< תהילים 30 >
מזמור שיר חנכת הבית לדוד ארוממך יהוה כי דליתני ולא שמחת איבי לי׃ | 1 |
Davudun məzmuru. Məbədin təqdisinə aid ilahi. Ya Rəbb, Səni ucaldıram, Çünki Sən məni qurtardın, Düşməni mənə görə sevinməyə qoymadın.
יהוה אלהי שועתי אליך ותרפאני׃ | 2 |
Ya Rəbb Allahım, Səni imdada çağırarkən Mənə şəfa verdin.
יהוה העלית מן שאול נפשי חייתני מיורדי בור׃ (Sheol ) | 3 |
Ya Rəbb, canımı Ölülər diyarından azad etdin, Qəbirə düşməyim deyə Sən mənə həyat verdin. (Sheol )
זמרו ליהוה חסידיו והודו לזכר קדשו׃ | 4 |
Ey Rəbbin möminləri, Onu tərənnüm edin, Onun müqəddəs isminə şükür edin.
כי רגע באפו חיים ברצונו בערב ילין בכי ולבקר רנה׃ | 5 |
Çünki qəzəbi bir anlıq olur, Lütfü isə ömür boyu qalır. Kimin bir gecə gözündən yaş tökülərsə, Onun üçün sübh tezdən sevinc doğar.
ואני אמרתי בשלוי בל אמוט לעולם׃ | 6 |
Dinclik tapanda dedim: «Əsla sarsılmaram».
יהוה ברצונך העמדתה להררי עז הסתרת פניך הייתי נבהל׃ | 7 |
Ya Rəbb, lütfünlə məni Bir dağ kimi möhkəm etdin. Sonra məndən üz gizlətdin, Canıma vəlvələ düşdü.
אליך יהוה אקרא ואל אדני אתחנן׃ | 8 |
Ya Rəbb, Səni çağırdım, Xudavəndə belə yalvardım:
מה בצע בדמי ברדתי אל שחת היודך עפר היגיד אמתך׃ | 9 |
«Qanımı töküb qəbirə düşsəm, Sənə fayda verərmi? Torpaq Sənə şükür edə bilərmi, Sədaqətini elan edə bilərmi?
שמע יהוה וחנני יהוה היה עזר לי׃ | 10 |
Ya Rəbb, dinlə, mənə lütf et, Ya Rəbb, köməyimə çat».
הפכת מספדי למחול לי פתחת שקי ותאזרני שמחה׃ | 11 |
Yasımı şənliyə çevirdin, Çulumu çıxarıb məni sevincə bürüdün.
למען יזמרך כבוד ולא ידם יהוה אלהי לעולם אודך׃ | 12 |
Ona görə susmayacağam, Səni ucadan tərənnüm edəcəyəm. Ya Rəbb Allahım, Sənə daim şükür edəcəyəm!