< 에스더 9 >

1 아달월 곧 십이월 십 삼일은 왕의 조명을 행하게 된 날이라 유다인의 대적이 저희를 제어하기를 바랐더니 유다인이 도리어 자기를 미워하는 자를 제어하게 된 그 날에
On ikinci ay – Adar ayının on üçü padşahın əmri və fərmanının icra vaxtı yaxınlaşmaqda idi. Düşmənlər elə güman etmişdilər ki, o gün Yəhudilər onların hakimiyyəti altına düşəcək. Lakin bunun əksinə, Yəhudilər onlara nifrət edənlər üzərində zəfər çaldılar.
2 유다인들이 아하수에로왕의 각 도, 각 읍에 모여 자기를 해하고자 하는 자를 죽이려 하니 모든 민족이 저희를 두려워 하여 능히 막을 자가 없고
Yəhudilər onlara pislik etməyə çalışanlara hücum etmək üçün padşah Axaşveroşun bütün vilayətlərində, yaşadıqları şəhərlərə də yığıldılar. Artıq onların qarşısında heç kim dayana bilməzdi, çünki onların zəhmi bütün xalqları bürümüşdü.
3 각 도 모든 관원과 대신과 방백과 왕의 사무를 보는 자들이 모르드개를 두려워하므로 다 유다인을 도우니
Bütün vilayət rəisləri, canişinlər, valilər və padşahın məmurları Yəhudilərə kömək etdi. Çünki Mordokaya görə onların canına qorxu düşmüşdü.
4 모르드개가 왕궁에서 존귀하여 점점 창대하매 이 사람 모르드개의 명성이 각 도에 퍼지더라
Mordokay padşah sarayında yüksək rütbə sahibi olmuş, şöhrəti bütün vilayətlərə yayılmışdı. Artıq bir şəxsiyyət kimi Mordokay get-gedə yüksəlirdi.
5 유다인이 칼로 그 모든 대적을 쳐서 도륙하고 진멸하고 자기를 미워하는 자에게 마음대로 행하고
Yəhudilər bütün düşmənlərini qılıncdan keçirərək öldürüb yox etdilər. Onlara nifrət edənlərə nə istədilərsə, onu da etdilər.
6 유다인이 또 도성 수산에서 오백인을 죽이고 멸하고
Yəhudilər Şuşan qalasında beş yüz nəfəri öldürüb yox etdilər. Bunlarla bərabər
7 또 바산다다와, 달본과, 아스바다와
Yəhudilərin düşməni Hammedata oğlu Hamanın on oğlunu –
8 보라다와, 아달리야와, 아리다다와
Parşandatanı, Dalfonu, Aspatanı,
9 바마스다와, 아리새와, 아리대와, 왜사다
Poratanı, Adalyanı, Aridatanı,
10 곧 함므다다의 손자요, 유다인의 대적 하만의 열 아들을 죽였으나 그 재산에는 손을 대지 아니하였더라
Parmaştanı, Arisayı, Aridayı, Vayzatanı öldürdülər, lakin talana əl atmadılar.
11 그 날에 도성 수산에서 도륙한자의 수효를 왕께 고하니
O gün Şuşan qalasında öldürülənlərin siyahısı padşahın hüzuruna gətirildi.
12 왕이 왕후 에스더에게 이르되 `유다인이 도성 수산에서 이미 오백인을 죽이고 멸하고 또 하만의 열 아들을 죽였으니 왕의 다른 도에서는 어떠하였겠느뇨 이제 그대의 소청이 무엇이뇨 곧 허락하겠노라 그대의 요구가 무엇이뇨 또한 시행하겠노라'
Padşah mələkə Esterə dedi: «Yəhudilər Şuşan qalasında beş yüz nəfəri və Hamanın on oğlunu öldürüb yox etdilər. İndi gör padşahın digər vilayətlərində nə ediblər! Yenə nə istəyin var? Sənə veriləcək. Nə arzun var? Yerinə yetiriləcək».
