< エズラ記 4 >

1 ユダとベニヤミンの敵である者たちは捕囚から帰ってきた人々が、イスラエルの神、主のために神殿を建てていることを聞き、
Yəhudalıların və Binyaminlilərin düşmənləri eşitdilər ki, sürgündən qayıdanlar İsrailin Allahı Rəbb üçün məbəd tikirlər.
2 ゼルバベルと氏族の長たちのもとに来て言った、「われわれも、あなたがたと一緒にこれを建てさせてください。われわれはあなたがたと同じく、あなたがたの神を礼拝します。アッスリヤの王エサル・ハドンがわれわれをここにつれて来た日からこのかた、われわれは彼に犠牲をささげてきました」。
Onlar Zerubbabilə və nəsil başçılarına yaxınlaşıb belə dedi: «Qoy biz də sizinlə bərabər bu məbədi tikək, çünki biz də sizin kimi Allahınıza sitayiş edirik. Bizi buraya gətirən Aşşur padşahı Esar-Xaddonun dövründən bəri sizin Allaha qurban təqdim edirik».
3 しかしゼルバベル、エシュアおよびその他のイスラエルの氏族の長たちは、彼らに言った、「あなたがたは、われわれの神に宮を建てることにあずかってはなりません。ペルシャの王クロス王がわれわれに命じたように、われわれだけで、イスラエルの神、主のために建てるのです」。
Lakin Zerubbabil, Yeşua və İsrailin digər nəsil başçıları onlara belə dedilər: «Allahımızın evini qurmaq üçün sizin bizimlə heç bir ortaq işiniz yoxdur. Biz özümüz əlbir olaraq Fars padşahı Kirin əmrinə əsasən İsrailin Allahı Rəbbə məbəd tikəcəyik».
4 そこでその地の民はユダの民の手を弱らせて、その建築を妨げ、
Onda bu ölkənin xalqı Yəhuda xalqının əllərini işdən soyutmaqla tikinti işində onlara əziyyət verdi.
5 その企てを破るために役人を買収して彼らに敵せしめ、ペルシャ王クロスの代からペルシャ王ダリヨスの治世にまで及んだ。
Bu xalq Yəhudilərin məqsədlərini boşa çıxarmaq üçün Fars padşahları olan Kirin dövründən Daranın dövrünə qədər onlara qarşı çıxaraq özlərinə muzdla məsləhətçilər tutdu.
6 アハスエロスの治世、すなわちその治世の初めに、彼らはユダとエルサレムの住民を訴える告訴状を書いた。
Onlar Axaşveroş padşah olanda, onun hökmranlığının başlanğıcında Yəhuda və Yerusəlimdə yaşayanların əleyhinə bir ittiham məktubu yazdılar.
7 またアルタシャスタの世にビシラム、ミテレダテ、タビエルおよびその他の同僚も、ペルシャ王アルタシャスタに手紙を書いた。その手紙の文はアラム語で書かれて訳されていた。
Fars padşahı Artaxşastanın dövründə Bişlam Mitredat, Taveel və digər yoldaşları padşah Artaxşastaya məktub yazdı. Məktub Arami dilində yazılaraq tərcümə edildi.
8 長官レホムと書記官シムシャイはアルタシャスタ王にエルサレムを訴えて次のような手紙をしたためた。
Sərkərdə Rexum və mirzə Şimşay padşah Artaxşastaya Yerusəlimi ittiham edən bir məktub yazdı.
9 すなわち長官レホムと書記官シムシャイおよびその他の同僚、すなわち裁判官、知事、役人、ペルシャ人、エレクの人々、バビロン人、スサの人々すなわちエラムびと、
Sonra məktuba sərkərdə Rexumla mirzə Şimşay və qalan yoldaşları, hakimlər, əmirlər, qulluqçular, Farslar, Ereklilər, Babillilər, Şuşanlılar, yəni Elamlılar,
10 およびその他の民すなわち大いなる尊いオスナパルが、移してサマリヤの町々および川向こうのその他の地に住ませた者どもが、
böyük və şanlı Aşurbanipalın sürgün edib Samariya şəhərlərində və Fərat çayının qərb torpaqlarında yerləşdirdiyi başqa xalqlar imza qoydular.
11 送った手紙の写しはこれである。「アルタシャスタ王へ、川向こうのあなたのしもべども、あいさつを申し上げます。
Padşah Artaxşastaya göndərdikləri məktubun surəti belədir: «Padşah Artaxşastaya Fərat çayının qərb torpaqlarında yaşayan qullarından.
12 王よ、ご承知ください。あなたのもとから、わたしたちの所に上って来たユダヤ人らはエルサレムに来て、かのそむいた悪い町を建て直し、その城壁を築きあげ、その基礎をつくろっています。
Padşaha məlum olsun ki, sizin yanınızdan qayıdan Yəhudilər bizim yanımıza – Yerusəlimə gəlib bu pis, üsyankar şəhəri bərpa edirlər. Divarları hörüb qurtardılar və binaların təməlini bərpa etdilər.
