< 사도행전 20 >
1 소요가 그치매 바울이 제자들을 불러 권한 후에 작별하고 떠나 마게도냐로 가니라
Hay-küy sakitləşəndən sonra Paul şagirdləri çağırıb ruhlandırdı. Sonra onlarla vidalaşaraq Makedoniyaya getmək üçün yola çıxdı.
2 그 지경으로 다녀가며 여러 말로 제자들에게 권하고 헬라에 이르러
O tərəfləri gəzib-dolaşaraq imanlılarla çoxlu söhbətlər aparıb onları ruhlandırandan sonra Yunanıstana getdi.
3 거기 석 달을 있다가 배 타고 수리아로 가고자 할 그 때에 유대인들이 자기를 해하려고 공모하므로 마게도냐로 다녀 돌아가기를 작정하니
Orada üç ay qaldı və dəniz yolu ilə Suriyaya getmək istəyirdi ki, ona qarşı Yəhudilərin hazırladığı sui-qəsdə görə Makedoniya yolu ilə qayıtmaq qərarına gəldi.
4 아시아까지 함께 가는 자는 베뢰아 사람 부로의 아들 소바더와 데살로니가 사람 아리스다고와 세군도와 더베 사람 가이오와 및 디모데와 아시아 사람 두기오와 드로비모라
Pir oğlu Veriyalı Sopater, Saloniklilərdən Aristarx və Sekund, Derbeli Qay, Timotey, Asiyalılardan Tixik və Trofim onu müşayiət edirdi.
5 그들은 먼저 가서 드로아에서 우리를 기다리더라
Bunlar bizdən əvvəl gedib bizi Troasda gözlədilər.
6 우리는 무교절 후에 빌립보에서 배로 떠나 닷새 만에 드로아에 있는 그들에게 가서 이레를 머무니라
Biz də Mayasız Çörək bayramından sonra Filipidən dəniz yolu ilə beş günə Troasa gələrək onlarla görüşdük. Orada yeddi gün qaldıq.
7 안식 후 첫날에 우리가 떡을 떼려 하여 모였더니 바울이 이튿날 떠나고자 하여 저희에게 강론할 새 말을 밤중까지 계속하매
Həftənin ilk günündə çörək bölmək üçün bir yerə yığıldığımız zaman Paul camaatla söhbət apardı. Ertəsi gün onlardan ayrılacaqdı, ona görə söhbəti gecə yarısına qədər davam etdirdi.
8 우리의 모인 윗 다락에 등불을 많이 켰는데
Toplandığımız yuxarı mərtəbədəki otaqda çoxlu çıraqlar yanırdı.
9 유두고라 하는 청년이 창에 걸터 앉았다가 깊이 졸더니 바울이 강론하기를 더 오래 하매 졸음을 이기지 못하여 삼층 누에서 떨어지거늘 일으켜 보니 죽었는지라
Eftik adlı bir yeniyetmə pəncərədə oturmuşdu. Paul söhbəti uzadanda Eftiki dərin yuxu apardı. Yuxuya gedən kimi o, üçüncü mərtəbədən aşağı düşdü və yerdən onu qaldıranda o, ölü vəziyyətində idi.
10 바울이 내려가서 그 위에 엎드려 그 몸을 안고 말하되 `떠들지 말라 생명이 저에게 있다' 하고
Paul aşağı enib yeniyetmənin üstünə əyildi və onu qucaqlayaraq dedi: «Narahat olmayın, indi canı sağdır».
11 올라가 떡을 떼어 먹고 오래 동안 곧 날이 새기까지 이야기하고 떠나니라
Təkrar yuxarı qalxıb çörək böldü və yemək yedi. Gün doğana qədər onlarla uzun-uzadı söhbət aparandan sonra oradan ayrıldı.
12 사람들이 살아난 아이를 데리고 와서 위로를 적지 않게 받았더라
Oğlanı sağ-salamat apardılar və bu hadisədən çox ruhlandılar.
