< תהילים 128 >
שיר המעלות אשרי כל ירא יהוה ההלך בדרכיו׃ | 1 |
Ziyarət nəğməsi. Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan!
יגיע כפיך כי תאכל אשריך וטוב לך׃ | 2 |
Çünki öz əlinin bəhrəsini yeyəcəksən, Xoşbəxt olub uğur qazanacaqsan.
אשתך כגפן פריה בירכתי ביתך בניך כשתלי זיתים סביב לשלחנך׃ | 3 |
Evində arvadın tənək kimi bar gətirəcək, Övladların zeytun pöhrələri kimi Süfrənin ətrafını bürüyəcək.
הנה כי כן יברך גבר ירא יהוה׃ | 4 |
Rəbdən qorxan insan Belə xeyir-dua alacaq:
יברכך יהוה מציון וראה בטוב ירושלם כל ימי חייך׃ | 5 |
Rəbb Siondan sənə xeyir-dua versin, Ömür boyu Yerusəlimin xoşbəxtliyini görəsən,
וראה בנים לבניך שלום על ישראל׃ | 6 |
Övladlarının övladlarını görəsən! İsrailin üzərinə sülh olsun!