< イザヤ書 31 >

1 助けを得るためにエジプトに下り、馬にたよる者はわざわいだ。彼らは戦車が多いので、これに信頼し、騎兵がはなはだ強いので、これに信頼する。しかしイスラエルの聖者を仰がず、また主にはかることをしない。
Kömək üçün Misirə enənlərin, Atlara güvənənlərin vay halına! Onlar döyüş arabalarının çoxluğuna, Süvarilərin gücünə bel bağlayır! Amma İsrailin Müqəddəsinə baxmırlar, Rəbbi axtarmırlar!
2 それにもかかわらず、主もまた賢くいらせられ、必ず災をくだし、その言葉を取り消すことなく、立って悪をなす者の家を攻め、また不義を行う者を助ける者を攻められる。
Lakin Rəbb tam hikmətə malikdir, O bəla gətirər, Öz sözlərini geri götürməz, Pislik edən adamlara, Günahkarlara kömək edənlərə qarşı çıxar.
3 かのエジプトびとは人であって、神ではない。その馬は肉であって、霊ではない。主がみ手を伸ばされるとき、助ける者はつまずき、助けられる者も倒れて、皆ともに滅びる。
Misirlilər Allah deyil, insandır, Atları da ətdəndir, ruhdan deyil. Rəbb Öz əlini uzadanda Yardım edən büdrəyəcək, Yardım alan yıxılacaq, Hamısı birlikdə məhv olacaq.
4 主はわたしにこう言われた、「ししまたは若いししが獲物をつかんで、ほえたけるとき、あまたの羊飼が呼び出されて、これにむかっても、その声によって驚かず、その叫びによって恐れないように、万軍の主は下ってきて、シオンの山およびその丘で戦われる。
Çünki Rəbb mənə belə dedi: «Şir ya gənc aslan öz şikarı üstünə nərə çəkəndə Bir dəstə çoban ona qarşı haray salsa da, Aslan onların səslərindən qorxmur, Qışqırıqlarına məhəl qoymur. Ordular Rəbbi də elə enəcək, Sion dağını, onun təpələrini Qorumaq üçün döyüşəcək.
5 鳥がひなを守るように、万軍の主はエルサレムを守り、これを守って救い、これを惜しんで助けられる」。
Quş qanad açıb necə balalarını qoruyursa, Ordular Rəbbi Yerusəlimi də belə qoruyacaq, Müdafiə edəcək, qurtaracaq, saxlayacaq, xilas edəcək».
6 イスラエルの人々よ、主に帰れ。あなたがたは、はなはだしく主にそむいた。
Ey İsrail övladları, üz döndərdiyiniz Rəbbə tərəf dönün!
7 その日、あなたがたは自分の手で造って罪を犯したしろがねの偶像と、こがねの偶像をめいめい投げすてる。
Çünki o gün hamınız əlinizlə günahkarcasına düzəltdiyiniz qızıl və gümüş bütlərinizi tullayacaqsınız.
8 「アッスリヤびとはつるぎによって倒れる、人のつるぎではない。つるぎが彼らを滅ぼす、人のつるぎではない。彼らはつるぎの前から逃げ去り、その若い者は奴隷の働きをしいられる。
«Aşşurlular qılıncdan məhv olacaq, İnsan qılıncından yox. Onlar qılıncdan keçiriləcək, Amma bu insan qılıncı olmayacaq. Aşşurlular döyüş meydanından qaçacaq, Cavanları isə yaxalanıb qul olacaq.
9 彼らの岩は恐れによって過ぎ去り、その君たちはあわて、旗をすてて逃げ去る」。これは主の言葉である。主の火はシオンにあり、その炉はエルサレムにある。
Aşşur padşahı dəhşət içində qaçacaq. Sərkərdələri bayraqlarını atıb vəlvələyə düşəcək». Bunu alovu Sionda, Ocağı Yerusəlimdə olan Rəbb bəyan edir.

< イザヤ書 31 >