< 創世記 35 >

1 茲に神ヤコブに言たまひけるは起てベテルにのぼりて彼處に居り汝が昔に兄エサウの面をさけて逃る時に汝にあらはれし神に彼處にて壇をきづけと
Allah Yaquba dedi: «Qalxıb Bet-Elə get və orada qal. Qardaşın Esavın əlindən qaçanda sənə görünən Allaha orada bir qurbangah düzəlt».
2 ヤコブ乃ちその家人および凡て己とともなる者にいふ汝等の中にある異神を棄て身を清めて衣服を易よ
Yaqub ailəsinə və onunla olanların hamısına dedi: «Yanınızda olan özgə büt allahlarını atın və özünüzü pak edib paltarlarınızı dəyişin.
3 我等起てベテルにのぼらん彼處にて我わが苦患の日に我に應へわが往ところの途にて我とともに在せし神に壇をきづくべし
Qalxıb Bet-Elə gedək. Dərdli günümdə mənə cavab verən və getdiyim yolda mənimlə olan Allaha orada bir qurbangah düzəldəcəyəm».
4 是に於て彼等その手にある異神およびその耳にある耳環を盡くヤコブに與へしかばヤコブこれをシケムの邊なる橡樹の下に埋たり
Onlar yanlarında olan bütün özgə büt allahlarını və qulaqlarındakı sırğaları Yaquba verdilər. Yaqub bunları Şekem yaxınlığında olan palıdın altında basdırdı.
5 斯て彼等いでたちしが神其四周の邑々をして懼れしめたまひければヤコブの子の後を追ふ者なかりき
Onlar yola düşdülər. Allah ətraf şəhərlərin sakinlərini dəhşətə salmışdı və buna görə də onlar Yaqubun oğullarını təqib etmədilər.
6 ヤコブ及び之と共なる諸の人遂にカナンの地にあるルズに至る是即ちベテルなり
Yaqub yanındakı bütün adamlarla birgə Kənan torpağında olan Luza, yəni Bet-Elə gəldi.
7 彼かしこに壇をきづき其處をエルベテルと名けたり是は兄の面をさけて逃る時に神此にて己にあらはれ給しによりてなり
Burada bir qurbangah düzəldib o yerin adını El-Bet-El qoydu, çünki qardaşının əlindən qaçanda Allah Özünü orada Yaquba zahir etmişdi.
8 時にリベカの乳媼デボラ死たれば之をベテルの下にて橡樹の下に葬れり是によりてその樹の名をアロンバクテ(哀哭の橡)といふ
Rivqanın dayəsi Devora öldü. Onu Bet-Elin aşağısında olan palıdın altında basdırdılar. Oranın adını Allon-Bakut qoydular.
9 ヤコブ、パダンアラムより歸りし時神復これにあらはれて之を祝したまふ
Yaqub Paddan-Aramdan qayıdanda Allah yenə Yaquba göründü və ona xeyir-dua verdi.
10 神かれに言たまはく汝の名はヤコブといふ汝の名は重てヤコブとよぶべからずイスラエルを汝の名となすべしとその名をイスラエルと稱たまふ
Allah ona dedi: «Sənin adın Yaqubdur. Artıq adın Yaqub çağırılmayacaq, bundan sonra adın İsrail olacaq». Allah onun adını İsrail qoydu
11 神また彼にいひたまふ我は全能の神なり生よ殖よ國民および多の國民汝よりいで又王等なんぢの腰よりいでん
və ona dedi: «Külli-İxtiyar Allah Mənəm. Qoy nəslin artıb çoxalsın. Səndən bir millət və çoxlu millət törəyəcək, sənin nəslindən çoxlu padşahlar çıxacaq.
12 わがアブラハムおよびイサクに與し地は我これを汝にあたへん我なんぢの後の子孫にその地をあたふべしと
İbrahimə və İshaqa verdiyim torpağı sənə verəcəyəm. Səndən sonra da onu sənin nəslinə verəcəyəm».
