< コリント人への手紙第二 9 >

1 聖徒に施すことに就きては汝らに書きおくるに及ばず、
Müqəddəslərə göstəriləcək yardımla əlaqədar sizə yazmağıma ehtiyac yoxdur.
2 我なんぢらの志望あるを知ればなり。その志望につき汝らの事をマケドニヤ人に誇りて、アカヤは既に一年 前に準備をなせりと云へり。かくて汝らの熱心は多くの人を勵ましたり。
Çünki yardım etməyə həvəsiniz olduğunu bilirəm. Axayyada olan sizlərin keçən ildən bəri hazırlıqlı olduğunuzu söyləyərək Makedoniyalılar qarşısında fəxr etməkdəyəm. Sizin səyiniz onların çoxunu hərəkətə gətirdi.
3 されどわれ兄弟たちを遣すは、我が言ひしごとく汝らに準備をなさしめ、之につきて我らの誇りし事の空しくならざらん爲なり。
Sizinlə etdiyimiz fəxr bu işdə boşa çıxmasın deyə qardaşları yanınıza göndərirəm və dediyim kimi gərək hazır olasınız.
4 もしマケドニヤ人われと共に來りて汝らの準備なきを見ば、汝らは言ふに及ばず、我らも確信せしによりて恐らくは恥を受けん。
Belə ki bəzi Makedoniyalılar mənimlə gəlib sizin hazır olmadığınızı görərsə, sizə etibar etdiyimizə görə nə biz utanaq, nə də siz.
5 この故に兄弟たちを勸めて、先づ汝らに往かしめ、曩に汝らが約束したる慈惠を、吝むが如くせずして、惠む心よりせん爲に預じめ調へしむるは、必要のことと思へり。
Ona görə də mən qardaşlardan xahiş etməyə ehtiyac duyuram ki, məndən əvvəl yanınıza gəlib vəd edilmiş bol bəxşişlərinizi qabaqcadan hazır etsinlər. Qoy bu bəxşişlər istismarçılıqla yox, könüllü surətdə hazır olsun.
6 それ少く播く者は少く刈り、多く播く者は多く刈るべし。
Yadda saxlayın: az əkən az, bol-bol əkən bol-bol biçəcək.
7 おのおの吝むことなく、強ひてすることなく、その心に定めし如くせよ。神は喜びて與ふる人を愛し給へばなり。
Könülsüz yaxud məcburi yox, hər kəs ürəyinin niyyətinə görə pay versin. Çünki Allah sevinə-sevinə pay verən adamı sevir.
8 神は汝 等をして常に凡ての物に足らざることなく、凡ての善き業に溢れしめんために、凡ての恩惠を溢るるばかり與ふることを得給ふなり。
Allah sizə hər bir neməti bol-bol verə bilər. Belə ki hər bir şeyə həmişə, hərtərəfli, kifayət qədər sahib olmaqla hər yaxşı əməl üçün bol-bol imkanınız olsun.
9 録して『彼は散して貧しき者に與へたり。その正義は永遠に存らん』とある如し。 (aiōn g165)
Necə ki yazılıb: «Səpələyər, fəqirlərə paylayar, Salehliyi əbədi qalar». (aiōn g165)
10 播く人に種と食するパンとを與ふる者は、汝らにも種をあたへ、且これを殖し、また汝らの義の果を増し給ふべし。
Əkinçiyə toxum və yemək üçün çörək ehtiyatı verən Allah sizin də əkin ehtiyatınızı çoxaldacaq və salehliyinizin bəhrəsini artıracaq.
11 汝らは一切に富みて吝みなく施すことを得、かくて我らの事により、人々 神に感謝するに至るなり。
Hər tərəfli səxavətli olmanız üçün hər baxımdan varlandırılacaqsınız. Səxavətiniz bizim vasitəmizlə Allaha şükür etməyə səbəb olacaq.
12 此の施濟の務は、ただに聖徒の窮乏を補ふのみならず、充ち溢れて神に對する感謝を多からしむ。
Çünki etdiyiniz bu xidmət yalnız müqəddəslərin ehtiyaclarını ödəməklə kifayətlənmir, həm də Allaha edilən çox şükürlərlə aşıb-daşır.
13 即ち彼らは此の務を證據として、汝らがキリストの福音に對する言明に順ふことと、彼らにも凡ての人にも吝みなく施すこととに就きて、神に榮光を歸し、
Bu xidmətlə sübut etdiyiniz kimi, iqrar etdiyiniz Məsihin Müjdəsinə itaət göstərdiyinizə, onlara və hamıya səxavətlə yardım göndərdiyinizə görə Allahı izzətləndirirlər.
14 かつ神の汝らに給ひし優れたる恩惠により、汝らを慕ひて汝 等のために祈らん。
Allahın sizə bəxş etdiyi hədsiz lütfə görə hər birinizin həsrətini çəkərək sizin üçün dua edirlər.
15 言ひ盡しがたき神の賜物につきて感謝す。
Allahın sözlə ifadə oluna bilməyən bəxşişinə görə Ona şükür olsun!

< コリント人への手紙第二 9 >