13 王よ、いまご承知ください。もしこの町を建て、城壁を築きあげるならば、彼らはみつぎ、関税、税金を納めなくなります。そうすれば王の収入が減るでしょう。
Padşaha məlum edirik ki, əgər bu şəhər bərpa edilərsə, divarları hörülüb qurtararsa, onlar sənə vergi, xərac və gömrük verməyəcəklər. Bununla da padşahın gəlirinə böyük ziyan dəyəcək.
14 われわれは王宮の塩をはむ者ですから、王の不名誉を見るに忍びないので、人をつかわして王にお聞かせするのです。
Əgər indi bu sarayın duzu ilə dolanırıqsa, gözümüz önündə padşaha ziyan dəyməsini görmək bizə yaraşmaz. Ona görə də padşaha bu xəbəri göndərib belə məlum edirik:
15 歴代の記録をお調べください。その記録の書において、この町はそむいた町で、諸王と諸州に害を及ぼしたものであることを見、その中に古来、むほんの行われたことを知られるでしょう。この町が滅ぼされたのはこれがためなのです。
qoy ata-babalarının dəftərxanası axtarılsın. Qeyd kitablarında bu şəhər haqqında məlumat tapanda biləcəksiniz ki, bu şəhər həm üsyankar, həm də padşahlar və dövlətlər üçün zərərlidir. Qədimdən bəri oradan həmişə xəyanət törəyib və bunun üçün şəhər xarabaya çevrilib.
16 われわれは王にお知らせいたします。もしこの町が建てられ、城壁が築きあげられたなら、王は川向こうの領地を失うに至るでしょう」。
Padşaha məlum edirik ki, əgər bu şəhər bərpa edilərsə və divarları tikilib qurtararsa, sənin Fərat çayının qərb torpaqlarında payın olmayacaq».
17 王は返書を送って言った、「長官レホム、書記官シムシャイ、その他サマリヤおよび川向こうのほかの所に住んでいる同僚に、あいさつをする。いま、
Padşah belə cavab göndərdi: «Sərkərdə Rexuma, mirzə Şimşaya və Samariya ilə Fərat çayının digər qərb torpaqlarında yaşayan yoldaşlarına salamlar!
18 あなたがたがわれわれに送った手紙を、わたしの前に明らかに読ませた。
Bizə göndərdiyiniz məktub hüzurumda tərcümə edildi.
19 わたしは命令を下して調査させたところ、この町は古来、諸王にそむいた事、その中に反乱、むほんのあったことを見いだした。
Ona görə mən əmr verdim və əmrimə əsasən istintaq aparıldı. Bu şəhərin sakinlərinin qədimdən bəri padşahlara qarşı üsyan qaldırması təsdiq olundu. Üsyankarlıq və xəyanət bu şəhərin daxilindən baş qaldırıb.
20 またエルサレムには大いなる王たちがあって、川向こうの地をことごとく治め、みつぎ、関税、税金を納めさせたこともあった。
O zaman Yerusəlimi idarə edən qüdrətli padşahlar var idi. Fərat çayının qərbindəki bütün torpaqlar üzərində bu padşahlar hökmranlıq edirdilər. Buranın əhalisi isə onlara xərac, vergi və gömrük verirdi.
21 それであなたがたは命令を伝えて、その人々をとどめ、わたしの命令の下るまで、この町を建てさせてはならない。
İndi əmr verin, bu adamlar işi dayandırsınlar və mən əmr verənə qədər bu şəhəri bərpa etməsinlər.
22 あなたがたは慎んでこのことについて怠ることのないようにしなさい。どうして損害を増して、王に害を及ぼしてよかろうか」。
Bu işə etinasız yanaşmaqdan çəkinin. Niyə şər artıb padşahlığıma ziyan vursun?»
23 アルタシャスタ王の手紙の写しがレホムおよび書記官シムシャイとその同僚の前に読み上げられたので、彼らは急いでエルサレムのユダヤ人のもとにおもむき、腕力と権力とをもって彼らをやめさせた。
Padşah Artaxşastanın məktubunun surəti Rexumla mirzə Şimşayın və yoldaşlarının qarşısında oxunanda onlar tələsik Yerusəlimə Yəhudilərin yanına getdilər. Onların işini zorla, güclə dayandırdılar.
24 それでエルサレムにある神の宮の工事は中止された。すなわちペルシャ王ダリヨスの治世の二年まで中止された。
Beləliklə, Yerusəlimdəki Allah evinin tikinti işi dayandırıldı və bu iş Fars padşahı Daranın hökmranlığının ikinci ilinə qədər ləngidi.

< エズラ記 4 >