< Kejadian 5 >
1 Inilah daftar keturunan Adam. (Pada waktu Allah menciptakan manusia, dijadikan-Nya mereka seperti Allah sendiri.
Adəmin nəsil tarixçəsi belədir. Allah insanı yaradanda onu Öz bənzərinə görə yaratdı.
2 Diciptakan-Nya mereka laki-laki dan perempuan. Diberkati-Nya mereka dan dinamakan-Nya mereka "Manusia".)
Allah onları kişi və qadın olaraq yaratdı, onlara xeyir-dua verdi və yaratdığı gün onları «insan» adlandırdı.
3 Ketika Adam berumur 130 tahun, ia mendapat anak laki-laki yang mirip dengan dirinya, lalu diberinya nama Set.
Adəmin yüz otuz yaşı olanda özünə bənzər, öz surətində bir oğlu oldu və adını Şet qoydu.
4 Setelah itu Adam masih hidup 800 tahun lagi dan mendapat anak-anak lain.
Şet doğulandan sonra Adəm səkkiz yüz il yaşadı. Onun başqa oğulları və qızları oldu.
5 Ia meninggal pada usia 930 tahun.
Adəm doqquz yüz otuz il ömür sürüb öldü.
6 Pada waktu Set berumur 105 tahun, ia mendapat anak laki-laki, namanya Enos.
Şet yüz beş yaşında olanda oğlu Enoş doğuldu.
7 Setelah itu Set masih hidup 807 tahun lagi dan mendapat anak-anak lain.
Enoş doğulandan sonra Şet səkkiz yüz yeddi il yaşadı. Onun başqa oğulları və qızları oldu.
8 Ia meninggal pada usia 912 tahun.
Şet doqquz yüz on iki il ömür sürüb öldü.
9 Pada waktu Enos berumur 90 tahun, ia mendapat anak laki-laki, namanya Kenan.
Enoş doxsan yaşında olanda oğlu Qenan doğuldu.
10 Setelah itu Enos masih hidup 815 tahun lagi dan mendapat anak-anak lain.
Qenan doğulandan sonra Enoş səkkiz yüz on beş il yaşadı. Onun başqa oğulları və qızları oldu.
11 Ia meninggal pada usia 905 tahun.
Enoş doqquz yüz beş il ömür sürüb öldü.
12 Pada waktu Kenan berumur 70 tahun, ia mendapat anak laki-laki, namanya Mahalaleel.
Qenan yetmiş yaşında olanda oğlu Mahalalel doğuldu.
13 Kenan masih hidup 840 tahun lagi dan mendapat anak-anak lain.
Mahalalel doğulandan sonra Qenan səkkiz yüz qırx il yaşadı. Onun başqa oğulları və qızları oldu.
14 Ia meninggal pada usia 910 tahun.
Qenan doqquz yüz on il ömür sürüb öldü.
15 Pada waktu Mahalaleel berumur 65 tahun, ia mendapat anak laki-laki, namanya Yared.
Mahalalel altmış beş yaşında olanda oğlu Yered doğuldu.
16 Setelah itu Mahalaleel masih hidup 830 tahun lagi dan mendapat anak-anak lain.
Yered doğulandan sonra Mahalalel səkkiz yüz otuz il yaşadı. Onun başqa oğulları və qızları oldu.
17 Ia meninggal pada usia 895 tahun.
Mahalalel səkkiz yüz doxsan beş il ömür sürüb öldü.
18 Pada waktu Yared berumur 162 tahun, ia mendapat anak laki-laki, namanya Henokh.
Yered yüz altmış iki yaşında olanda oğlu Xanok doğuldu.
19 Setelah itu Yared masih hidup 800 tahun lagi dan mendapat anak-anak lain.
Xanok doğulandan sonra Yered səkkiz yüz il yaşadı. Onun başqa oğulları və qızları oldu.
20 Ia meninggal pada usia 962 tahun.
Yered doqquz yüz altmış iki il ömür sürüb öldü.
21 Pada waktu Henokh berumur 65 tahun, ia mendapat anak laki-laki namanya Metusalah.
Xanok altmış beş yaşında olanda oğlu Metuşelah doğuldu.
22 Setelah itu Henokh hidup dalam persekutuan dengan Allah selama 300 tahun. Ia mendapat anak-anak lain
Metuşelah doğulandan sonra Xanok üç yüz il Allahla bir yol getdi. Onun başqa oğulları və qızları oldu.
23 dan mencapai umur 365 tahun.
Xanok üç yüz altmış beş il yaşadı.
24 Karena Henokh selalu hidup akrab dengan Allah, ia menghilang karena diambil oleh Allah.
O, Allahla bir yol getdi. Sonra qeyb oldu, çünki Allah onu Öz yanına götürdü.
25 Pada waktu Metusalah berumur 187 tahun, ia mendapat anak laki-laki, namanya Lamekh.
Metuşelah yüz səksən yeddi yaşında olanda oğlu Lemek doğuldu.
26 Setelah itu Metusalah masih hidup 782 tahun lagi dan mendapat anak-anak lain.
Lemek doğulandan sonra Metuşelah yeddi yüz səksən iki il yaşadı. Onun başqa oğulları və qızları oldu.
27 Ia meninggal pada usia 969 tahun.
Metuşelah doqquz yüz altmış doqquz il ömür sürüb öldü.
28 Pada waktu Lamekh berumur 182 tahun, ia mendapat anak laki-laki.
Lemek yüz səksən iki yaşında olanda bir oğlu doğuldu.
29 Lamekh berkata, "Anak ini akan memberi keringanan pada waktu kita bekerja keras mengolah tanah yang dikutuk TUHAN." Karena itu Lamekh menamakan anak itu Nuh.
O dedi: «Bu oğul Rəbbin lənətlədiyi torpağı becərəndə çəkdiyimiz əziyyətlərdə, əlimizin zəhmətində bizə təsəlli verəcək». Buna görə də onun adını Nuh qoydu.
30 Setelah itu Lamekh masih hidup 595 tahun lagi. Ia mendapat anak-anak lain,
Nuh doğulandan sonra Lemek beş yüz doxsan beş il yaşadı. Onun başqa oğulları və qızları oldu.
31 dan meninggal pada usia 777 tahun.
Lemek yeddi yüz yetmiş yeddi il ömür sürüb öldü.
32 Setelah Nuh berumur 500 tahun, ia mendapat tiga anak laki-laki, yaitu Sem, Yafet dan Ham.
Nuh beş yüz yaşında olanda Sam, Ham və Yafəs adında oğulları oldu.