< 創世記 48 >

1 これらの事の後に、「あなたの父は、いま病気です」とヨセフに告げる者があったので、彼はふたりの子、マナセとエフライムとを連れて行った。
Bir müddət sonra Yusifə dedilər: «Atan xəstədir». O, iki oğlunu – Menaşşe və Efrayimi özü ilə götürdü.
2 時に人がヤコブに告げて、「あなたの子ヨセフがあなたのもとにきました」と言ったので、イスラエルは努めて床の上にすわった。
Yaquba xəbər verib dedilər: «Budur, oğlun Yusif yanına gəlir». İsrail gücünü toplayıb yatağı üstündə oturdu.
3 そしてヤコブはヨセフに言った、「先に全能の神がカナンの地ルズでわたしに現れ、わたしを祝福して、
Yaqub Yusifə dedi: «Külli-İxtiyar Allah Kənan torpağında olan Luzda mənə göründü və xeyir-dua verdi.
4 言われた、『わたしはおまえに多くの子を得させ、おまえをふやし、おまえを多くの国民としよう。また、この地をおまえの後の子孫に与えて永久の所有とさせる』。
O mənə belə dedi: “Bax Mən səni bəhərli edib nəslini çoxaldacağam, səndən çoxlu xalq törədəcəyəm. Səndən sonra bu torpağı övladlarına əbədi mülk olaraq verəcəyəm”.
5 エジプトにいるあなたの所にわたしが来る前に、エジプトの国で生れたあなたのふたりの子はいまわたしの子とします。すなわちエフライムとマナセとはルベンとシメオンと同じようにわたしの子とします。
İndi sənin yanına, Misirə gəlməzdən əvvəl Misir torpağında doğulan iki oğlun da mənimdir: Efrayim və Menaşşe Ruvenlə Şimeon kimi mənimki olacaq.
6 ただし彼らの後にあなたに生れた子らはあなたのものとなります。しかし、その嗣業はその兄弟の名で呼ばれるでしょう。
Onlardan sonra sənin üçün doğulan uşaqlar isə səninki olacaq, öz miras torpaqlarında qardaşlarının adları ilə qeyd olunacaq.
7 わたしがパダンから帰って来る途中ラケルはカナンの地で死に、わたしは悲しんだ。そこはエフラタに行くまでには、なお隔たりがあった。わたしはエフラタ、すなわちベツレヘムへ行く道のかたわらに彼女を葬った」。
Mən Paddandan gələndə Kənan torpağında Efrata yaxın yerdə Rəhilə yanımdaca öldü. Onu elə orada – Efrat yolunda, yəni Bet-Lexemdə basdırdım».
8 ところで、イスラエルはヨセフの子らを見て言った、「これはだれですか」。
İsrail Yusifin oğullarını görüb dedi: «Bunlar kimdir?»
9 ヨセフは父に言った、「神がここでわたしにくださった子どもです」。父は言った、「彼らをわたしの所に連れてきて、わたしに祝福させてください」。
Yusif atasına dedi: «Allahın burada mənə verdiyi oğullarımdır». İsrail dedi: «Onları yanıma gətir, xeyir-dua verim».
10 イスラエルの目は老齢のゆえに、かすんで見えなかったが、ヨセフが彼らを父の所に近寄らせたので、父は彼らに口づけし、彼らを抱いた。
İsrail artıq qocalmış, gözləri zəifləmişdi və görə bilmirdi. Yusif oğullarını atasının yanına apardı və atası onları öpüb qucaqladı.
11 そしてイスラエルはヨセフに言った、「あなたの顔が見られようとは思わなかったのに、神はあなたの子らをもわたしに見させてくださった」。
Sonra İsrail Yusifə dedi: «Düşünmürdüm ki, üzünü bir də görərəm, amma Allah mənə sənin övladlarını da göstərdi».
12 そこでヨセフは彼らをヤコブのひざの間から取り出し、地に伏して拝した。
Yusif övladlarını atasının dizləri yanından kənara çəkib onun qarşısında üzünü yerə qoyaraq səcdə etdi.
