< תהילים 145 >
תהלה לדוד ארוממך אלוהי המלך ואברכה שמך לעולם ועד׃ | 1 |
Davudun həmd nəğməsi. Ey Padşahım olan Allahım, Səni yüksəldəcəyəm, İsminə sonsuza qədər alqış edəcəyəm.
בכל יום אברכך ואהללה שמך לעולם ועד׃ | 2 |
Sənə hər gün alqış edəcəyəm, İsminə əbədilik həmd edəcəyəm.
גדול יהוה ומהלל מאד ולגדלתו אין חקר׃ | 3 |
Rəbb əzəmətlidir, bol həmdə layiqdir, Onun əzəməti insan ağlına sığmaz.
דור לדור ישבח מעשיך וגבורתיך יגידו׃ | 4 |
Əməllərin nəsildən-nəslə qədər mədh ediləcək, Qüdrətli işlərin bəyan ediləcək.
הדר כבוד הודך ודברי נפלאותיך אשיחה׃ | 5 |
Əzəmətindən, izzətindən, şərəfindən deyiləcək, Xariqəli işlərini dərindən düşünəcəyəm.
ועזוז נוראתיך יאמרו וגדולתיך אספרנה׃ | 6 |
İnsanlar zəhmli işlərinin qüdrətindən danışacaq, Sənin əzəmətini elan edəcəyəm.
זכר רב טובך יביעו וצדקתך ירננו׃ | 7 |
İnsanlar Sənin bol xeyirxahlığını bəyan edəcəklər, Salehliyini mədh edəcəklər.
חנון ורחום יהוה ארך אפים וגדל חסד׃ | 8 |
Rəbb lütfkar və rəhmlidir, Hədsiz səbirli və bol məhəbbətlidir.
טוב יהוה לכל ורחמיו על כל מעשיו׃ | 9 |
Rəbb hamıya xeyirxahlıq edər, Yaratdıqlarının hər birinə mərhəmət göstərər.
יודוך יהוה כל מעשיך וחסידיך יברכוכה׃ | 10 |
Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək, Möminlərin Sənə alqış edəcək.
כבוד מלכותך יאמרו וגבורתך ידברו׃ | 11 |
Padşahlığının əzəmətindən deyəcəklər, Qüdrətindən danışacaqlar.
להודיע לבני האדם גבורתיו וכבוד הדר מלכותו׃ | 12 |
Qoy bəşər övladları Sənin qüdrətini, Padşahlığının izzətini, əzəmətini bilsin.
מלכותך מלכות כל עלמים וממשלתך בכל דור ודור׃ | 13 |
Sənin padşahlığın əbədi padşahlıqdır, Səltənətin nəsildən-nəslə qədər uzanır.
סומך יהוה לכל הנפלים וזוקף לכל הכפופים׃ | 14 |
Rəbb yıxılanların hamısına dayaqdır, Qəddi əyilənlərin hamısını qaldırır.
עיני כל אליך ישברו ואתה נותן להם את אכלם בעתו׃ | 15 |
Ya Rəbb, hamının gözü Sənə baxır, Vaxtlı-vaxtında onlara azuqə verirsən.
פותח את ידך ומשביע לכל חי רצון׃ | 16 |
Əlini açırsan, Bütün canlıları doyunca yedirirsən.
צדיק יהוה בכל דרכיו וחסיד בכל מעשיו׃ | 17 |
Rəbb bütün yollarında adildir, Hər işində sadiqdir.
קרוב יהוה לכל קראיו לכל אשר יקראהו באמת׃ | 18 |
Rəbb Onu çağıran bütün insanlara, Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır.
רצון יראיו יעשה ואת שועתם ישמע ויושיעם׃ | 19 |
Ondan qorxanları murada çatdırar, Fəryadlarına qulaq asıb onları qurtarar.
שומר יהוה את כל אהביו ואת כל הרשעים ישמיד׃ | 20 |
Rəbb Onu sevənlərin hamısını hifz edər, Bütün pis adamlarınsa kökünü kəsər.
תהלת יהוה ידבר פי ויברך כל בשר שם קדשו לעולם ועד׃ | 21 |
Mənim dilim Rəbbə həmd oxuyacaq, Qoy Onun müqəddəs isminə bütün bəşəriyyət əbədilik alqış etsin!