< イザヤ書 29 >

1 ああ、アリエルよ、アリエルよ、ダビデが営をかまえた町よ、年に年を加え、祭をめぐりこさせよ。
Ariel, ey Ariel, Davudun ordugah qurduğu şəhər! İli ilə qat, bayramların keçirilsin.
2 その時わたしはアリエルを悩ます。そこには悲しみと嘆きとがあって、アリエルのようなものとなる。
Amma Arielə əzab verəcəyəm, O, fəryad, fəğan edəcək, Mənim üçün qurbangah ocağı kimi olacaq.
3 わたしはあなたのまわりに営を構え、やぐらをもってあなたを囲み、塁を築いてあなたを攻める。
Sənə qarşı ətrafında ordugah quracağam, Dövrəsinə istehkamlar düzəcəyəm, Sənə hücum etmək üçün qüllələr tikəcəyəm.
4 その時あなたは深い地の中から物言い、低いちりの中から言葉を出す。あなたの声は亡霊の声のように地から出、あなたの言葉はちりの中から、さえずるようである。
Alçaldılacaqsan, yerin altından danışacaqsan, Toz-torpaq içindən səsin boğuq gələcək, Səsin ölü səsi kimi yerdən, Sözlərin pıçıltı kimi torpağın altından çıxacaq.
5 しかしあなたのあだの群れは細かなちりのようになり、あらぶる者の群れは吹き去られるもみがらのようになる。また、にわかに、またたくまに、この事がある。
Amma çoxlu düşmənlərin narın toz kimi, Qorxunc adamların orduları sovrulmuş saman çöpü kimi olacaq. Qəflətən bir an içində,
6 すなわち万軍の主は雷、地震、大いなる叫び、つむじ風、暴風および焼きつくす火の炎をもって臨まれる。
Ordular Rəbbi göy gurultusu ilə, zəlzələ ilə, Böyük səs-küylə, qasırğa və fırtına ilə, Hər şeyi məhv edən od ilə sənin yanına gələcək.
7 そしてアリエルを攻めて戦う国々の群れ、すなわちアリエルとその城を攻めて戦い、これを悩ます者はみな夢のように、夜の幻のようになる。
Sonra Arielə qarşı döyüşən bütün millətlərdən izdihamlar, Ona və qalalarına qarşı savaşanların hamısı, Ona zülm edənlər bir röya kimi, Gecə görünən yuxu kimi yox olacaq.
8 飢えた者が食べることを夢みても、さめると、その飢えがいえないように、あるいは、かわいた者が飲むことを夢みても、さめると、疲れてそのかわきがとまらないように、シオンの山を攻めて戦う国々の群れもそのようになる。
Yuxuda çörək yediyini görən ac adam Oyananda yenə acdır. Yuxuda su içdiyini görən susuz adam Oyananda yenə susuzluqdan yanır. Sion dağına qarşı döyüşən Bütün millətlərdən izdihamlar da belə olacaq.
9 あなたがたは知覚を失って気が遠くなれ、目がくらんで盲となれ。あなたがたは酔っていよ、しかし酒のゆえではない、よろめけ、しかし濃き酒のゆえではない。
Heyrətlənin və təəccüblənin, Gözünüzü kor edin, qoy görməsin. Şərab içmədən sərxoş olun, İçki içmədən səndələyin.
10 主が深い眠りの霊をあなたがたの上にそそぎ、あなたがたの目である預言者を閉じこめ、あなたがたの頭である先見者をおおわれたからである。
Çünki Rəbb sizi dərin yuxuya saldı. Ey peyğəmbərlər, gözlərinizi yumdu, Ey görücülər, sizi kor elədi.
11 それゆえ、このすべての幻は、あなたがたには封じた書物の言葉のようになり、人々はこれを読むことのできる者にわたして、「これを読んでください」と言えば、「これは封じてあるから読むことができない」と彼は言う。
Bütün bu görüntü sizin üçün möhürlənmiş kitabın sözlərinə bənzəyir. Oxumağı bacarana bunu verib desələr: «Rica edirəm, bunu oxu!» O isə cavab verir: «Oxuya bilmərəm, çünki möhürlüdür».
12 またその書物を読むことのできない者にわたして、「これを読んでください」と言えば、「読むことはできない」と彼は言う。
Kitabı oxuya bilməyənə verib desələr: «Bunu oxu, rica edirəm», o isə cavab verir: «Mən oxuya bilmirəm».
