< 역대상 17 >

1 다윗이 그 궁실에 거할 때에 선지자 나단에게 이르되 나는 백향목 궁에 거하거늘 여호와의 언약궤는 휘장 밑에 있도다
Davud sarayında yaşayan vaxt peyğəmbər Natana dedi: «Mən sidr ağacından tikilən bir sarayda yaşayıram, Rəbbin Əhd sandığı isə çadır altındadır».
2 나단이 다윗에게 고하되 하나님이 왕과 함께 계시니 무릇 마음에 있는 바를 행하소서
Natan Davuda dedi: «Ürəyindəki niyyəti həyata keçir, çünki Allah səninlədir».
3 그 밤에 하나님의 말씀이 나단에게 임하여 가라사대
Lakin gecə Natana Allahın bu sözü nazil oldu:
4 가서 내 종 다윗에게 말하기를 여호와의 말씀이 너는 나의 거할 집을 건축하지 말라
«Get qulum Davuda söylə ki, Rəbb belə deyir: “Yaşamaq üçün Mənə evi sən tikməyəcəksən,
5 내가 이스라엘을 올라오게 한날부터 오늘날까지 집에 거하지 아니하고 오직 이 장막과 저 장막에 있으며 이 성막과 저 성막에 있었나니
çünki İsraili çıxartdığım gündən bu günə qədər heç bir evdə yaşamadım, yalnız çadırdan çadıra, məskəndən məskənə gəzdim.
6 무릇 이스라엘 무리로 더불어 행하는 곳에서 내가 내 백성을 먹이라고 명한 이스라엘 어느 사사에게 내가 말하기를 너희가 어찌하여 나를 위하여 백향목 집을 건축하지 아니하였느냐고 말하였느냐 하고
Bütün İsraillilərlə birgə gəzdiyim yerlərdə xalqımın qayğısına qalmağı buyurduğum İsrail hakimlərindən birinə ‹Niyə Mənə sidr ağacından bir ev tikmədiniz?› deyə bir söz söyləmişəmmi?”
7 연하여 내 종 다윗에게 이처럼 말하라 만군의 여호와께서 이처럼 말씀하시기를 내가 너를 목장 곧 양을 따르는 데서 취하여 내 백성 이스라엘의 주권자를 삼고
İndi qulum Davuda söylə ki, Ordular Rəbbi belə deyir: “Mən səni otlaqlarda qoyun otararkən götürüb xalqım İsrailə hökmdar etdim.
8 네가 어디를 가든지 내가 너와 함께 있어 네 모든 대적을 네 앞에서 멸하였은즉 세상에서 존귀한 자의 이름 같은 이름을 네게 만들어 주리라
Getdiyin hər yerdə səninlə oldum, qarşından bütün düşmənlərini qırıb atdım. İndi isə adını dünyadakı böyüklərin adı kimi məşhur edəcəyəm.
9 내가 또 내 백성 이스라엘을 위하여 한 곳을 정하여 저희를 심고 저희로 자기 곳에 거하여 다시는 옮기지 않게 하며 악한 유로 전과 같이 저희를 해하지 못하게 하여
Xalqım İsrail üçün bir yer təyin edəcəyəm, o kök atıb bu yerdə yaşayacaq və bir daha sarsılmayacaq. Şər adamlar əvvəllər – xalqım İsraillilərə hakimlər təyin etdiyim günlərdən bəri etdikləri kimi yenə də onu qırıb-çatmayacaq.
10 전에 내가 사사를 명하여 내 백성 이스라엘을 다스리던 때와 같지 않게 하고 또 모든 대적으로 네게 복종하게 하리라 또 네게 이르노니 여호와가 너를 위하여 집을 세울지라
Bütün düşmənlərini əzəcəyəm. Sənə bildirirəm ki, Rəbb sənə bir ev tikəcək.
11 네 수한이 차서 네가 열조에게로 돌아가면 내가 네 뒤에 네씨 곧 네 아들 중 하나를 세우고 그 나라를 견고하게 하리니
Ömrün başa çatıb ataların kimi dünyadan getdiyin zaman yerinə sənin övladını – oğullarından birini çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm.
12 저는 나를 위하여 집을 건축할것이요 나는 그 위를 영원히 견고하게 하리라
O Mənim üçün ev tikəcək və Mən onun taxtını əbədi möhkəm edəcəyəm.
13 나는 그 아비가 되고 그는 나의 아들이 되리니 나의 자비를 그 에게서 빼앗지 아니하기를 내가 네 전에 있던 자에게서 빼앗음과 같이 하지 않을 것이며
Mən ona Ata, o isə Mənə oğul olacaq. Lütfümü səndən əvvəl olan adamdan geri aldığım kimi ondan geri almayacağam.
14 내가 영영히 그를 내 집과 내 나라에 세우리니 그 위가 영원히 견고하리라 하셨다 하라
Onu Öz evimin və padşahlığımın üzərinə əbədi olaraq qoyacağam, onun taxtı əbədi möhkəm qalacaq”».
