< 아가 6 >

1 여자 중 극히 어여쁜 자야 너의 사랑하는 자가 어디로 갔는가 너의 사랑하는 자가 어디로 돌이켰는가 우리가 너와 함께 찾으리라
Ey gözəllər gözəli, sevgilin hara gedib? O hansı yana dönüb? Səninlə birgə onu axtarmağa gedək.
2 나의 사랑하는 자가 자기 동산으로 내려가 향기로운 꽃밭에 이르러서 동산 가운데서 양떼를 먹이며 백합화를 꺾는구나
Sevgilim öz bağçasına – Ətirli gülüstana gedib, Bağçalarda sürüsünü otarmağa, Zanbaq gülü toplamağa gedib.
3 나는 나의 사랑하는 자에게 속하였고 나의 사랑하는 자는 내게 속하였다 그가 백합화 가운데서 그 양떼를 먹이는구나
Mən sevgilimin, sevgilim də mənimdir, O, sürüsünü zanbaqlıq içərisində otarır.
4 내 사랑아! 너의 어여쁨이 디르사 같고 너의 고움이 예루살렘 같고 엄위함이 기치를 벌인 군대 같구나
Ey yarım, sən Tirsa şəhəri qədər gözəlsən, Yerusəlim kimi sevimlisən, Müzəffər ordu kimi möhtəşəmsən.
5 네 눈이 나를 놀래니 돌이켜 나를 보지 말라 네 머리털은 길르앗 산 기슭에 누운 염소떼 같고
Gözlərini məndən ayır, Onlar məni mat qoyur. Saçların Gilead dağının yamaclarından Tökülən keçi sürüsü tək qapqaradır.
6 네 이는 목욕장에서 나온 암양떼 곧 새끼 없는 것은 하나도 없이 각각 쌍태를 낳은 양같고
Dişlərin yenicə yuyunub çıxan qoyun sürüsü tək düzülüb, Bu qoyunların hamısının əkiz balası var, Aralarında balasız olanı yoxdur.
7 너울 속의 너의 뺨은 석류 한 쪽 같구나
Kəsilmiş nar kimi yaşmaqladığın yanaqlarından qan damır.
8 왕후가 육십이요 비빈이 팔십이요 시녀가 무수하되
Altmış mələkə var, Cariyələr səksənə çatır, Kənizlər isə saysızdır.
9 나의 비둘기, 나의 완전한 자는 하나 뿐이로구나 그는 그 어미의 외딸이요 그 낳은 자의 귀중히 여기는 자로구나 여자들이 그를 보고 복된 자라 하고 왕후와 비빈들도 그를 칭찬하는구나
Göyərçinimin, eyibsizimin tayı yoxdur, Anasının yeganə qızıdır, Onu doğanın canı-gözüdür. Qızlar onu görərkən Söyləyirlər: «Bəxtəvərsən!» Mələkələr və cariyələr də onu mədh edir.
10 아침빛 같이 뚜렷하고 달 같이 아름답고 해 같이 맑고 기치를 벌인 군대 같이 엄위한 여자가 누구인가
Şəfəq saçan, Ay tək gözəl, gün tək parlayan, Müzəffər ordu kimi möhtəşəm olan kimdir?
11 골짜기의 푸른 초목을 보려고 포도나무가 순이 났는가 석류나무가 꽃이 피었는가 알려고 내가 호도 동산으로 내려 갔을 때에
Mən qoz bağına endim, Yaşıllaşan vadini görmək istədim. Üzüm tumurcuqlanıbmı, narlar çiçəklənibmi? Bunu seyr edim.
12 부지중에 내 마음이 나로 내 귀한 백성의 수레 가운데 이르게 하였구나
Heç özüm də bilmədən ruhum məni apardı, Şanlı xalqımın döyüş arabalarının üstünə qaldırdı.
13 돌아오고 돌아오라 술람미 여자야 돌아오고 돌아오라 우리로 너를 보게 하라
Qayıt, ey Şulam qızı, qayıt, Qayıt, səni görək, qayıt. Oğlan: Maxanayim oyununa tamaşa etdiyiniz kimi Niyə Şulam qızına baxmaq istəyirsiniz?

< 아가 6 >