< エゼキエル書 42 >

1 彼はわたしを北の方の内庭に連れ出し、庭に向かった北の方の建物に対する室に導いた。
O adam məni şimala gedən yoldan bayır həyətə çıxardı, məbədin açıq sahəsinə və bayır həyətin şimalındakı tikililərə baxan otaqlara apardı.
2 北側にある建物の長さは百キュビト、幅は五十キュビトである。
Qapısı şimala baxan bu tikilinin uzunluğu yüz, eni əlli qulac idi.
3 二十キュビトの内庭に続いて、外庭の敷石に面し、三階になった廊下があった。
İçəri həyətin iyirmi qulaclıq hissəsi ilə bayır həyətin daş yoluna baxan üç mərtəbənin dəhlizləri qarşı-qarşıya idi.
4 また室の前に幅十キュビト、長さ百キュビトの通路があった。その戸は北に向かっていた。
Otaqların qabağında eni on qulac, uzunluğu isə yüz qulac olan bir içəri dəhliz var idi. Qapıları şimala baxırdı.
5 その建物の上の室は、下の室と中の室よりも狭かった。それは廊下のために、場所を取ったためである。
Tikilinin üst mərtəbədəki otaqları alt və orta mərtəbədəki otaqlardan daha dar idi, çünki üst mərtəbədəki dəhlizlər daha çox yer tuturdu.
6 これらは三階であって、外庭の柱のような柱は持たなかった。それで上の室は、下および中の室よりも狭いのである。
Həyətlərdə sütunlar olduğu halda üçmərtəbəli otaqların sütunları yox idi. Buna görə də üst mərtəbədəki otaqlar alt və orta mərtəbədəki otaqlardan daha dar idi.
7 室の外に沿ってかきがあり、それは他の室に向かって外庭に至る。その長さは五十キュビト、
Otaqların qabağında, otaqlarla və bayır həyətlə yanaşı bir bayır divar var idi: əlli qulac uzunluğunda idi.
8 外庭の室の長さも五十キュビトあった。宮に面する所は百キュビトであった。
Çünki bayır həyətin yanındakı yanbayan otaqların uzunluğu əlli qulac idi. Məbədin əsas hissəsinə daha yaxın yanbayan otaqların uzunluğu isə yüz qulac idi.
9 これらの室の下に外庭からこれにはいるように、東側に入口があった。
Bu otaqların aşağıda bayır həyətdən girmək üçün şərqə tərəf bir qapısı var idi.
10 外側のかきは、外庭に始まっている。南の方で、庭と建物との前に、室があった。
İçəri həyətin cənubu boyu açıq sahəyə və bayır həyətdəki tikililərə baxan başqa otaqlar var idi.
11 北向きの室と同様に、その前に通路があり、その長さも幅も同様で、その出口もその配置もその戸も同様である。
Şimal tərəfdəki otaqlarda olduğu kimi bu otaqların qabağında da bir keçid var idi. Otaqların uzunluğu və eni eyni idi, çıxışları və ölçüləri şimal tərəfdə olan otaqlarınkı kimi idi. Cənubdakı otaqların qapıları da şimaldakılar kimi idi.
12 南の室の下に、人々が通路にはいる東の入口があり、これに対して隔てのかきがあった。
Keçidin başlanğıcında bir qapı var idi. Arxa divarlar boyunca şərqə uzanan bu keçid otaqlara açılırdı.
13 時に彼はわたしに言った、「庭に面した北の室と、南の室とは、聖なる室であって、主に近く仕える祭司たちが、最も聖なるものを食べる場所である。その場所に彼らは、最も聖なるもの、すなわち素祭、罪祭、愆祭のものを置かなければならない。その場所は聖だからである。
Sonra o adam mənə dedi: «Məbədin açıq sahəsinə baxan şimaldakı və cənubdakı otaqlar müqəddəsdir. Rəbbin önündə xidmət edən kahinlər orada ən müqəddəs təqdimlərdən yeyəcək. Ən müqəddəs təqdimləri – taxıl təqdimlərini, günah qurbanlarını və təqsir qurbanlarını orada qoyacaqlar, çünki ora müqəddəsdir.
14 祭司たちが、聖所にはいった時は、そこから外庭に出てはならない。彼らは勤めを行う衣服を、その所に置かなければならない。これは聖だからである。彼らは民衆に属する場所に近づく前に、他の衣服を着けなければならない」。
Kahinlər müqəddəs yerə girəndə xidmət edərkən əyinlərindəki geyimləri orada qoymadan bayır həyətə çıxmasın, çünki bu geyimlər müqəddəsdir. Onlar xalqın olduğu yerlərə getməzdən qabaq başqa paltarlar geyməlidir».
15 彼らは宮の庭の内部を測り終えると、東向きの門の道から、わたしを連れ出して、宮の周囲を測った。
O adam məbədin sahəsini içəridən ölçüb qurtarandan sonra məni şərq qapısından bayıra apardı və hər tərəfdən bu sahənin bayırını ölçdü.
16 彼が測りざおで、東側を測ると、測りざおで五百キュビトあり、
Şərq tərəfini qamışla ölçdü: uzunluğu beş yüz qulac idi.
17 また転じて、北側を測ると、測りざおで五百キュビトあり、
Şimal tərəfini də qamışla ölçdü: uzunluğu beş yüz qulac idi.
18 また転じて、南側を測ると、測りざおで五百キュビトあり、
Cənub tərəfini də qamışla ölçdü: uzunluğu beş yüz qulac idi.
19 また転じて、西側を測ると、測りざおで五百キュビトあった。
Qərb tərəfinə dönüb onu qamışla ölçdü: uzunluğu beş yüz qulac idi.
20 このように、四方を測ったが、その周囲に、長さ五百キュビト、幅五百キュビトのかきがあって、聖所と、俗の所との隔てをなしていた。
Beləcə sahənin dörd tərəfini ölçdü. Müqəddəs olanı müqəddəs olmayandan ayırmaq üçün sahənin ətrafında bir divar var idi: uzunluğu və eni hər biri beş yüz qulac idi.

< エゼキエル書 42 >