13 ヨセフはエフライムを右の手に取ってイスラエルの左の手に向かわせ、マナセを左の手に取ってイスラエルの右の手に向かわせ、ふたりを近寄らせた。
Sonra oğullarını götürüb Efrayimi sağ əli ilə İsrailin sol tərəfinə, Menaşşeni isə sol əli ilə İsrailin sağ tərəfinə çəkərək ona yaxınlaşdırdı.
14 すると、イスラエルは右の手を伸べて弟エフライムの頭に置き、左の手をマナセの頭に置いた。マナセは長子であるが、ことさらそのように手を置いたのである。
İsrail əllərini çarpaz uzatdı: sağ əlini kiçik olan Efrayimin, sol əlini isə Menaşşenin başına qoydu. Menaşşe ilk oğul olduğuna baxmayaraq, İsrail əllərini qəsdən dəyişdi.
15 そしてヨセフを祝福して言った、「わが先祖アブラハムとイサクの仕えた神、生れてからきょうまでわたしを養われた神、
İsrail Yusifə xeyir-dua verərək belə dedi: «Atalarım İbrahimin, İshaqın xidmət etdiyi Allah, Bu günə qədər mənim qayğıma qalan Allah,
16 すべての災からわたしをあがなわれたみ使よ、この子供たちを祝福してください。またわが名と先祖アブラハムとイサクの名とが、彼らによって唱えられますように、また彼らが地の上にふえひろがりますように」。
Məni bütün pisliklərdən xilas edən Mələk Qoy bu uşaqlara da xeyir-dua versin! Onlar mənim adımla, Atalarım İbrahim və İshaqın Adı ilə çağırılsın, Yer üzündə çoxaldıqca çoxalsın!»
17 ヨセフは父が右の手をエフライムの頭に置いているのを見て不満に思い、父の手を取ってエフライムの頭からマナセの頭へ移そうとした。
Yusif atasının sağ əlini Efrayimin başına qoyduğunu gördü və bu onun xoşuna gəlmədi. O, atasının əlini Efrayimin başından götürüb Menaşşenin başına qoymaq istədi.
18 そしてヨセフは父に言った、「父よ、そうではありません。こちらが長子です。その頭に右の手を置いてください」。
Buna görə də atasına dedi: «Ata, ilk oğul Menaşşedir, sağ əlini onun başına qoy. Belə düz deyil».
19 父は拒んで言った、「わかっている。子よ、わたしにはわかっている。彼もまた一つの民となり、また大いなる者となるであろう。しかし弟は彼よりも大いなる者となり、その子孫は多くの国民となるであろう」。
Lakin atası istəməyib dedi: «Bilirəm, oğlum, bilirəm. Menaşşenin nəslindən də böyük bir xalq olacaq. Amma kiçik qardaşından daha böyük bir xalq törəyəcək, onun nəslindən çoxlu millətlər yaranacaq».
20 こうして彼はこの日、彼らを祝福して言った、「あなたを指して、イスラエルは、人を祝福して言うであろう、『神があなたをエフライムのごとく、またマナセのごとくにせられるように』」。このように、彼はエフライムをマナセの先に立てた。
O gün İsrail nəvələrinə xeyir-dua verərək dedi: «İsrail nəsli “Qoy Allah səni Efrayim və Menaşşe kimi etsin” Deyərək sizin adınızla Xeyir-dua verəcək». Yaqub beləcə Efrayimi Menaşşedən üstün tutdu.
21 イスラエルはまたヨセフに言った、「わたしはやがて死にます。しかし、神はあなたがたと共におられて、あなたがたを先祖の国に導き返されるであろう。
İsrail Yusifə dedi: «Artıq mən ölürəm, amma Allah sizinlə olacaq, sizi atalarınızın torpağına qaytaracaq.
22 なおわたしは一つの分を兄弟よりも多くあなたに与える。これはわたしがつるぎと弓とを持ってアモリびとの手から取ったものである」。
Sənə qardaşlarından bir pay da artıq olaraq Şekemi verirəm. Onu mən Emorluların əlindən qılıncım və kamanımla almışam».

< 創世記 48 >