< 詩篇 38 >

1 記念のためにうたったダビデの歌 主よ、あなたの憤りをもってわたしを責めず、激しい怒りをもってわたしを懲らさないでください。
Davudun yadasalma məzmuru. Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə, Hiddətlənib məni tənbeh eləmə.
2 あなたの矢がわたしに突き刺さり、あなたの手がわたしの上にくだりました。
Artıq Sənin oxların mənə saplanıb, Əllərin üstümə ağırlıq salıb.
3 あなたの怒りによって、わたしの肉には全きところなく、わたしの罪によって、わたしの骨には健やかなところはありません。
Bədənimdə qəzəbindən sağ yer qalmadı, Günahıma görə sümüklərim də xəstəlik tapdı.
4 わたしの不義はわたしの頭を越え、重荷のように重くて負うことができません。
Çünki təqsirlərim başımdan aşır, Ağır yük tək onlara gücüm çatmır.
5 わたしの愚かによって、わたしの傷は悪臭を放ち、腐れただれました。
Ağılsızlığımın üzündən Yaralarım iyrənc və irinlidir.
6 わたしは折れかがんで、いたくうなだれ、ひねもす悲しんで歩くのです。
Mənim qəddim əyilib, ikiqat bükülmüşəm, Gün boyu yaslı gəzirəm.
7 わたしの腰はことごとく焼け、わたしの肉には全きところがありません。
Çünki belim qızdırmadan yandı, Bədənimdə sağ yer qalmadı.
8 わたしは衰えはて、いたく打ちひしがれ、わたしの心の激しい騒ぎによってうめき叫びます。
Taqətim kəsildi, çox əzilmişəm, Ürəyimdəki iztiraba görə ah-zar edirəm.
9 主よ、わたしのすべての願いはあなたに知られ、わたしの嘆きはあなたに隠れることはありません。
Ey Xudavənd, mənim arzu-diləyim hüzurundadır, Mənim iniltilərim Səndən gizli qalmır.
10 わたしの胸は激しく打ち、わたしの力は衰え、わたしの目の光もまた、わたしを離れ去りました。
Ürəyim çırpınır, gücüm tükəndi, Gözlərimin nuru da söndü.
11 わが友、わがともがらはわたしの災を見て離れて立ち、わが親族もまた遠く離れて立っています。
Azarımı görüb məndən dost-yoldaşım uzaqlaşdı, Qohumlarım məndən uzaqda qaldı.
12 わたしのいのちを求める者はわなを設け、わたしをそこなおうとする者は滅ぼすことを語り、ひねもす欺くことをはかるのです。
Canımın qəsdinə duranlar mənə tələ qurur, Bədxahlarım ölümümdən danışır, Gün boyu mənim üçün hiylə qururlar.
13 しかしわたしは耳しいのように聞かず、おしのように口を開きません。
Mən bir kar kimi eşitmirəm, Dilsiz-ağızsız bir lal kimiyəm.
14 まことに、わたしは聞かない人のごとく、議論を口にしない人のようです。
Dilsiz-cavabsız Bir lal-kar kimiyəm.
15 しかし、主よ、わたしはあなたを待ち望みます。わが神、主よ、あなたこそわたしに答えられるのです。
Ya Rəbb, ümidim Sənə qalıb, Ey Xudavənd Allahım, Səndən cavab gözləyirəm!
16 わたしは祈ります、「わが足のすべるとき、わたしにむかって高ぶる彼らにわたしのことによって喜ぶことをゆるさないでください」と。
Dedim ki, qoy halıma sevinməsinlər, Ayağım büdrəyəndə qarşımda öyünməsinlər.
17 わたしは倒れるばかりになり、わたしの苦しみは常にわたしと共にあります。
Mən yıxılmaq üzrəyəm, Daim əzabla üz-üzəyəm.
18 わたしは、みずから不義を言いあらわし、わが罪のために悲しみます。
Təqsirlərimi etiraf edirəm, Günahlarım üçün nigarançılıq çəkirəm.
19 ゆえなく、わたしに敵する者は強く、偽ってわたしを憎む者は多いのです。
Düşmənlərim qüvvətlidir, hələ sağdır, Nahaq yerə mənə nifrət edənlər çoxdur.
20 悪をもって善に報いる者は、わたしがよい事に従うがゆえに、わがあだとなります。
Yaxşılığa yamanlıq edənlər Yaxşılığa meyl etdiyimə görə əleyhimə durublar.
21 主よ、わたしを捨てないでください。わが神よ、わたしに遠ざからないでください。
Ya Rəbb, məni tərk etmə! Ey Allahım, məndən uzaq dayanma!
22 主、わが救よ、すみやかにわたしをお助けください。
Ey Xudavənd, tez imdadıma çat, Mənim xilaskarım Sənsən!

< 詩篇 38 >