13 主は言われた、「この民は口をもってわたしに近づき、くちびるをもってわたしを敬うけれども、その心はわたしから遠く離れ、彼らのわたしをかしこみ恐れるのは、そらで覚えた人の戒めによるのである。
Xudavənd deyir: «Bu xalq Mənə yaxınlaşıb Dilləri və dodaqları ilə Mənə hörmət edir, Amma qəlbləri Məndən uzaqdır. Onların Mənə səcdə etmələri İnsanlardan öyrəndikləri əmrlərdən gəlir.
14 それゆえ、見よ、わたしはこの民に、再び驚くべきわざを行う、それは不思議な驚くべきわざである。彼らのうちの賢い人の知恵は滅び、さとい人の知識は隠される」。
Ona görə Mən bir də bu xalq üçün Yeni möcüzə, ecazkar şeylər edəcəyəm, Müdriklərinin müdrikliyi məhv olacaq, Aqillərinin ağlı yox olacaq».
15 わざわいなるかな、おのが計りごとを主に深く隠す者。彼らは暗い中でわざを行い、「だれがわれわれを見るか、だれがわれわれのことを知るか」と言う。
Öz niyyətlərini Rəbdən gizlətməyə çalışanların vay halına! Qaranlıqda iş görən bu adamlar «Bizi kim görür, kim tanıyır?» deyirlər.
16 あなたがたは転倒して考えている。陶器師は粘土と同じものに思われるだろうか。造られた物はそれを造った者について、「彼はわたしを造らなかった」と言い、形造られた物は形造った者について、「彼は知恵がない」と言うことができようか。
Bu nə cür ağılsız düşüncədir! Heç dulusçunu gil ilə bir tutmaq olarmı? Düzəldilən əşya onu düzəldən barədə «O məni düzəltmədi» deyərmi? Qab onu yaradan barədə «O heç nə anlamır» deyərmi?
17 しばらくしてレバノンは変って肥えた畑となり、肥えた畑は林のように思われる時が来るではないか。
Livan tezliklə məhsuldar tarlaya, Məhsuldar tarla isə meşəyə dönməyəcəkmi?
18 その日、耳しいは書物の言葉を聞き、目しいの目はその暗やみから、見ることができる。
O gün karlar kitabdakı sözləri eşidəcək, Korların gözləri zülmət qaranlıqda görəcək.
19 柔和な者は主によって新たなる喜びを得、人のなかの貧しい者はイスラエルの聖者によって楽しみを得る。
Fəqirlər Rəbdə sevinc tapacaq, Yoxsullar İsrailin Müqəddəsində şadlanacaq.
20 あらぶる者は絶え、あざける者はうせ、悪を行おうと、おりをうかがう者は、ことごとく断ち滅ぼされるからである。
Çünki zülmkarlar yox olacaq, Rişxəndçilər itib-batacaq. Pislik etməyə hazır olanlar məhv olacaq.
21 彼らは言葉によって人を罪に定め、町の門でいさめる者をわなにおとしいれ、むなしい言葉をかまえて正しい者をしりぞける。
Onlar başqasına böhtan atanlar, Şəhər darvazasında hakimə tələ quranlardır, Haqlının haqqını nahaq yerə təhrif edənlərdir.
22 それゆえ、昔アブラハムをあがなわれた主は、ヤコブの家についてこう言われる、「ヤコブは、もはやはずかしめを受けず、その顔は、もはや色を失うことはない。
Buna görə də İbrahimi qurtaran Rəbb Yaqub nəslinə belə deyir: «Yaqub nəsli artıq utanmayacaq, Üzləri qorxudan saralmayacaq.
23 彼の子孫が、その中にわが手のわざを見るとき、彼らはわが名を聖とし、ヤコブの聖者を聖として、イスラエルの神を恐れる。
Əlimlə yaratdığım övladlarını Aralarında görəndə Adımı müqəddəs tutacaqlar, Yaqubun Müqəddəsini təqdis edəcəklər, İsrailin Allahından qorxacaqlar.
24 心のあやまれる者も、悟りを得、つぶやく者も教をうける」。
Yolunu azanlar anlayacaq, Gileylənənlər təlim öyrənəcək».

< イザヤ書 29 >