13 우리는 앞서 배를 타고 앗소에서 바울을 태우려고 그리로 행선하니 이는 자기가 도보로 가고자 하여 이렇게 정하여 준 것이라
Biz irəli gedərək gəmiyə mindik və Assosa tərəf üzdük. Çünki Paulu oradan götürməli idik. O, quru ilə getmək istədiyi üçün bunu belə nizamlamışdı.
14 바울이 앗소에서 우리를 만나니 우리가 배에 올리고 미둘레네에 가서
O bizi Assosda qarşılayanda onu gəmiyə mindirdik və Mitiliniyə gəldik.
15 거기서 떠나 이튿날 기오 앞에 오고 그 이튿날 사모에 들리고 또 그 다음날 밀레도에 이르니라
Oradan da dənizdən üzərək səhəri gün Xios adasının qarşısına və bir gündən sonra isə Samosa çatdıq. Ertəsi gün Miletə gəldik.
16 바울이 아시아에서 지체치 않기 위하여 에베소를 지나 행선하기로 작정하였으니 이는 될 수 있는 대로 오순절 안에 예루살렘에 이르려고 급히 감이러라
Çünki Paul Asiya vilayətində vaxt itirməmək üçün Efesi ötüb keçmək qərarına gəlmişdi. O tələsirdi ki, imkan tapıb Əllinci Gün bayramında Yerusəlimdə olsun.
17 바울이 밀레도에서 사람을 에베소로 보내어 교회 장로들을 청하니
Paul Miletdən Efesə xəbər göndərərək cəmiyyət ağsaqqallarını yanına çağırtdırdı.
18 오매 저희에게 말하되 `아시아에 들어온 첫날부터 지금까지 내가 항상 너희 가운데서 어떻게 행한 것을 너희도 아는 바니
Yanına gələndə onlara belə dedi: «Asiya vilayətinə qədəm basdığım birinci gündən bəri sizinlə olduğum dövrdən bu vaxta qədər özümü necə apardığım sizə məlumdur.
19 곧 모든 겸손과 눈물이며 유대인의 간계를 인하여 당한 시험을 참고 주를 섬긴 것과
Yəhudilərin qəsd-qərəzi vasitəsilə sınaqlardan keçərkən Rəbbə tam itaətkarlıqla, göz yaşı içində qulluq edirdim.
20 유익한 것은 무엇이든지 공중 앞에서나 각 집에서나 꺼림이 없이 너희에게 전하여 가르치고
Xeyirli olan hər şeyi sizə bəyan edərək istər açıq, istərsə də evdən-evə gəzib-dolaşaraq təlim verməkdən çəkinmədim.
21 유대인과 헬라인들에게 하나님께 대한 회개와 우리 주 예수 그리스도께 대한 믿음을 증거한 것이라
Həm Yəhudiləri, həm də Yunanları tövbə edib Allaha tərəf dönməyə və Rəbbimiz İsaya iman gətirməyə çağırdım.
22 보라, 이제 나는 심령에 매임을 받아 예루살렘으로 가는데 저기서 무슨 일을 만날는지 알지 못하노라
İndi də Ruhun təkidi ilə Yerusəlimə gedirəm və orada başıma nə gələcəyini bilmirəm.
23 오직 성령이 각 성에서 내게 증거하여 결박과 환난이 나를 기다린다 하시나
Lakin Müqəddəs Ruh hər şəhərdə xəbərdarlıq edirdi ki, məni zəncirlər və əziyyətlər gözləyir.
24 나의 달려갈 길과 주 예수께 받은 사명 곧 하나님의 은혜의 복음 증거하는 일을 마치려 함에는 나의 생명을 조금도 귀한 것으로 여기지 아니하노라
Öz canıma heç əhəmiyyət vermirəm, onu qiymətləndirmirəm. Mənə kifayətdir ki, yolumu – Rəbb İsanın mənə tapşırdığı kimi Allahın lütfünü göstərən Müjdəni şəhadətetmə xidmətini başa çatdırım.
25 보라, 내가 너희 중에 왕래하며 하나님 나라를 전파하였으나 지금은 너희가 다 내 얼굴을 다시 보지 못할 줄 아노라
İndi aranızda dolaşıb Padşahlıq barədə vəz etdiyim sizlərdən heç biriniz mənim üzümü bir də görməyəcək.