13 神かれと言たまひし處より彼をはなれて昇りたまふ
Allah Yaqubla danışdığı yerdə onun yanından yuxarı çəkildi.
14 是に於てヤコブ神の己と言いひたまひし處に柱すなはち石の柱を立て其上に酒を灌ぎまた其上に膏を沃げり
Yaqub Allahın onunla danışdığı yerdə bir sütun qoydu, üstünə içmə təqdimi səpdi və sonra üzərinə zeytun yağı tökdü.
15 而してヤコブ神の己にものいひたまひし處の名をベテルとなづけたり
Yaqub Allahın onunla danışdığı yerin adını Bet-El qoydu.
16 かくてヤコブ等ベテルよりいでたちしがエフラタに至るまでは尚路の隔ある處にてラケル產にのぞみその產おもかりき
Onlar Bet-Eldən yola düşdülər. Efrata çatana yaxın Rəhilə doğdu. Onun doğuşu ağır oldu.
17 彼難產にのぞめる時產婆之にいひけるは懼るなかれ汝また此男の子を得たり
Doğuş zamanı ağrı çəkəndə mamaça ona dedi: «Qorxma, yenə də bir oğlun oldu».
18 彼死にのぞみてその魂さらんとする時その子の名をベノニ(吾苦痛の子)と呼たり然ど其父これをベニヤミン(右手の子)となづけたり
O, ölüm ayağında can verərkən oğlunun adını Ben-Oni qoydu, ancaq atası onun adını Binyamin qoydu.
19 ラケル死てエフラタの途に葬らる是即ちベテレヘムなり
Rəhilə öldü və Efrata, yəni Bet-Lexemə gedən yolda basdırıldı.
20 ヤコブその墓に柱を立たり是はラケルの墓の柱といひて今日まで在り
Yaqub onun qəbri üstünə bir daş qoydu. O bu günə qədər Rəhilənin başdaşıdır.
21 イスラエル復いでたちてエダルの塔の外にその天幕を張り
İsrail yola düşdü və Eder qülləsinin o biri tərəfində çadır qurdu.
22 イスラエルかの地に住る時にルベン往て父の妾ビルハと寢たりイスラエルこれを聞く夫ヤコブの子は十二人なり
İsrail bu ölkədə yaşayanda Ruven gedib atasının cariyəsi Bilha ilə yatdı. İsrail bunu eşitdi.
23 即ちレアの子はヤコブの長子ルベンおよびシメオン、レビ、ユダ、イッサカル、ゼブルンなり
Yaqubun on iki oğlu var idi. Leanın oğulları: Yaqubun ilk oğlu Ruven, Şimeon, Levi, Yəhuda, İssakar və Zevulun.
24 ラケルの子はヨセフとベニヤミンなり
Rəhilənin oğulları: Yusif və Binyamin.
25 ラケルの仕女ビルハの子はダンとナフタリなり
Rəhilənin qulluqçusu Bilhanın oğulları: Dan və Naftali.
26 レアの仕女ジルパの子はガドとアセルなり是等はヤコブの子にしてパダンアラムにて彼に生れたる者なり
Leanın qulluqçusu Zilpanın oğulları: Qad və Aşer. Yaqubun Paddan-Aramda doğulan oğulları bunlardır.
27 ヤコブ、キリアテアルバのマムレにゆきてその父イサクに至れり是すなはちヘブロンなり彼處はアブラハムとイサクの寄寓しところなり
Yaqub Qiryat-Arbada, yəni Xevronda olan Mamreyə, atası İshaqın yanına gəldi. İbrahim və İshaq Mamredə qərib idilər.
28 イサクの齡は百八十歳なりき
İshaq yüz səksən il ömür sürdü.
29 イサク老て年滿ち氣息たえ死にて其民にくははれりその子エサウとヤコブ之をはうむる
O qocalıb yaşa dolaraq canını tapşırdı və ölüb əcdadlarına qoşuldu. Oğulları Esav və Yaqub onu basdırdılar.

< 創世記 35 >