< エゼキエル書 44 >

1 斯て彼我を引て聖所の東向なる外の門の路にかへるに門は閉てあり
O adam məni Müqəddəs məkanın şərqə baxan bayır darvazası yolundan geri qaytardı. Darvaza bağlı idi.
2 ヱホバすなはち我に言たまひけるは此門は閉おくべし開くべからず此より誰も入るべからずイスラエルの神ヱホバ此より入たれば是は閉おくべきなり
Rəbb mənə dedi: «Bu darvaza bağlı qalacaq, açılmayacaq, heç kəs oradan içəri girməyəcək, çünki İsrailin Allahı Rəbb oradan içəri girmişdir, buna görə də bağlı qalacaq.
3 その君は君たるが故にこの内に坐してヱホバの前に食をなさん彼は門の廊の路より入りまたその路より出ん
Yalnız rəhbər rəhbərliyinə görə Rəbbin önündə çörək yemək üçün orada oturacaq. Darvaza eyvanı yolundan girib, o yoldan da çıxacaq».
4 彼また我をひきて北の門の路より家の前に至りしが視るにヱホバの榮光ヱホバの家に滿ゐたれば我俯伏けるに
O adam məni şimal darvazası yolundan məbədin önünə gətirdi. Mən baxıb gördüm ki, Rəbbin izzəti Öz məbədini doldurub. Bu zaman üzüstə düşdüm.
5 ヱホバわれに言たまふ人の子よヱホバの家の諸の則とその諸の法につきて我が汝に告るところの諸の事に心を用ひ目を注ぎ耳を傾け又殿の入口と聖所の諸の出口に心を用ひよ
Rəbb mənə dedi: «Ey bəşər oğlu, Rəbbin məbədinin bütün qayda-qanunları ilə bağlı deyəcəyim sözləri yaxşı-yaxşı dinlə, onlara qulaq as, hər şeyə diqqətlə bax. Müqəddəs məkana kimin girib-çıxacağına diqqət et.
6 而して悖れる者なるイスラエルの家に言べし主ヱホバ斯いふイスラエルの家よ汝らその行ひし諸の憎むべき事等をもて足りとせよ
Üsyankar olan İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey İsrail nəsli, artıq bəsdir! Etdiyiniz iyrənc işlərə daha son qoyun.
7 即ち汝等は心にも割禮をうけず肉にも割禮をうけざる外國人をひききたりて吾聖所にあらしめてわが家を汚し又わが食なる脂と血を獻ぐることを爲り斯汝らの諸の憎むべき事の上に彼等また吾契約を破れり
Ürəyi və bədəni sünnət edilməmiş yadelliləri Müqəddəs məkanıma gətirdiniz, Mənə qida olmaq üçün piy və qan təqdim etməklə məbədimi murdarladınız. Beləcə iyrənc işlərinizlə əhdimi pozdunuz.
8 汝ら我が聖物を守る職守を怠り彼らをして我が聖所において汝らにかはりて我の職守を守らしめたり
Müqəddəs şeylərim üzərində vəzifənizi yerinə yetirmədiniz. Müqəddəs məkanımda bu şeylərə nəzarət etməyi başqalarına tapşırdınız”.
9 主ヱホバかく言たまふイスラエルの子孫の中に居るところの諸の異邦人の中凡て心に割禮をうけず肉に割禮をうけざる異邦人はわが聖所に入るべからず
Xudavənd Rəbb belə deyir: “İsrail xalqı arasında yaşayan ürəyi və bədəni sünnət edilməmiş heç bir yadelli Müqəddəs məkanıma girməsin.
10 亦レビ人も迷へるイスラエルがその憎むべき偶像をしたひて我を棄て迷ひし時に我を棄ゆきたる者はその罪を蒙るべし
İsrail yoldan azdığı zaman Məndən uzaqlaşan və yoldan azıb bütlərinə sitayiş edən Levililər öz günahlarının cəzasını çəkəcək,
11 即ち彼らは吾が聖所にありて下僕となり家の門を守る者となり家にて下僕の業をなさん又彼ら民のために燔祭および犠牲の牲畜を殺し民のまへに立てこれに事へん
lakin Müqəddəs məkanımda bu işləri görəcək: məbədin darvazalarına nəzarət edəcək, məbədin xidmət işlərini görəcək, xalq üçün yandırma qurbanları və başqa qurbanlıq heyvanları kəsəcək, xalqın önündə durub onlara xidmət edəcək.
12 彼等その偶像の前にて民に事ヘイスラエルの家を礙かせて罪におちいらしめたるが故に主ヱホバ言ふ我手をあげて彼らを罰し彼らをしてその罪を蒙らしめたり
İndi ki onlar bütlərinin önündə İsrail nəslinə xidmət edərək xalqı günaha batırdı, Mən Rəbb də onları günahlarına görə cəzalandıracağıma and içdim” Xudavənd Rəbb belə bəyan edir.
13 彼らは我に近づきて祭司の職をなすべからず至聖所にきたりわが諸の聖き物に近よるべからずその恥とその行ひし諸の憎むべき事等の報を蒙るべし
“Onlar kahin kimi xidmət etmək üçün Mənə yaxınlaşmayacaq, bütün müqəddəs şeylərimə, ən müqəddəs qurbanlarıma toxunmayacaq. Etdikləri iyrənc əməllərinin rüsvayçılığını çəkəcəklər.
14 我かれらをして宮守の職務をおこなはしめ宮の諸の業および其中に行ふべき諸の事を爲しむべし
Bundan sonra məbədin xidmət vəzifəsini və orada görülən bütün işləri onlara tapşıracağam.
