< תהילים 129 >
שיר המעלות רבת צררוני מנעורי יאמר נא ישראל׃ | 1 |
Ziyarət nəğməsi. Qoy İsrail söyləsin: «Mənə gəncliyimdən bəri əzab verdilər.
רבת צררוני מנעורי גם לא יכלו לי׃ | 2 |
Bəli, gəncliyimdən bəri mənə əzab verdilər, Lakin məğlub edə bilmədilər.
על גבי חרשו חרשים האריכו למענותם׃ | 3 |
Elə bil kürəyimdə kotan sürüblər, Qamçılarla bədənimə uzun-uzun şırım çəkiblər.
יהוה צדיק קצץ עבות רשעים׃ | 4 |
Rəbb isə adildir, Pislərin buxovlarını qırdı».
יבשו ויסגו אחור כל שנאי ציון׃ | 5 |
Siona nifrət bəsləyənlərin hamısı Qoy xəcalət içində geri qovulsun!
יהיו כחציר גגות שקדמת שלף יבש׃ | 6 |
Qoy cücərmədən solsunlar, Damda bitən ot kimi olsunlar!
שלא מלא כפו קוצר וחצנו מעמר׃ | 7 |
O, biçinçinin ovcunu, Dərz bağlayanın qucağını doldurmaz!
ולא אמרו העברים ברכת יהוה אליכם ברכנו אתכם בשם יהוה׃ | 8 |
Yoldan keçən onlara belə deməz: «Rəbb sizə xeyir-dua versin, Sizə Rəbbin ismi ilə alqış olsun!»