< 출애굽기 21 >
Sən onların qarşısına bu hökmləri qoymalısan:
2 네가 히브리 종을 사면 그가 육년 동안 섬길 것이요 제 칠년에는 값 없이 나가 자유할 것이요
Sizdən biri İbrani qul alarsa, o qul altı il qulluq edib yeddinci il pulu ödəmədən azad olunsun.
3 그가 단신으로 왔으면 단신으로 나갈 것이요, 장가 들었으면 그 아내도 그와 함께 나가려니와
Əgər qulun tək gəlib, qoy tək də getsin; yox, əgər arvadı vardısa, qoy arvadı ilə getsin.
4 상전이 그에게 아내를 줌으로 그 아내가 자녀간 낳았으면 그 아내와 그 자식들은 상전에게 속할 것이요 그는 단신으로 나갈 것이로되
Əgər qul sahibi quluna arvad veribsə və qulun arvadı oğlan yaxud qız doğubsa, arvadla uşaqları ağası üçün qalsın. Qul isə tək getsin.
5 종이 진정으로 말하기를 `내가 상전과 내 처자를 사랑하니 나가서 자유하지 않겠노라' 하면
Lakin qul təkidlə: “Ağamı, arvadımla uşaqlarımı sevirəm və azad olmaq istəmirəm” desə,
6 상전이 그를 데리고 재판장에게로 갈 것이요 또 그를 문이나 문설주 앞으로 데리고 가서 그것에다가 송곳으로 그 귀를 뚫을 것이라 그가 영영히 그 상전을 섬기리라
onda qoy qulun ağası onu məbədə – Allahın hüzuruna gətirsin. Qulunu qapıya yaxud qapının yan taxtasına söykəyib qulağını bizlə deşsin. Bu qul ağasına ömürlük qulluq etsin.
7 사람이 그 딸을 여종으로 팔았으면 그는 남종 같이 나오지 못할지며
Bir adam qızını qarabaş olaraq satarsa, qız kişi qullar kimi azad olmasın.
8 만일 상전이 그를 기뻐 아니하여 상관치 아니하면 그를 속신케 할것이나 그 여자를 속임이 되었으니 타국인에게 팔지 못할 것이요
Əgər o qız onu özü üçün təyin edən ağasının gözündə pis görünərsə, ağası qızın ödənmə pulunu qəbul edib onu azad etsin; o ağanın qızı yadellilərə satmağa ixtiyarı yoxdur, çünki o qızla xaincəsinə rəftar etdi.
9 만일 그를 자기 아들에게 주기로 하였으면 그를 딸 같이 대접 할것이요
Əgər ağa onu oğlu üçün təyin edibsə, onunla adətə görə öz qızı kimi rəftar etməlidir.
10 만일 상전이 달리 장가를 들지라도 그의 의복과 음식과 동침하는 것은 끊지 못할 것이요
Əgər o adam ikinci arvad alırsa, birinci arvadını yemək və paltar təminatından və arvadlıq hüququndan məhrum etməsin.
11 이 세가지를 시행하지 아니하면 그는 속전을 내지 않고 거저 나가게 할 것이니라
Əgər əri bu üç haqqı qadına vermirsə, qoy bu qadın heç nə ödəmədən azad edilsin.
12 사람을 쳐 죽인 자는 반드시 죽일 것이나
Adam vurub öldürən şəxs öldürülməlidir.
13 만일 사람이 계획한 일이 아니라 나 하나님이 사람을 그 손에 붙임이면 내가 위하여 한 곳을 정하리니 그 사람이 그리로 도망할 것이며
Lakin o şəxs öldürmək qəsdində olmasa və ölüm Mənim iznimlə olsa, o zaman onun üçün bir yer təyin edərəm ki, oraya pənah gətirsin.
14 사람이 그 이웃을 짐짓 모살하였으면 너는 그를 내 단에서라도 잡아내어 죽일지니라!
Bir adam başqa adamı qəsdən hiylə ilə öldürsə, o adamı hətta Mənim qurbangahımdan götür ki, öldürülsün.
15 자기 아비나 어미를 치는 자는 반드시 죽일지니라!
Atasını yaxud anasını döyən adam öldürülməlidir.
16 사람을 후린 자가 그 사람을 팔았든지 자기 수하에 두었든지 그를 반드시 죽일지니라!
İnsan oğurlayıb satan yaxud saxlayan adam öldürülməlidir.
17 그 아비나 어미를 저주하는 자는 반드시 죽일지니라!
Atasını yaxud anasını söyən adam öldürülməlidir.
18 사람이 서로 싸우다가 하나가 돌이나 주먹으로 그 적수를 쳤으나 그가 죽지 않고 자리에 누었다가
Adamlar münaqişə edəndə başqa adamın daşla yaxud yumruqla vurduğu bir adam ölməyib yatağa düşərsə və
19 지팡이를 짚고 기동하면 그를 친 자가 형벌은 면하되 기간 손해를 배상하고 그로 전치되게 할지니라
sonra yataqdan qalxıb əl ağacı ilə bayırda gəzərsə, onu vuran adam cəzasız qalsın və yatdığı müddətin əvəzini ödəsin, sağalana qədər ona qayğı göstərsin.
