< תהילים 140 >

למנצח מזמור לדוד חלצני יהוה מאדם רע מאיש חמסים תנצרני׃ 1
Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ya Rəbb, məni şər adamlardan xilas et, Məni qəddar insanlardan hifz et.
אשר חשבו רעות בלב כל יום יגורו מלחמות׃ 2
Ürəklərində pis niyyətləri var, Hər gün dava yaradırlar.
שננו לשונם כמו נחש חמת עכשוב תחת שפתימו סלה׃ 3
Kəskin dilləri ilan tək çalar, Sanki dodaqlarında gürzə zəhəri var. (Sela)
שמרני יהוה מידי רשע מאיש חמסים תנצרני אשר חשבו לדחות פעמי׃ 4
Ya Rəbb, şər insanın əlindən, Qəddar insanlardan məni qoru. İstəyirlər ki, ayağımı büdrətsinlər.
טמנו גאים פח לי וחבלים פרשו רשת ליד מעגל מקשים שתו לי סלה׃ 5
Bu təkəbbürlü insanlar mənə tələ qurublar, Tor atıblar, cələlərini yolumun üstünə qoyublar. (Sela)
אמרתי ליהוה אלי אתה האזינה יהוה קול תחנוני׃ 6
Rəbbə dedim: «Allahım Sənsən, Ya Rəbb, yalvarıram, Sən məni eşit!
יהוה אדני עז ישועתי סכתה לראשי ביום נשק׃ 7
Ey Xudavənd Rəbb, Sən qüvvətli Xilaskarımsan, Döyüş günündə başıma dəbilqə qoymusan.
אל תתן יהוה מאויי רשע זממו אל תפק ירומו סלה׃ 8
Ya Rəbb, qoy pis adam muradına çatmasın, Pis niyyətinə imkan vermə, qoy lovğalanmasın». (Sela)
ראש מסבי עמל שפתימו יכסומו׃ 9
Ətrafımdakıların ağzından çıxan pis sözlər Qoy öz başlarına tökülsün!
ימיטו עליהם גחלים באש יפלם במהמרות בל יקומו׃ 10
Qoy onların üstünə yanar közlər tökülsün, Onlar quyuya düşüb, çıxa bilməsin!
איש לשון בל יכון בארץ איש חמס רע יצודנו למדחפת׃ 11
Qoyma ki bu ölkədə iftiraçı uğur qazansın, Bəlalar qəddarı vursun, onu ovlasın!
ידעת כי יעשה יהוה דין עני משפט אבינים׃ 12
Bilirəm ki, Rəbb məzlumların məhkəmə işinə baxır, Fəqirlərə haqq qazandırır.
אך צדיקים יודו לשמך ישבו ישרים את פניך׃ 13
Bəli, salehlər Sənin isminə şükür oxuyacaq, Əməlisalehlər hüzurunda yaşayacaq.

< תהילים 140 >