< 列王記Ⅰ 7 >

1 またソロモンは自分の家を建てたが、十三年かかってその家を全部建て終った。
Ancaq Süleyman öz sarayını ətrafdakı bütün evlərlə birlikdə on üç ilə tikib qurtardı.
2 彼はレバノンの森の家を建てた。長さ百キュビト、幅五十キュビト、高さ三十キュビトで、三列の香柏の柱があり、その柱の上に香柏の梁があった。
Onun tikdiyi «Livan meşəsi» adlı sarayın uzunluğu yüz, eni əlli, hündürlüyü isə otuz qulac idi. O, dörd cərgə sidr sütunlardan və sütunlar üzərində olan sidr dirəklərdən ibarət idi.
3 四十五本の柱の上にある室は香柏の板でおおった。柱は各列十五本あった。
Sütunlar üzərindəki qırx beş dirəyin üstündə sidrdən olan dam salınmışdı və hər cərgədə on beş dirək var idi.
4 また窓わくが三列あって、窓と窓と三段に向かい合っていた。
Pəncərə çərçivələri üç cərgə idi və onların içində qarşı-qarşıya üç cərgə pəncərə var idi.
5 戸口と窓はみな四角の枠をもち、窓と窓と三段に向かい合った。
Bütün girişlər və onların çərçivələri dördguşəli idi. Girişlər qarşı-qarşıya olmaqla üç cərgə idi.
6 また柱の広間を造った。長さ五十キュビト、幅三十キュビトであった。柱の前に一つの広間があり、その玄関に柱とひさしがあった。
Süleyman uzunluğu əlli, eni otuz qulac olan sütunlu bir eyvan tikdi. Qabağında artırma və sütunlar, onların qabağında isə eşik düzəltdi.
7 またソロモンはみずから審判をするために玉座の広間、すなわち審判の広間を造った。床からたるきまで香柏をもっておおった。
O həmçinin hökm verəcəyi taxt eyvanını, yəni məhkəmə otağını tikdi və onu döşəmədən tavana qədər sidr ağacı ilə örtdü.
8 ソロモンが住んだ宮殿はその広間のうしろの他の庭にあって、その造作は同じであった。ソロモンはまた彼がめとったパロの娘のために家を建てたが、その広間と同じであった。
Onun yaşadığı ev eyvanın arxasında, o biri həyətdə idi və eyni quruluşda tikilmişdi. Süleyman arvad aldığı firon qızı üçün də bu eyvan kimi bir ev tikdirdi.
9 これらはみな内外とも、土台から軒まで、また主の宮の庭から大庭まで、寸法に合わせて切った石、すなわち、のこぎりでひいた高価な石で造られた。
Bütün bunlar iç və bayır tərəfdən, bünövrədən dama və bayır tərəfdən böyük həyətə qədər ölçüyə görə yonulmuş, daş mişarı ilə kəsilmiş dəyərli daşlardan düzəldilmişdi.
10 また土台は高価な石、大きな石、すなわち八キュビトの石、十キュビトの石であった。
Bünövrə böyük və dəyərli daşlardan – on qulaclıq və səkkiz qulaclıq daşlardan qoyulmuşdu.
11 その上には寸法に合わせて切った高価な石と香柏とがあった。
Onların üstündə ölçüyə görə yonulmuş dəyərli daşlar və sidr dirəklər var idi.
12 また大庭の周囲には三かさねの切り石と、一かさねの香柏の角材があった。主の宮の内庭と宮殿の広間の庭の場合と同じである。
Rəbbin məbədinin içəri həyəti və məbədin eyvanı kimi böyük həyət də üç cərgə yonulmuş daş və bir cərgə sidr dirəklərlə əhatə olunmuşdu.
13 ソロモン王は人をつかわしてツロからヒラムを呼んできた。
Padşah Süleyman Xiram adlı bir nəfəri Surdan gətirtdi.