13 에스더가 가로되 `왕이 만일 선히 여기시거든 수산에 거하는 유다인으로 내일도 오늘날 조서대로 행하게 하시고 하만의 열 아들의 시체를 나무에 달게 하소서'
Ester dedi: «Əgər padşaha xoş görünsə, Şuşandakı Yəhudilərə sabah da izin verilsin ki, bugünkü fərmanı icra etsinlər. Hamanın on oğlunu isə dar ağacından assınlar».
14 왕이 그대로 행하기를 허락하고 조서를 내리니 하만의 열 아들의 시체가 달리니라
Padşah belə edilməsini əmr etdi. Şuşanda fərman elan edildi. Hamanın on oğlu asıldı.
15 아달월 십 사일에도 수산에 있는 유다인이 모여 또 삼백인을 수산에서 도륙하되 그 재산에는 손을 대지 아니하였고
Şuşandakı Yəhudilər Adar ayının on dördündə də yığılıb orada üç yüz nəfəri öldürdülər, lakin talana əl atmadılar.
16 왕의 각 도에 있는 다른 유다인들이 모여 스스로 생명을 보호하여 대적들에게서 벗어나며 자기를 미워하는 자 칠만 오천인을 도륙하되 그 재산에는 손을 대지 아니하였더라
Padşahın vilayətlərində yaşayan digər Yəhudilər öz canlarını qorumaq üçün yığıldılar. Onlara nifrət edən yetmiş beş min nəfəri öldürüb düşmənlərindən azad oldular, lakin talana əl atmadılar.
17 아달월 십 삼일에 그 일을 행하였고 십 사일에 쉬며 그 날에 잔치를 베풀어 즐겼고
Bu hadisə baş verəndə Adar ayının on üçü idi. On dördüncü gün azad olan Yəhudilər ziyafət və sevinc günü keçirdi.
18 수산에 거한 유다인은 십 삼일과 십 사일에 모였고 십 오일에 쉬며 이 날에 잔치를 베풀어 즐긴지라
Şuşandakı Yəhudilər isə həmin ayın on üçündə və on dördündə yığılıb ayın on beşində istirahət edərək ziyafət və sevinc günü keçirdilər.
19 그러므로 촌촌의 유다인 곧 성이 없는 고을 고을에 거하는 자들이 아달월 십사일로 경절을 삼아 잔치를 베풀고 즐기며 서로 예물을 주더라
Elə buna görə də kəndli olub əyalət şəhərlərində yaşayan Yəhudilər Adar ayının on dördünü sevinc, ziyafət və bir-birlərinə sovqat göndərdikləri şənlik günü kimi keçirməkdədir.
20 모르드개가 이 일을 기록하고 아하수에로왕의 각 도에 있는 모든 유다인에게 무론 원근하고 글을 보내어 이르기를
Mordokay bu hadisələri qeyd edib padşah Axaşveroşun uzaqda və yaxında olan bütün vilayətlərindəki Yəhudilərin hamısına məktub göndərdi.
21 `한 규례를 세워 해마다 아달월 십 사일과 십 오일을 지키라
Onlara buyurdu ki, hər il Adar ayının on dördünü və on beşini qeyd etsinlər,
22 이 달 이 날에 유다인이 대적에게서 벗어나서 평안함을 얻어 슬픔이 변하여 기쁨이 되고 애통이 변하여 길한 날이 되었으니 이 두 날을 지켜 잔치를 베풀고 즐기며 서로 예물을 주며 가난한 자를 구제하라' 하매
çünki bu günlər Yəhudilər öz düşmənlərindən azad oldular və o ay kədərləri sevincə, matəmləri şənlik gününə çevrilmişdi. O günlər şənlik qurub sevinməli və bir-birlərinə yemək sovqatları göndərib kasıblara hədiyyə verməli idilər.
23 유다인이 자기들의 이미 시작한대로 또는 모르드개의 보낸 글대로 계속하여 행하였으니
Yəhudilər özləri başladığı kimi Mordokayın yazılı əmrinə görə buna əməl etməyə razı oldular.
