< תהילים 111 >

הללו יה אודה יהוה בכל לבב בסוד ישרים ועדה׃ 1
Rəbbə həmd edin! Əməlisalehlər məclisində, icma arasında Bütün qəlbimlə Rəbbə şükür edəcəyəm.
גדלים מעשי יהוה דרושים לכל חפציהם׃ 2
Rəbbin işləri böyükdür, Bunlardan zövq alanlar ibrət götürür.
הוד והדר פעלו וצדקתו עמדת לעד׃ 3
Əməllərində ehtişamı, əzəməti görünür, Salehliyi əbədi qalır.
זכר עשה לנפלאתיו חנון ורחום יהוה׃ 4
Xariqələrini xalqının yadına salır. Rəbb lütfkar və rəhmlidir,
טרף נתן ליראיו יזכר לעולם בריתו׃ 5
Ondan qorxanları bəsləyərək saxlayır, Öz əhdini əbədi olaraq yadda saxlayır.
כח מעשיו הגיד לעמו לתת להם נחלת גוים׃ 6
Xalqına millətlərin torpaqlarını verərək Qüdrətli işlərini onlara göstərdi.
מעשי ידיו אמת ומשפט נאמנים כל פקודיו׃ 7
Əllərinin işləri sədaqət və ədalətdir, Onun bütün qayda-qanunları etibarlıdır.
סמוכים לעד לעולם עשוים באמת וישר׃ 8
Onlar həmişə, əbədi olaraq möhkəmdir, Sədaqətdən, düzlükdən yaranmışdır.
פדות שלח לעמו צוה לעולם בריתו קדוש ונורא שמו׃ 9
Öz xalqına qurtuluş göndərdi, Əhdi əbədi olsun deyə əmr verdi, İsmi müqəddəsdir, zəhmlidir.
ראשית חכמה יראת יהוה שכל טוב לכל עשיהם תהלתו עמדת לעד׃ 10
Rəbb qorxusu hikmətin başlanğıcıdır, Buna əməl edənlərin sağlam düşüncəsi vardır. Ona əbədi olaraq həmdlər olsun!

< תהילים 111 >