14 彼はナフタリの部族の寡婦の子であって、その父はツロの人で、青銅の細工人であった。ヒラムは青銅のいろいろな細工をする知恵と悟りと知識に満ちた者であったが、ソロモン王のところにきて、そのすべての細工をした。
Onun anası Naftali qəbiləsindən dul bir qadın, atası isə Surlu bir misgər idi. Xiram tuncdan hər cür şey qayırmaq işində hikmətli, dərrakəli və bilikli idi. O, padşah Süleymanın yanına gəldi və onun bütün işlərini gördü.
15 彼は青銅の柱二本を鋳た。一本の柱の高さは十八キュビト、そのまわりは綱をもって測ると十二キュビトあり、指四本の厚さで空洞であった。他の柱も同じである。
Xiram iki tunc sütun düzəltdi. Hər sütunun hündürlüyü on səkkiz qulac idi və hər birinin ətrafına on iki qulaclıq bir ip dolanmışdı.
16 また青銅を溶かして柱頭二つを造り、柱の頂にすえた。その一つの柱頭の高さは五キュビト、他の柱頭の高さも五キュビトであった。
O, sütunların üstünə qoymaq üçün tökmə tuncdan iki başlıq düzəltdi. Hər iki başlığın hündürlüyü beş qulac idi.
17 柱の頂にある柱頭のために鎖に編んだ飾りひもで市松模様の網細工二つを造った。すなわちこの柱頭のために一つ、かの柱頭のために一つを造った。
Sütunların üstündə olan başlıqlarda hörmə torlar və zəncirvari çələnglər var idi. Hər iki başlıqda yeddi dənə var idi.
18 またざくろを造った。すなわち二並びのざくろを一つの網細工の上のまわりに造って、柱の頂にある柱頭を巻いた。他の柱頭にも同じようにした。
O, sütunları belə düzəltdi. Sütunların üstündəki başlıqları örtmək üçün hörmə torların ətrafında iki cərgə nar düzəltdi və hər başlıq üçün də belə etdi.
19 この廊の柱の頂にある柱頭の上に四キュビトのゆりの花の細工があった。
Eyvanda olan sütunların üstündəki başlıqlar su zanbağı şəklində düzəldilmişdi və hər birinin hündürlüyü dörd qulac idi.
20 二つの柱の上端の丸い突出部の上にある網細工の柱頭の周囲には、おのおの二百のざくろが二並びになっていた。
Hər iki sütunun yuxarısında olan başlıqlar hörmə torların yanındakı girdə çıxıntının üst tərəfində idi. Hər başlığın üzərində dairəvi cərgələrdə iki yüz nar var idi.
21 この柱を神殿の廊に立てた。すなわち南に柱を立てて、その名をヤキンと名づけ、北に柱を立てて、その名をボアズと名づけた。
Xiram məbədin eyvanında sütunlar qoydu. Sağ tərəfdə olan sütunu Yakin, sol tərəfdəkini isə Boaz adlandırdı.
22 その柱の頂にはゆりの花の細工があった。こうしてその柱の造作ができあがった。
Sütunların üstündəki başlıqlar su zanbağı şəklində idi. Beləcə sütunların işi qurtardı.
23 また海を鋳て造った。縁から縁まで十キュビトであって、周囲は円形をなし、高さ五キュビトで、その周囲は綱をもって測ると三十キュビトであった。
Xiram tuncdan tökülmüş dairəvi bir hovuz düzəltdi. Onun hündürlüyü beş qulac idi və bir kənarından digər kənarına qədər on qulac idi, otuz qulaclıq bir ip də onun ətrafına dolanmışdı.
24 その縁の下には三十キュビトの周囲をめぐるひさごがあって、海の周囲を囲んでいた。そのひさごは二並びで、海を鋳る時に鋳たものである。
Hər tərəfdən kənarının altından onu balqabaq təsvirləri əhatə edirdi. Hər qulacda on balqabaq var idi. Balqabaqlar iki cərgə idi və onlar hovuzla birgə tökülmüşdü.
25 その海は十二の牛の上に置かれ、その三つは北に向かい、三つは西に向かい、三つは南に向かい、三つは東に向かっていた。海はその上に置かれ、牛のうしろは皆内に向かっていた。
Hovuz on iki tökmə buğanın üstündə dururdu: üçü şimala, üçü qərbə, üçü cənuba, üçü də şərqə baxırdı. Hovuz yuxarıda – onların üzərində idi və buğaların bütün sağrıları içəriyə doğru idi.
