< תהילים 26 >

לדוד שפטני יהוה כי אני בתמי הלכתי וביהוה בטחתי לא אמעד׃ 1
Davudun məzmuru. Məni haqlı çıxar, ya Rəbb, Çünki mən kamalla gəzmişəm, Sarsılmadan Rəbbimə güvənmişəm.
בחנני יהוה ונסני צרופה כליותי ולבי׃ 2
Ya Rəbb, məni sınaqdan keçir, Sən məni imtahan et, Qəlbimi, fikirlərimi saf et.
כי חסדך לנגד עיני והתהלכתי באמתך׃ 3
Məhəbbətin gözümün önündə durur, Sənin sədaqətinlə gəzirəm.
לא ישבתי עם מתי שוא ועם נעלמים לא אבוא׃ 4
Yalançı insanlarla oturmuram, İkiüzlülərlə yoldaşlıq etmirəm,
שנאתי קהל מרעים ועם רשעים לא אשב׃ 5
Yaramazların məclisinə nifrət edirəm, Pislərlə oturmuram.
ארחץ בנקיון כפי ואסבבה את מזבחך יהוה׃ 6
Ya Rəbb, günahsızlıq içində əllərimi yuyuram, Qurbangahının başına dolanıram,
לשמע בקול תודה ולספר כל נפלאותיך׃ 7
Şükür səsimi ucaldıram, Bütün xariqələrini bəyan edirəm.
יהוה אהבתי מעון ביתך ומקום משכן כבודך׃ 8
Ya Rəbb, məskənin olan evi, Calalının sakin olduğu yeri sevirəm.
אל תאסף עם חטאים נפשי ועם אנשי דמים חיי׃ 9
Məni günahkarlara qatıb aparma, Qatillərlə birgə canımı alma.
אשר בידיהם זמה וימינם מלאה שחד׃ 10
Onlar pis niyyəti əllərində tutublar, Sağ əllərini rüşvətlə doldurublar.
ואני בתמי אלך פדני וחנני׃ 11
Mənsə kamalla gəzirəm, Məni qurtar, mənə lütf et!
רגלי עמדה במישור במקהלים אברך יהוה׃ 12
Ayağım düzlük üstündə durur, Cəmiyyətin içində Rəbbə alqış edəcəyəm.

< תהילים 26 >