< 사무엘상 26 >

1 십 사람이 기브아에 와서 사울에게 이르러 가로되 `다윗이 광야 앞 하길라 산에 숨지 아니하였나이까?'
Ziflilər Giveaya, Şaulun yanına gəlib dedilər: «Davud Yeşimon şəhəri ilə üzbəüz olan Xakila təpəsində gizlənmirmi?»
2 사울이 일어나 십 황무지에서 다윗을 찾으려고 이스라엘에서 택한 사람 삼천과 함께 십 황무지로 내려가서
Şaul durub Davudu axtarmaq üçün özü ilə bərabər İsraildən üç min seçmə adam götürərək Zif səhrasına endi.
3 광야 앞 하길라산 길 가에 진치니라 다윗이 황무지에 있더니 사울이 자기를 따라 황무지로 들어옴을 깨닫고
O, Yeşimonla üzbəüz olan Xakila təpəsindəki yol kənarında ordugah qurdu. Səhrada qalan Davud Şaulun onun ardınca düşüb gəldiyini gördü.
4 이에 탐정을 보내어 사울이 과연 이른줄 알고
Davud kəşfiyyatçılar göndərdi və həqiqətən, Şaulun gəldiyini öyrəndi.
5 일어나 사울의 진 친 곳에 이르러 사울과 넬의 아들 군대장관 아브넬의 유하는 곳을 본즉 사울이 진 가운데 누웠고 백성은 그를 둘러 진쳤더라
O qalxıb Şaulun ordugah qurduğu yerə gəldi və Şaulla ordu başçısı Ner oğlu Avnerin yatdığı yerə baxdı. Şaul ordugahın içərisində yatırdı. Xalq onun yanında düşərgə salmışdı.
6 이에 다윗이 헷 사람 아히멜렉과 스루야의 아들 요압의 아우 아비새에게 물어 가로되 `누가 나로 더불어 진에 내려가서 사울에게 이르겠느냐?' 아비새가 가로되 `내가 함께 가겠나이다'
Davud Xetli Aximelekə və Yoavın qardaşı Seruya oğlu Avişaya dedi: «Kim mənimlə Şaulun yanına – ordugaha enər?» Avişay dedi: «Mən səninlə enərəm».
7 다윗과 아비새가 밤에 그 백성에게 나아가 본즉 사울이 진 가운데 누워 자고 창은 머리 곁 땅에 꽂혔고 아브넬과 백성들은 그를 둘러 누웠는지라
Davud və Avişay gecə xalqın yanına çatdılar və budur, Şaul ordugahın içərisində yatıb yuxuya getmişdi, nizəsi isə başı üstündə yerə sancılmışdı. Avnerlə xalq isə onun ətrafında yatırdı.
8 아비새가 다윗에게 이르되 `하나님이 오늘날 당신의 원수를 당신의 손에 붙이셨나이다 그러므로 청하오니 나로 창으로 그를 찔러서 단번에 땅에 꽂게 하소서 내가 그를 두번 찌를 것이 없으리이다'
Avişay Davuda dedi: «Allah bu gün düşmənini sənə təslim etdi. İndi isə qoy nizə ilə onu birdəfəlik yerə elə yapışdırım ki, ikinci dəfə vurmağa ehtiyac olmasın».
9 다윗이 아비새에게 이르되 `죽이지 말라 누구든지 손을 들어 여호와의 기름 부음을 받은 자를 치면 죄가 없겠느냐?'
Davud Avişaya dedi: «Yox, onu öldürmə! Bax Rəbbin məsh etdiyinə əl qaldıran günahsız sayılarmı?»
10 또 가로되 `여호와께서 사시거니와 여호와께서 그를 치시리니 혹 죽을 날이 이르거나, 혹 전장에 들어가서 망하리라
Davud yenə dedi: «Var olan Rəbbə and olsun, Rəbb onu mütləq vuracaq. Elə gün gələcək ki, öz əcəli ilə öləcək ya da döyüşdə həlak olacaq.
11 내가 손을 들어 여호와의 기름 부음을 받은 자를 치는 것을 여호와께서 금하시나니 너는 그의 머리 곁에 있는 창과 물병만 가지고 가자' 하고
Qoy Rəbbin məsh etdiyinə əl qaldırmaqdan Rəbb Özü məni uzaq etsin. Rica edirəm, indi başının yanındakı nizəsini və su qabını götür gedək».
12 다윗이 사울의 머리 곁에서 창과 물병을 가지고 떠나가되 깨든지 이를 보든지 알든지 하는 사람이 없었으니 이는 여호와께서 그들로 깊이 잠들게 하셨으므로 그들이 다 잠이었더라
Davud Şaulun başının yanındakı nizəsi ilə su qabını götürdü və onlar getdilər. Onları görən olmadı. Bu işi bilən və oyanan da olmadı. Rəbb tərəfindən onların üstünə dərin yuxu gəldiyinə görə hamı yatmışdı.
13 이에 다윗이 건너편으로 가서 멀리 산꼭대기에 서니 상거가 멀더라
Davud qarşı tərəfə keçib uzaqda, dağın başında durdu; onların arasında xeyli məsafə var idi.
14 다윗이 백성과 넬의 아들 아브넬을 대하여 외쳐 가로되 `아브넬아, 너는 대답지 아니하느냐?' 아브넬이 대답하여 가로되 `왕을 부르는 너는 누구냐?'
Davud xalqa və Ner oğlu Avnerə «ey Avner, mənə cavab ver» deyə qışqırdı. Avner də cavab verdi: «Sən kimsən ki, qışqıra-qışqıra padşahı çağırırsan?»