15 然どザドクの裔なるレビの祭司等すなはちイスラエルの子孫が我を棄て迷謬し時にわが聖所の職守を守りたる者等は我に近づきて事へ我まへに立ち脂と血をわれに獻げん主ヱホバこれを言ふなり
Ancaq İsrail Məni qoyub yoldan azdığı zaman Müqəddəs məkanımın xidmət vəzifəsini yerinə yetirən Sadoq nəslindən Levili kahinlər önümdə xidmət etmək üçün Mənə yaxınlaşacaq. Onlar piy və qan təqdim etmək üçün hüzuruma çıxacaq” Xudavənd Rəbb belə bəyan edir.
16 即ち彼等わが聖所にいり吾が臺にちかづきて我に事へわが職守を守るべし
“Yalnız onlar Müqəddəs məkanıma girəcək, yalnız onlar önümdə xidmət etmək üçün süfrəmə yaxınlaşıb buyruğumu yerinə yetirəcək.
17 彼等内庭の門にいる時は麻の衣を衣べし内庭の門および家において職をなす時は毛服を身につくべからず
Kahinlər içəri həyətin darvazalarından girəcəkləri zaman kətan geyim əyinlərində olsun, içəri həyətin darvazalarında yaxud məbəddə xidmət edərkən yun paltar geyməsinlər.
18 首には麻の冠をいただき腰には麻の袴を穿つべし汗のいづるごとくに身をよそほふべからず
Başlarına kətan çalma sarısınlar, bellərinə kətan alt paltarı geysinlər. Bədənlərini tərlədən bir şey geyinməsinlər.
19 彼ら外庭にいづる時すなはち外庭にいでて民に就く時はその職をなせるところの衣服を脱てこれを聖き室に置き他の衣服をつくべし是その服をもて民を聖くすること無らんためなり
Bayır həyətə, bayır həyətdə olan xalqın yanına çıxmazdan qabaq xidmət edərkən əyinlərindəki geyimləri çıxarıb müqəddəs otaqlara qoysunlar və başqa paltarlar geysinlər ki, geyimləri ilə xalqı təqdis etməsinlər.
20 彼ら頭を剃べからず又髮を長く長すべからずその頭髮を剪るべし
Kahinlər başlarını qırxmasın, saçlarını uzatmasın, yalnız saçlarını kəsib düzəltsin.
21 祭司たる者は内庭に入ときに酒をのむべからず
İçəri həyətə girəcəyi vaxt heç bir kahin şərab içməsin.
22 又寡婦および去れたる婦を妻にめとるべからず唯イスラエルの家の出なる處女を娶るべし又は祭司の妻の寡となりし者を娶るべし
Kahinlər dul yaxud boşanmış arvad almasın, ancaq İsrail nəslindən olan bir bakirə qız yaxud da başqa kahindən dul qalmış arvadı ala bilərlər.
23 彼らわが民を敎へ聖き物と俗の物の區別および汚れたる物と潔き物の區別を之に知しむべし
Onlar Mənim xalqıma müqəddəs olan şeyi adi şeydən, murdar şeyi pak şeydən ayırmağı öyrədəcək.
24 爭論ある時は彼ら起ちて判决き吾定例にしたがひて斷决をなさん我が諸の節期において彼らわが法と憲を守るべく又わが安息日を聖くすべし
Mübahisəli işlərdə onlar hakimlik edəcək, hökmlərimə görə qərar verməlidirlər. Bayramlarımla bağlı qayda-qanunlarıma əməl etməli, Şənbə günlərimi müqəddəs saymalıdırlar.
25 死人の許にいたりて身を汚すべからず只父のため母のため息子のため息女のため兄弟のため夫なき姉妹のためには身を汚すも宜し
Kahin adam meyitinə yaxınlaşıb özünü murdarlamasın, amma bu, anasının, atasının, oğlunun, qızının, qardaşının yaxud ərə getməmiş bacısının meyiti olsa, özünü murdarlaya bilər.
26 斯る人にはその潔齋の後なほ七日を數へ加ふべし
Pak olduqdan sonra hələ yeddi gün gözləsin.
27 彼聖所にいたり内庭にいり聖所にて職を執行ふ日には罪祭を獻ぐべし主ヱホバこれを言ふ
Məbəddə xidmət etmək üçün içəri həyətə girəcəyi gün özü üçün bir günah qurbanı təqdim etsin” Xudavənd Rəbb belə bəyan edir.
28 彼らの產業は是なり即ち我これが產業たり汝らイスラエルの中にて彼らに所有を與ふべからず我すなはちこれが所有たるなり
“Kahinlərin irsi var: onların irsi Mənəm. İsraildə onlara mülk verməyin. Onların mülkü Mənəm.
29 祭物および罪祭愆祭の物是等を彼等食ふべし凡てイスラエルの中の奉納物は彼らに歸す
Kahinlər taxıl təqdimlərini, günah və təqsir qurbanlarını yesin. İsraildə Rəbbə həsr olunan hər şey onlarınkı olsun.
30 諸の物の初實の初および凡て汝らが献ぐる諸の献物みな祭司に歸すべし汝等その諸の麥粉の初を祭司に與ふべし是汝の家に幸福あらしめんためなり
Bütün nübarların ilk hissəsi və bütün xüsusi hədiyyələriniz kahinlərinki olsun. Evinizə bərəkət yağsın deyə taxılınızın ilkini onlara verin.
31 鳥にもあれ獸にもあれ凡て自ら死にたる者又は裂ころされし者をば祭司たる者食ふべからず
Kahinlər ölü halda tapılmış yaxud vəhşi heyvanlar tərəfindən parçalanmış heç bir quş və heyvan yeməsin.

< エゼキエル書 44 >