən hər kəs öldürülməlidir.
16 이같이 이스라엘 자손이 안식일을 지켜서 그것으로 대대로 영원한 언약을 삼을 것이니
İsrail övladları nəsildən-nəslə əbədi əhd kimi Şənbə gününə riayət və əməl etsinlər.
17 이는 나와 이스라엘 자손 사이에 영원한 표징이며 나 여호와가 엿새 동안에 천지를 창조하고 제 칠일에 쉬어 평안하였음이니라 하라
Mənimlə İsrail övladları arasında əbədi bir əlamətdir ki, altı gün ərzində Rəbb göyləri və yeri yaratdı, yeddinci gün isə istirahət etdi və dincəldi”».
18 여호와께서 시내산 위에서 모세에게 이르시기를 마치신 때에 증거판 둘을 모세에게 주시니 이는 돌판이요 하나님이 친히 쓰신 것이더라
Sina dağında Allahın Musa ilə söhbəti qurtarandan sonra Allah Öz barmağı ilə yazılmış iki şəhadət daş lövhəsini Musaya verdi.

< 출애굽기 31 >