26 그러므로 오늘 너희에게 증거하노니 모든 사람의 피에 대하여 내가 깨끗하니
Ona görə bu gün bunu sizə bəyan etmək istəyirəm ki, mən təmizəm, heç kimin qanına bais olmamışam.
27 이는 내가 꺼리지 않고 하나님의 뜻을 다 너희에게 전하였음이라
Çünki mən çəkinmədən Allahın bütün iradəsini sizə çatdırmışam.
28 너희는 자기를 위하여 또는 온 양떼를 위하여 삼가라 성령이 저들 가운데 너희로 감독자를 삼고 하나님이 자기 피로 사신 교회를 치게 하셨느니라
Həm özünüzə, həm də Müqəddəs Ruhun sizi nəzarətçilər təyin etdiyi bütün sürüyə diqqətlə baxın. Allahın Öz Oğlunun qanı bahasına əldə etdiyi bu cəmiyyətini bəsləyin.
29 내가 떠난 후에 흉악한 이리가 너희에게 들어와서 그 양떼를 아끼지 아니하며
Bilirəm ki, mən gedəndən sonra sürüyə rəhm etməyən yırtıcı canavarlar aranıza soxulacaq.
30 또한 너희 중에서도 제자들을 끌어 자기를 좇게 하려고 어그러진 말을 하는 사람들이 일어날 줄을 내가 아노니
Aranızdan təhrif edilmiş sözlər deyən, şagirdləri özlərinin ardınca çəkmək istəyən adamlar çıxacaq.
31 그러므로 너희가 일깨어 내가 삼 년이나 밤낮 쉬지 않고 눈물로 각 사람을 훈계하던 것을 기억하라
Buna görə oyaq olun. Üç il boyu, fasiləsiz, gecə-gündüz göz yaşı tökərək hər birinizə necə nəsihət verdiyimi yada salın.
32 지금 내가 너희를 주와 및 그 은혜의 말씀께 부탁하노니 그 말씀이 너희를 능히 든든히 세우사 거룩케 하심을 입은 모든 자 가운데 기업이 있게 하시리라
İndi isə mən sizi Allaha və Onun lütfü barədəki kəlamına əmanət edirəm. Bu kəlam sizi inkişaf etdirib təqdis olunmuş bütün insanlar arasında irsə qovuşdurmağa qadirdir.
33 내가 아무의 은이나 금이나 의복을 탐하지 아니하였고
Mən heç kimin nə qızılına, nə gümüşünə, nə də pal-paltarına göz dikmişəm.
34 너희 아는 바에 이 손으로 나와 내 동행들의 쓰는 것을 당하여
Siz də bilirsiniz ki, bu əllər həm mənim, həm də mənimlə olanların ehtiyaclarını təmin etdi.
35 범사에 너희에게 모본을 보였노니 곧 이같이 수고하여 약한 사람들을 돕고 또 주 예수의 친히 말씀하신 바 주는 것이 받는 것보다 복이 있다 하심을 기억하여야 할지니라'
Gördüyüm hər işdə Rəbb İsanın “vermək almaqdan daha çox bəxtiyarlıq gətirər” sözünü yaddan çıxarmayıb belə əmək sərf edərək zəiflərə kömək etməyin vacibliyini sizə göstərdim».
36 이 말을 한 후 무릎을 꿇고 저희 모든 사람과 함께 기도하니
Paul bu sözləri söyləyəndən sonra diz çöküb onlarla birlikdə dua etdi.
37 다 크게 울며 바울의 목을 안고 입을 맞추고
Sonra hamısı ağlayaraq Paulun boynuna sarıldı və onu öpdü.
38 다시 그 얼굴을 보지 못하리라 한 말을 인하여 더욱 근심하고 배에까지 그를 전송하니라
Onlar ən çox «mənim üzümü bir də görməyəcəksiniz» sözündən kövrəldilər. Sonra onu gəmiyə qədər yola saldılar.