20 사람이 매로 그 남종이나 여종을 쳐서 당장에 죽으면 반드시 형벌을 받으려니와
Bir adamın dəyənəklə vurduğu qulu yaxud qarabaşı zərbədən ölərsə, o adam cəzalandırılmalıdır.
21 그가 일일이나 이일을 연명하면 형벌을 면하리니 그는 상전의 금전임이니라
Əgər qul yaxud qarabaş bir-iki gün ərzində ölməsə, ağa cəzalandırılmasın; çünki qul yaxud qarabaş ağanın əmlakıdır.
22 사람이 서로 싸우다가 아이 밴 여인을 다쳐 낙태케 하였으나 다른 해가 없으면 그 남편의 청구대로 반드시 벌금을 내되 재판장의 판결을 좇아 낼 것이니라
Adamlar dalaşanda bir hamilə qadın ona dəyən zərbədən uşaq salarsa və başqa ziyan ona dəyməsə, o qadının ərinin tələbi ilə təqsirkar adam hakimlərin təyin etdiyi məbləğdə cərimə ödəməlidir.
23 그러나 다른 해가 있으면 갚되 생명은 생명으로,
Əgər qadına ziyan dəyibsə, təqsirkar adam can əvəzinə can,
24 눈은 눈으로, 이는 이로, 손은 손으로, 발은 발로
göz əvəzinə göz, diş əvəzinə diş, əl əvəzinə əl, ayaq əvəzinə ayaq,
25 데운 것은 데움으로, 상하게 한것은 상함으로, 때린 것은 때림으로 갚을지니라!
yanıq əvəzinə yanıq, yara əvəzinə yara, zədə əvəzinə zədə ödəsin.
26 사람이 그 남종의 한 눈이나 여종의 한 눈을 쳐서 상하게 하면 그 눈 대신에 그를 놓을 것이며
Ağa qulunun yaxud kənizinin gözünə vurub onu kor edərsə, gözün əvəzinə onu azad etsin.
27 그 남종의 한 이나 여종의 한 이를 쳐서 빠뜨리면 그 이 대신에 그를 놓을지니라
Əgər ağa qulunun yaxud kənizinin dişini sındırsa, dişin əvəzinə qulunu azad etsin.
28 소가 남자나 여자를 받아서 죽이면 그 소는 반드시 돌에 맞아 죽을 것이요 그 고기는 먹지 말 것이며 임자는 형벌을 면하려니와
Mal-qaradan olan heyvan kişini yaxud qadını buynuzla vurub öldürərsə, heyvan daşqalaq edilsin; onun əti yeyilməsin, heyvan sahibi isə günahsız sayılsın.
29 소는 본래 받는 버릇이 있고 그 임자는 그로 인하여 경고를 받았으되 단속하지 아니하므로 남녀 간에 받아 죽이면 그 소는 돌로 쳐 죽일 것이고 임자도 죽일 것이며
Lakin əgər heyvan o vaxta qədər vurağan olub, sahibi isə bundan xəbərdar edilsə də, onun qarşısını almasa və nəticədə heyvan kişini yaxud qadını öldürərsə, heyvan daşqalaq edilsin, sahibi isə öldürülsün.
30 만일 그에게 속죄금을 명하면 무릇 그 명한 것을 생명의 속으로 낼 것이요
Əgər heyvanın sahibindən ödənmə pulu istənilirsə, o istənilən pulun məbləğini ödəyib canının əvəzini ödəyə bilər.
31 아들을 받든지 딸을 받든지 이 율례대로 그 임자에게 행할 것이며
Oğlanı ya qızı buynuzlayan heyvana qarşı eyni hökm işlənsin.
32 소가 만일 남종이나 여종을 받으면 소 임자가 은 삼십 세겔을 그 상전에게 줄 것이요 소는 돌에 맞아 죽을지니라!
Əgər heyvan qulu ya kənizi buynuzu ilə vursa, ağasına otuz şekel gümüş verilsin, heyvan isə daşqalaq olsun.
33 사람이 구덩이를 열어 두거나 구덩이를 파고 덮지 아니함으로 소나 나귀가 거기에 빠지면
Bir adam quyunu açıb ya da qazdığı quyunun üstünü örtməsə və ora mal-qara yaxud eşşək düşsə,
34 그 구덩이 주인이 잘 조처하여 짐승의 임자에게 돈을 줄 것이요 죽은 것은 그의 차지가 될지니라!
quyunun sahibi zərəri ödəsin; heyvanın dəyərini sahibinə versin, ölən heyvan isə o adama qalsın.
35 이 사람의 소가 저 사람의 소를 받아 죽이면 산 소를 팔아 그 값을 반분하고 죽은 것도 반분하려니와
Bir adamın mal-qarası başqasının mal-qarasını vurub öldürsə, sahiblər həm sağ qalan heyvanı satıb dəyərini yarı bölməli, həm də ölü heyvanı yarı bölməlidirlər.
36 그 소가 본래 받는 버릇이 있는 줄을 알고도 그 임자가 단속하지 아니하였으면 그는 소로 소를 갚을 것이요 죽은 것은 그의 차지가 될지니라
Amma heyvanın o vaxta qədər vurağan olduğu məlum olanda onun qarşısını almayan sahibi heyvanın əvəzinə heyvan verib zərəri ödəsin; ölən heyvan isə ona qalmalıdır.