< ナホム書 1 >

1 ニネベについての託宣。エルコシびとナホムの幻の書。
Bu, Nineva haqqındakı xəbərdarlıq, Elqoşlu Nahumun görüntülərindən ibarət kitabdır.
2 主はねたみ、かつあだを報いる神、主はあだを報いる者、また憤る者、主はおのがあだに報復し、おのが敵に対して憤りをいだく。
Rəbb qısqancdır, qisas alan Allahdır, İntiqam alır, qəzəblə doludur, Düşmənlərindən qisas alır, Yağılarına qarşı qəzəblidir.
3 主は怒ることおそく、力強き者、主は罰すべき者を決してゆるされない者、主の道はつむじ風と大風の中にあり、雲はその足のちりである。
Rəbb hədsiz səbirlidir, qüdrətlidir, Təqsirkarı əsla cəzasız qoymaz, Onun yolu qasırğadadır, fırtınadadır, Buludlar ayaqlarının tozudur,
4 彼は海を戒めて、これをかわかし、すべての川をかれさせる。バシャンとカルメルはしおれ、レバノンの花はしぼむ。
Dənizə əmr edib onu qurudar, Bütün çayların sularını da qurudar, Başan və Karmel meşələri saralır, Livanın gül-çiçəyi solur.
5 もろもろの山は彼の前に震い、もろもろの丘は溶け、地は彼の前にむなしくなり、世界とその中に住む者も皆、むなしくなる。
Rəbbin hüzurundan dağlar titrəyir, Təpələr əriyir, Yer üzü Rəbbin önündə sarsılır, Dünya və onun sakinləri lərzəyə gəlir.
6 だれが彼の憤りの前に立つことができよう。だれが彼の燃える怒りに耐えることができよう。その憤りは火のように注がれ、岩も彼によって裂かれる。
Onun qəzəbinə qarşı kim dura bilər? Qızğın hiddətinə kim tab gətirər? Rəbbin qeyzi od kimi tökülər, Qarşısında qayalar dağılar.
7 主は恵み深く、なやみの日の要害である。彼はご自分を避け所とする者を知っておられる。
Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır, Ona güvənənləri tanıyır.
8 しかし、彼はみなぎる洪水であだを全く滅ぼし、おのが敵を暗やみに追いやられる。
Lakin O, Ninevanın olduğu yeri Azğın sellərlə məhv edəcək. Düşmənlərini zülmətə salacaq.
9 あなたがたは主に対して何を計るか。彼はその敵に二度としかえしをする必要がないように敵を全く滅ぼされる。
Rəbbə qarşı nə qəsd etsələr, O hər şeyə son qoyacaq, Onlardan bir daha bəla çıxmaz.
10 彼らは結びからまったいばらのように、かわいた刈り株のように、焼き尽される。
Tikanlar kimi bir-birinə dolaşmışlar, Əyyaşlar kimi sərxoş olmuşlar, Quru küləş tək tamamilə yanacaqlar.
11 主に対して悪事を計り、よこしまな事を勧める者があなたのうちから出たではないか。
Ey Nineva, Rəbbə qarşı pislik düşünən Şər məsləhətçini sən yetirdin!
12 主はこう言われる、「たとい彼らは強く、かつ多くあっても、切り倒されて絶えはてる。わたしはあなたを苦しめたが、重ねてあなたを苦しめない。
Rəbb belə deyir: «Aşşurlular çox və güclü olsa da, Yenə məhv olub gedəcək. Ey xalqım İsrail, sənə çox əzab vermişəm, Səni bir daha incitmərəm.
13 今わたしは彼のくびきを砕いて、あなたからとり除き、あなたのなわめを切りはなす」。
İndi boyunduruğunu parçalayıb, Qandallarını qıracağam».
14 主はあなたについてお命じになった、「あなたの名は長く続かない。わたしはあなたの神々の家から、彫像および鋳造を除き去る。あなたは罪深い者だから、わたしはあなたの墓を設ける」。
Ey Nineva, Rəbb sənin haqqında Belə əmr verib: «Artıq övladların olmayacaq, adını daşımayacaq, Allahlarının məbədindən Oyma bütləri, tökmə bütləri məhv edəcəyəm. Qəbir qazacağam sənə, çünki alçaqsan!
15 見よ、良きおとずれを伝える者の足は山の上にある。彼は平安を宣べている。ユダよ、あなたの祭を行い、あなたの誓願をはたせ。よこしまな者は重ねて、あなたに向かって攻めてこないからである。彼は全く断たれる。
Budur, müjdə gətirənin Ayaqları dağlar aşır, gəlir, Sülh xəbəri gətirir. Ey Yəhuda, bayramlarını keçir, Əhdlərini yerinə yetir! O pis millətin ayağı ölkəndən artıq keçməyəcək, Çünki tamamilə məhv oldu».

< ナホム書 1 >