15 나단이 이 모든 말씀과 이 모든 묵시대로 다윗에게 고하니라
Natan Davuda bütün bu sözləri və bütün bu vəhyi nəql etdi.
16 다윗 왕이 여호와 앞에 들어가 앉아서 가로되 여호와 하나님이여 나는 누구오며 내 집은 무엇이관대 나로 이에 이르게 하셨나이까
Padşah Davud içəri keçib Rəbbin önündə diz çökərək dedi: «Ya Rəbb Allah, mən kiməm və nəslim kimdir ki, Sən məni bu yerə çıxartdın?
17 하나님이여 주께서 이것을 오히려 작게 여기시고 또 종의 집에 대하여 먼 장래까지 말씀하셨사오니 여호와 하나님이여 나를 존귀한 자 같이 여기셨나이다
Ey Allah, Sənin gözündə bu da kiçik göründü, hələ bu qulunun nəslinin gələcəyi haqqında xəbər verdin. Mənə yüksək bir adam kimi baxırsan, ya Rəbb Allah!
18 주께서 주의 종에게 베푸신 존귀에 대하여 다윗이 다시 무슨 말씀을 하오리이까 주께서는 주의 종을 아시나이다
Bu quluna izzət verdiyin üçün Davud Sənə daha nə deyə bilər? Sən ki bu qulunu tanıyırsan.
19 여호와여 주께서 주의 종을 위하여 주의 뜻대로 이 모든 큰 일을 행하사 이 모든 큰 일을 알게 하셨나이다
Ya Rəbb, qulundan ötrü və Öz istəyinə görə bu böyük işlərin hamısını etdin ki, bütün əzəmətini göstərəsən.
20 여호와여 우리 귀로 들은 대로는 주와 같은 이가 없고 주 외에는 참 신이 없나이다
Ya Rəbb, qulaqlarımızla eşitdiklərimizin hamısına görə Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur.
21 땅의 어느 한 나라가 주의 백성 이스라엘과 같으리이까 하나님이 가서 구속하사 자기 백성을 삼으시고 크고 두려운 일로 인하여 이름을 얻으시고 애굽에서 구속하신 자기 백성 앞에서 열국을 쫓아내셨사오며
Yer üzərində xalqın İsrail kimi bir millət varmı? Ey Allah, Sən onu Özünə xalq etmək üçün satın almağa getdin. Sən Misirdən satın aldığın xalqının önündən millətləri qovaraq böyük və xariqəli işlərlə Özünə şöhrət qazandın.
22 주께서 주의 백성 이스라엘로 영원히 주의 백성을 삼으셨사오니 여호와여 주께서 저희 하나님이 되셨나이다
Əbədi olaraq xalqın İsraili Özün üçün xalq olaraq müəyyən etdin və Sən, ya Rəbb, onların Allahı oldun.
23 여호와여 이제 주의 종과 그 집에 대하여 말씀하신 것을 영원히 견고케 하시며 말씀하신 대로 행하사
İndi isə, ya Rəbb, bu qulun və onun nəsli haqqında söylədiyin söz əbədi olaraq yerinə yetsin və dediyinə əməl et.
24 견고케 하시고 사람으로 영원히 주의 이름을 높여 이르기를 만군의 여호와는 이스라엘의 하나님 곧 이스라엘에게 하나님이시라 하게 하시며 주의 종 다윗의 집이 주 앞에서 견고히 서게 하옵소서
Qoy adın əbədi olaraq qalsın və izzətlənsin, “İsrailin Allahı Ordular Rəbbi İsraili saxlayan Allahdır” desinlər. Qulun Davudun nəsli də Sənin önündə möhkəm qalsın.
25 나의 하나님이여 주께서 종을 위하여 집을 세우실 것을 이미 듣게 하셨으므로 주의 종이 주 앞에서 이 기도로 구할 마음이 생겼나이다
Çünki, Sən ey Allahım, “sənə ev tikəcəyəm” deyərək bunu quluna çatdırdın və buna görə qulun önündə dua etməyə cəsarət tapdı.
26 여호와여 오직 주는 하나님이시라 주께서 이 좋은 것으로 주의 종에게 허락하시고
Ya Rəbb, Sən Allahsan və indi də quluna bu yaxşı şeyi vəd etdin.
27 이제 주께서 종의 집에 복을 주사 주 앞에 영원히 두시기를 기뻐하시나이다 여호와여 주께서 복을 주셨사오니 이 복을 영원히 누리리이다 하니라
Əbədi olaraq Sənin önündə olsun deyə bu qulunun nəslinə xeyir-dua vermək Sənə xoş göründü. Sən, ya Rəbb, ona xeyir-dua verdiyin üçün o əbədi olaraq xeyir-dua almışdır».

< 역대상 17 >