15 다윗이 아브넬에게 이르되 `네가 용사가 아니냐? 이스라엘 중에 너 같은 자가 누구냐? 그러한데 네가 어찌하여 네 주 왕을 보호하지 아니하느냐? 백성 중 한 사람이 네 주 왕을 죽이려고 들어갔었느니라
Davud Avnerə dedi: «Sən igidsən? İsraildə sənə bənzər kim var ki? Bəs niyə ağan padşahın keşiyini çəkmirsən? Axı xalq arasından biri ağan padşahı öldürmək üçün gəlmişdi.
16 네 행한 이 일이 선치 못하도다 여호와께서 사시거니와 여호와의 기름 부음 받은 너희 주를 보호하지 아니하였으니 너희는 마땅히 죽을 자니라 이제 왕의 창과 왕의 머리곁에 있던 물병이 어디있나 보라'
İşini yaxşı görmürsən. Var olan Rəbb haqqı, hamınız ölümə layiq adamlarsınız, ona görə ki ağanızın – Rəbbin məsh etdiyinin keşiyini çəkmirsiniz. Bax padşahın başının yanında olan nizə və su qabı indi haradadır?»
17 사울이 다윗의 음성을 알아 듣고 가로되 `내 아들 다윗아! 이것이 네 음성이냐?' 다윗이 가로되 `내 주 왕이여! 내 음성이니이다'
Şaul Davudun səsini tanıyıb dedi: «Bu sənin səsindirmi, oğlum Davud?» Davud dedi: «Mənim səsimdir, ağam padşah».
18 또 가로되 `내 주는 어찌하여 주의 종을 쫓으시나이까? 내가 무엇을 하였으며 내 손에 무슨 악이 있나이까?
Sonra sözünə davam etdi: «Ağam nə üçün qulunu belə təqib edir? Nə etmişəm ki? Əlimdən nə pislik gəlib?
19 청컨대 내 주 왕은 이제 종의 말을 들으소서 만일 왕을 격동시켜 나를 해하려 하는 이가 여호와시면 여호와께서는 제물을 받으시기를 원하나이다마는 만일 인자들이면 그들이 여호와 앞에 저주를 받으리니 이는 그들이 이르기를 너는 가서 다른 신들을 섬기라하고 오늘날 나를 쫓아내어 여호와의 기업에 붙지 못하게 함이니이다
Rica edirəm, ağam padşah indi qulunun sözlərinə qulaq assın. Əgər mənə qarşı səni qaldıran Rəbdirsə, bir təqdim qəbul etməyə razı olsun, yox, əgər bəşər övladlarıdırsa, qoy onlar Rəbb qarşısında lənətə gəlsinlər. Belə ki “get özgə allahlara qulluq et” deyərək Rəbbin irsindən pay almayım deyə məni qovdular.
20 그런즉 청컨대 여호와 앞에서 먼 이곳에서 이제 나의 피로 땅에 흐르지 말게 하옵소서 이는 산에서 메추라기를 사냥하는 자와 같이 이스라엘 왕이 한 벼룩을 수색하러 나오셨음이니이다'
Qoy qanım Rəbbin hüzurundan uzaq yerdə tökülməsin. Dağlarda necə kəklik ovlayırlarsa, indi İsrail padşahı da bir tək birəni axtarmaq üçün eləcə ova çıxıb».
21 사울이 가로되 `내가 범죄하였도다 내 아들 다윗아! 돌아오라 네가 오늘 내 생명을 귀중히 여겼은즉 내가 다시는 너를 해하려 하지 아니하리라 내가 어리석은 일을 하였으니 대단히 잘못되었도다'
Şaul dedi: «Günah etdim, qayıt, oğlum Davud. Mənim canım bu gün sənin gözündə qiymətli olduğu üçün bir daha sənə pislik etməyəcəyəm. Bax ağılsızlıq edib lap çox yanıldım».
22 다윗이 대답하여 가로되 `왕은 창을 보소서 한 소년을 보내어 가져가게 하소서
Davud cavab verdi: «Budur nizən, ey padşah! Qoy nökərlərindən biri gəlib onu aparsın.
23 여호와께서 각 사람에게 그 의와 신실을 갚으시리니 이는 여호와께서 오늘날 왕을 내 손에 붙이셨으되 나는 손을 들어 여호와의 기름 부음을 받은 자 치기를 원치 아니하였음이니이다
Rəbb hər kəsə öz salehliyinin və sədaqətinin əvəzini verəcək. Bu gün Rəbb səni mənə təslim etdiyi halda mən Rəbbin məsh etdiyinə əl qaldırmaq istəmədim.
24 오늘날 왕의 생명을 내가 중히 여긴 것 같이 내 생명을 여호와께서 중히 여기셔서 모든 환난에서 나를 구하여 내시기를 바라나이다'
Qoy bu gün sənin canın gözümdə necə qiymətlidirsə, mənim canım da Rəbbin gözündə elə qiymətli olsun və məni hər çətinlikdən qurtarsın».
25 사울이 다윗에게 이르되 `내 아들 다윗아! 네게 복이 있을지로다! 네가 큰 일을 행하겠고 반드시 승리를 얻으리라' 하니라 다윗은 자기 길로 가고 사울은 자기 곳으로 돌아가니라
Şaul Davuda dedi: «Oğlum Davud, bəxtiyar olasan! Sən böyük işlər görüb mütləq qalib gələcəksən». Bundan sonra Davud öz yolu ilə getdi və Şaul da öz yerinə qayıtdı.

< 사무엘상 26 >