< ゼパニヤ書 2 >

1 汝等羞恥を知ぬ民早く自ら内に省みよ
Ey utanmaz millət, toplaşın!
2 夫日は糠粃の如く過ぎさる 然ば詔言のいまだ行はれざる先ヱホバの烈き怒のいまだ汝等に臨まざる先ヱホバの忿怒の日のいまだ汝等にきたらざるさきに自ら省みるべし
Fərman çıxmadan, O gün saman çöpü tək uçmadan, Rəbbin qızğın qəzəbi başınıza gəlmədən, Rəbbin qəzəb günü sizə yetişmədən öncə toplaşın!
3 すべてヱホバの律法を行ふ斯地の遜るものよ 汝等ヱホバを求め公義を求め謙遜を求めよ 然すれば汝等ヱホバの忿怒の日に或は匿さるることあらん
Ey Rəbbin hökmünə əməl edən sizlər, Ölkədəki itaətkar insanlar, Rəbbə meyl salın! Salehliyə meyl salın! İtaətkarlığa meyl salın! Bəlkə siz Rəbbin qəzəb günündə qurtula bildiniz.
4 夫ガザは棄られアシケロンは荒はてアシドドは白晝に逐はらはれエクロンは抜さらるべし
Qəzzə bomboş qalacaq, Aşqelon xarabalığa dönəcək, Aşdod əhalisi günorta çağı qovulacaq, Eqron özülündən söküləcək!
5 海邊に住る者およびケレテの國民は禍なるかな ベリシテ人の國カナンよ ヱホバの言なんぢらを攻む 我なんぢを滅して住者なきに至らしむべし
Dəniz sahilində yaşayanların – Keretlilərin vay halına! Ey Filiştlilərin torpağı Kənan, Rəbbin hökmü sizə qarşıdır, Rəbb hamınızı yox edəcək. Ölkədə heç bir sakin sağ qalmayacaq!
6 海邊は必ず牧塲となり牧者の洞および羊の牢そこに在ん
Dəniz sahilindəki ölkəniz otlaqlara, Çoban daxmalarına və qoyun-keçi ağıllarına dönəcək!
7 此地はユダの家の殘餘れる者に歸せん 彼ら其處にて草飼ひ暮に至ればアシケロンの家に臥ん そは彼らの神ヱホバかれらを顧みその俘囚を歸したまふべければなり
Bu ölkə Yəhuda nəslindən qalanların əlinə keçəcək, Sürülərini orada otaracaqlar, Axşam Aşqelondakı evlərində yatacaqlar, Çünki özlərinin Allahı Rəbb onları yada salaraq Yenə firavan edəcək.
8 我すでにモアブの嘲弄とアンモンの子孫の罵言を聞けり 彼らはわが民を嘲り自ら誇りて之が境界を侵せしなり
«Moavlıların rişxəndlərini, Ammonluların təhqirlərini eşitdim. Xalqıma rişxənd edib lovğalanaraq dedilər ki, Xalqımın sərhədlərini keçəcəklər.
9 是故に萬軍のヱホバ、イスラエルの神 言たまふ 我は活く 必ずモアブはソドムのごとくになりアンモンの子孫はゴモラのごとくにならん 是は共に蕁麻の蔓延る處となり鹽坑の地となりて長久に荒はつべし 我民の遺れる者かれらを掠めわが國民の餘されたる者かれらを獲ん
Buna görə də İsrailin Allahı, Ordular Rəbbi bəyan edir. Varlığıma and olsun ki, Moav mütləq Sodom kimi, Ammon Homorra kimi olacaq: Oraları alaqlar və duzlu çalalar basacaq, Əbədi viranəliyə dönəcək. Xalqımın qalanları oranı talan edəcək, Torpaqlarına millətimdən sağ qalanlar Sahib olacaq».
10 この事の彼らに臨むはその傲慢による 即ち彼ら萬軍のヱホバの民を嘲りて自ら誇りたればなり
Bu onların məğrurluğunun əvəzi olacaq, Çünki bu xalqlar Ordular Rəbbinin xalqına rişxənd edib lovğalandı.
11 ヱホバは彼等に對ひては畏ろしくましまし地の諸の神や饑し滅したまふなり 諸の國の民おのおのその處より出てヱホバを拜まん
Rəbb onları dəhşətə salacaq, Yer üzünün bütün allahlarını yox edəcək. Uzaqlarda yaşayan bütün millətlər Olduqları yerlərdə Ona səcdə edəcək.
12 エテオピア人よ汝等もまたわが劍にかかりて殺さる
«Ey Kuşlular, siz də Mənim qılıncımla öldürüləcəksiniz» Rəbb deyir.
13 ヱホバ北に手を伸てアッスリヤを滅したまはん 亦ニネベを荒して荒野のごとき旱地となしたまはん
Rəbb əlini şimala doğru uzadıb Aşşuru yox edəcək, Ninevanı viranəliyə, Səhra kimi quruya çevirəcək,
14 而して畜の群もろもろの類の生物その中に伏し鸅鸕および刺猬其柱の頂に住み囀る者の聲窓の内にきこえ荒落たる物閾の上に積り香柏の板の細工露顯になるべし
Ora sürülərin, hər cür heyvanın Yatdığı yer olacaq. Orada sütun başlarında, Bayquşlar, yapalaqlar yuva quracaq, Onlar pəncərələrdən ulayacaq, Qarğalar kandarlardan qarıldayacaq Evlərdə sidr tirləri görünəcək.
15 是邑は驕り傲ぶりて安泰に立をり 唯我あり 我の外には誰もなしと心の中に言つつありし者なるが斯も荒はてて畜獣の臥す處となる者かな 此を過る者はみな嘶きて手をふるはん
Bu şəhər zövq-səfalı şəhər idi, Əmin-amanlıq içində yaşayırdı. Hey belə deyərdi: «Mən mənəm, məndən başqası yoxdur!» Necə də bu şəhər xarabalığa döndü, Vəhşi heyvanların yuvası oldu! Yanından keçən hər kəs vahimədən Kənara çəkilir.

< ゼパニヤ書 2 >