26 海の厚さは手の幅で、その縁は杯の縁のように、ゆりの花に似せて造られた。海には水が二千バテはいった。
Hovuzun qalınlığı bir ovuc idi, onun kənarı kasa kənarı kimi düzəldilmişdi və açılan zanbağa bənzəyirdi. O, iki min bat su tuturdu.
27 また青銅の台を十個造った。台は長さ四キュビト、幅四キュビト、高さ三キュビトであった。
Xiram tuncdan on dayaq düzəltdi. Hər dayağın uzunluğu dörd, eni dörd və hündürlüyü üç qulac idi.
28 その台の構造は次のとおりである。台には鏡板があり、鏡板は枠の中にあった。
Dayaqlar belə hazırlanmışdı: onların yan lövhələri var idi və yan lövhələr gövdəyə bərkidilmişdi.
29 枠の中にある鏡板には、ししと牛とケルビムとがあり、また、ししと牛の上と下にある枠の斜面には花飾りが細工してあった。
Gövdənin arasında olan yan lövhələr üzərində şir, buğa və keruv təsvirləri var idi. Həmçinin gövdədə, şir və buğa təsvirlərinin yuxarısında və aşağısında asma çələnglər var idi.
30 また台にはおのおの四つの青銅の車輪と、青銅の車軸があり、その四すみには洗盤のささえがあった。そのささえは、おのおの花飾りのかたわらに鋳て造りつけてあった。
Hər dayağın dörd tunc çarxı, tunc oxları və ləyən üçün dörd tökmə çıxıntısı var idi. Çıxıntılar hər tərəfdən çələnglərlə bəzədilmişdi.
31 その口は一キュビト上に突き出て、台の頂の内にあり、その口は丸く、台座のように造られ、深さ一キュビト半であった。またその口には彫り物があった。その鏡板は四角で、丸くなかった。
Dayağın başlığında bir oyuq var idi. Başlığın hündürlüyü bir qulac idi, oyuq isə dəyirmi və bir qulac yarım enində idi, üstündə oymalar var idi. Yan lövhələr dairəvi deyil, dördguşəli idi.
32 四つの車輪は鏡板の下にあり、車軸は台に取り付けてあり、車輪の高さはおのおの一キュビト半であった。
Dörd çarx yan lövhələrin altında idi və çarxların oxları dayaqda idi. Bir çarxın hündürlüyü bir qulac yarım idi.
33 車輪の構造は戦車の車輪の構造と同じで、その車軸と縁と輻と轂とはみな鋳物であった。
Çarxların quruluşu döyüş arabalarının çarxlarının quruluşu kimi idi. Onların oxları, sağanaqları, milləri və topları – hər şeyi tökmə idi.
34 おのおのの台の四すみに四つのささえがあり、そのささえは台の一部をなしていた。
Hər dayağın dörd küncündə çıxıntı var idi. Çıxıntılar dayağa bitişik idi.
35 台の上には高さ半キュビトの丸い帯輪があった。そして台の上にあるその支柱と鏡板とはその一部をなしていた。
Dayağın başında yarım qulac hündürlüyündə dəyirmi bir çənbər var idi. Dayağın başında olan dəstəkləri və yan lövhələri özünə bitişik idi.
36 その支柱の表面と鏡板にはそれぞれの場所に、ケルビムと、ししと、しゅろを刻み、またその周囲に花飾りを施した。
Xiram dəstəklərin və yan lövhələrin üzərində yer çatan qədər keruv, şir, xurma ağacı təsvirləri, ətrafında isə çələnglər oydu.
37 このようにして十個の台を造った。それはみな同じ鋳方、同じ寸法、同じ形であった。
Beləcə on dayaq düzəltdi. Onların hamısı bir tökmədə, bir ölçüdə və bir quruluşda idi.