24 곧 아각 사람 함므다다의 아들 모든 유다인의 대적 하만이 유다인을 진멸하기를 꾀하고 부르 곧 제비를 뽑아 저희를 죽이고 멸하려 하였으나
Çünki bütün Yəhudilərin düşməni Aqaqlı Hammedata oğlu Haman Yəhudiləri yox etmək üçün onlara qəsd qurmuşdu. Onları əzərək məhv etmək üçün pur, yəni püşk atmışdı.
25 에스더가 왕의 앞에 나아감을 인하여 왕이 조서를 내려 하만이 유다인을 해하려던 악한 꾀를 그 머리에 돌려 보내어 하만과 그 여러 아들을 나무에 달게 하였으므로
Lakin iş padşahın hüzuruna çatanda padşah məktub vasitəsilə əmr etmişdi ki, Hamanın Yəhudilərə qurduğu qəsd-qərəz Hamanın öz başına gətirilsin və Hamanla oğulları dar ağacından asılsın.
26 무리가 부르의 이름을 좇아 이 두 날을 부림이라 하고 유다인이 이 글의 모든 말과 이 일에 보고 당한 것을 인하여
Elə buna görə də bu günlər Pur kəlməsinə görə Purim adlandırılır. Bu namədə verilən təlimatdan, bu iş haqqında gördüklərindən və başlarına gələn hadisələrdən ötrü
27 뜻을 정하고 자기와 자손과 자기와 화합한 자들이 해마다 그 기록한 정기에 이 두 날을 연하여 지켜 폐하지 아니하기로 작정하고
Yəhudilər özləri və sonrakı nəsilləri üçün, habelə onlara qoşulanlar üçün bir adət təsis etdirib bunu davam etdirdilər. Dedilər ki, bu iki günü hər il qaydalara və müəyyən vaxta görə qeyd etməkdə laqeydlik göstərməməlidirlər.
28 각 도, 각 읍, 각 집에서 대대로 이 두 날을 기념하여 지키되 이 부림일을 유다인 중에서 폐하지 않게 하고 그 자손 중에서도 기념함이 폐하지 않게 하였더라
Bu günlər hər nəsildə, hər ailədə, hər vilayətdə və hər şəhərdə xatırlanıb qeyd edilməli, bu Purim günləri Yəhudilər arasından itməməli və övladlarının yadından çıxmamalıdır.
29 아비하일의 딸 왕후 에스더와 유다인 모르드개가 전권으로 글을 쓰고 부림에 대한 이 둘째 편지를 굳이 지키게 하되
Avixayilin qızı mələkə Ester və Yəhudi Mordokay bu ikinci Purim naməsini tam səlahiyyətlə yazıb təsdiq etdilər.
30 화평하고 진실한 말로 편지를 써서 아하수에로의 나라 일백 이십 칠도에 있는 유다 모든 사람에게 보내어
Mordokay Axaşveroşun padşahlığının yüz iyirmi yeddi vilayətində yaşayan bütün Yəhudilərə sülh və həqiqət sözləri yazaraq məktub göndərdi ki,
31 정한 기한에 이 부림일을 지키게 하였으니 이는 유다인 모르드개와 왕후 에스더의 명한 바와 유다인이 금식하며 부르짖은 것을 인하여 자기와 자기 자손을 위하여 정한 바가 있음이더라
Yəhudi Mordokayla mələkə Esterin onlara əmr etdikləri kimi, eləcə də tutacaqları oruclar və matəm vaxtları barədəki təlimatla özləri və sonrakı nəsilləri üçün müəyyənləşdirdikləri kimi vaxtı bəlli olan bu Purim günlərini təsis etsinlər.
32 에스더의 명령이 이 부림에 대한 일을 견고히 하였고 그 일이 책에 기록되었더라
Esterin əmri Purim bayramının bu qaydalarını təsdiqlədi və kitabda yazıldı.

< 에스더 9 >