< תהילים 64 >

למנצח מזמור לדוד שמע אלהים קולי בשיחי מפחד אויב תצר חיי׃ 1
Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ey Allah, eşit səsimi, Sənə şikayət edirəm, Həyatımı düşmən vahiməsindən qoru.
תסתירני מסוד מרעים מרגשת פעלי און׃ 2
Pislərin fəndlərindən, Şər iş görənlərin vəlvələsindən Məni qoru.
אשר שננו כחרב לשונם דרכו חצם דבר מר׃ 3
Onlar qılınc kimi dillərini itiləyirlər, Kamanın üstünə ox kimi acı sözlərini qoyurlar,
לירות במסתרים תם פתאם ירהו ולא ייראו׃ 4
Günahsız insana pusqu qurduqları yerlərdən Qəfildən, çəkinmədən atırlar.
יחזקו למו דבר רע יספרו לטמון מוקשים אמרו מי יראה למו׃ 5
Bir-birlərini şər iş görməkdə cəsarətləndirirlər, Gizlənib tələ qurmaq üçün məsləhət edirlər, «Bunu kim görəcək?» deyirlər.
יחפשו עולת תמנו חפש מחפש וקרב איש ולב עמק׃ 6
Fitnəkarlıqla qəsd qururlar və belə deyirlər: «Ustalıqla fənd işlətdik». İnsanın daxili, qəlbi görünməz.
וירם אלהים חץ פתאום היו מכותם׃ 7
Lakin Allah onlara ox atacaq, Onlar qəflətən yaralanacaq.
ויכשילוהו עלימו לשונם יתנדדו כל ראה בם׃ 8
Öz dilləri özlərini yıxacaq, Onları görənlər başını bulayıb xor baxacaq.
וייראו כל אדם ויגידו פעל אלהים ומעשהו השכילו׃ 9
Bütün insanlar qorxacaq, Allahın əməllərini bəyan edəcək, Onun işləri barədə düşünəcək.
ישמח צדיק ביהוה וחסה בו ויתהללו כל ישרי לב׃ 10
Saleh insan Rəbbə görə sevinəcək, Ona pənah gətirəcək. Bütün ürəyidüz insanlar Rəbbə həmd edəcək!

< תהילים 64 >