< תהילים 75 >
למנצח אל תשחת מזמור לאסף שיר הודינו לך אלהים הודינו וקרוב שמך ספרו נפלאותיך׃ | 1 |
Musiqi rəhbəri üçün Asəfin «Al-taşxet» üstə oxunan məzmuru. Bir ilahi. Ey Allah, biz Sənə şükür edirik, Bizə doğma olan isminə şükür olsun, Xariqələrin bunu bəyan edir!
כי אקח מועד אני מישרים אשפט׃ | 2 |
Allah deyir: «Müəyyən etdiyim zaman Mən insafla hakimlik edəcəyəm.
נמגים ארץ וכל ישביה אנכי תכנתי עמודיה סלה׃ | 3 |
Yer və üzərindəkilər lərzəyə gələrkən Onu saxlayıb sütunlarından tutan Mənəm. (Sela)
אמרתי להוללים אל תהלו ולרשעים אל תרימו קרן׃ | 4 |
Məğrurlara dedim: “Daha məğrurluq etməyin”, Pislərə dedim: “Gücünüzü göstərməyin,
אל תרימו למרום קרנכם תדברו בצואר עתק׃ | 5 |
Buynuz çıxartmayın, Dikbaş-dikbaş danışmayın”».
כי לא ממוצא וממערב ולא ממדבר הרים׃ | 6 |
İnsanı yüksəltmək Nə şərqdən, nə qərbdən, nə də çöllərdən gəlir.
כי אלהים שפט זה ישפיל וזה ירים׃ | 7 |
Hökm verən Allah isə Həm alçaldır, həm yüksəldir.
כי כוס ביד יהוה ויין חמר מלא מסך ויגר מזה אך שמריה ימצו ישתו כל רשעי ארץ׃ | 8 |
Rəbb əlində bir cam tutub, Onu ədviyyatlı, köpüklənən şərabla doldurub. Şərabından töküb dünyanın bütün pislərinə paylayacaq, Onlar da şərabı dibinə qədər içib-qurtaracaq.
ואני אגיד לעלם אזמרה לאלהי יעקב׃ | 9 |
Mənsə daim bunu elan edəcəyəm, Yaqubun Allahına tərənnüm oxuyacağam.
וכל קרני רשעים אגדע תרוממנה קרנות צדיק׃ | 10 |
Pis adamların buynuzları qırılacaq, Amma salehlərin qüvvəti artacaq.