38 また青銅の洗盤を十個造った。洗盤はおのおの四十バテの水がはいり、洗盤はおのおの四キュビトであった。十個の台の上にはおのおの一つずつの洗盤があった。
Xiram on dayağın üstünə qoymaq üçün tuncdan on ləyən düzəltdi. Hər ləyən qırx bat tuturdu və dörd qulac enində idi.
39 その台の五個を宮の南の方に、五個を宮の北の方に置き、宮の東南の方に海をすえた。
Dayaqların beşini məbədin sağ tərəfində, beşini də məbədin sol tərəfində qoydu. Hovuzu isə məbədin cənub-şərq küncündə yerləşdirdi.
40 ヒラムはまたつぼと十能と鉢を造った。こうしてヒラムはソロモン王のために主の宮のすべての細工をなし終えた。
O həmçinin qazanlar, kürəklər, piyalələr düzəltdi. Xiram Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə bütün bu işləri görüb qurtardı:
41 すなわち二本の柱と、その柱の頂にある柱頭の二つの玉と、柱の頂にある柱頭の二つの玉をおおう二つの網細工と、
iki sütun; sütunların üstündə iki dəyirmi başlıq; sütunların üstündəki başlıqları örtmək üçün iki hörmə tor;
42 その二つの網細工のためのざくろ四百。このざくろは一つの網細工に、二並びにつけて、柱の頂にある柱頭の二つの玉を巻いた。
sütunların üstündə olan dəyirmi başlıqları örtən hər hörmə torun üzərində iki cərgədə dörd yüz nar;
43 また十個の台と、その台の上の十個の洗盤と、
on dayaq; dayaqların üzərində on ləyən;
44 一つの海と、その海の下の十二の牛とであった。
bir hovuz; hovuzun altında on iki tökmə buğa;
45 さてつぼと十能と鉢、すなわちヒラムがソロモン王のために造った主の宮のこれらの器はみな光のある青銅であった。
qazanlar, kürəklər və piyalələr. Bütün bu əşyaları Xiram Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə cilalanmış tuncdan düzəltmişdi.
46 王はヨルダンの低地で、スコテとザレタンの間の粘土の地でこれらを鋳た。
Padşah bunları İordan çayının kənarındakı düzənlikdə Sukkot ilə Sartan arasındakı gilli torpaqlarda tökmüşdü.
47 ソロモンはその器が非常に多かったので、皆それをはからずにおいた。その青銅の重さは、はかり得なかった。
Bütün bu əşyalar həddən artıq çox olduğu üçün Süleyman onlara işlədilən tuncun çəkisini müəyyən etmədi.
48 またソロモンは主の宮にあるもろもろの器を造った。すなわち金の祭壇と、供えのパンを載せる金の机、
Süleyman Rəbbin məbədindəki bütün bu əşyaları düzəltdi: qızıl qurbangah; təqdis çörəkləri qoyulan qızıl masa;
49 および純金の燭台。この燭台は本殿の前に、五つは南に、五つは北にあった。また金の花と、ともしび皿と、心かきと、
iç otağın önündə beşi sağ tərəfdə, beşi də sol tərəfdə olan xalis qızıldan çıraqdanlar; qızıldan olan qönçə, çıraqlar və maşalar;
50 純金の皿と、心切りばさみと、鉢と、香の杯と、心取り皿と、至聖所である宮の奥のとびらのためおよび、宮の拝殿のとびらのために、金のひじつぼを造った。
xalis qızıldan kasalar, maqqaşlar, piyalələr, nimçələr və buxurdanlar; iç otağın, yəni Ən Müqəddəs yerin və böyük otağın qapıları üçün qızıldan ilgəklər.
51 こうしてソロモン王が主の宮のために造るすべての細工は終った。そしてソロモンは父ダビデがささげた物、すなわち金銀および器物を携え入り、主の宮の宝蔵の中にたくわえた。
Padşah Süleymanın Rəbbin məbədində gördüyü bütün işlər qurtardı. Atası Davudun təqdis etdiyi qızıl-gümüşü və əşyaları Süleyman içəri gətirib Rəbbin məbədinin xəzinələrinə qoydu.

< 列王記Ⅰ 7 >