< במדבר 27 >

ותקרבנה בנות צלפחד בן חפר בן גלעד בן מכיר בן מנשה למשפחת מנשה בן יוסף ואלה שמות בנתיו מחלה נעה וחגלה ומלכה ותרצה׃ 1
Menaşşe oğlu Makir oğlu Gilead oğlu Xefer oğlu Selofxadın qızları Yusif oğlu Menaşşenin nəsillərinə mənsub idi. Qızların adları belədir: Maxla, Noa, Xoqla, Milka və Tirsa.
ותעמדנה לפני משה ולפני אלעזר הכהן ולפני הנשיאם וכל העדה פתח אהל מועד לאמר׃ 2
Onlar Musanın, kahin Eleazarın və rəhbərlərlə bütün icmanın önündə, Hüzur çadırının girişində durub dedilər:
אבינו מת במדבר והוא לא היה בתוך העדה הנועדים על יהוה בעדת קרח כי בחטאו מת ובנים לא היו לו׃ 3
«Atamız səhrada öldü, lakin Qorahın tərəfini tutub Rəbbə qarşı üsyan edənlərin arasında deyildi. O öz günahına görə öldü və oğulları olmadı.
למה יגרע שם אבינו מתוך משפחתו כי אין לו בן תנה לנו אחזה בתוך אחי אבינו׃ 4
Oğlu olmadığına görə onun adı öz nəsli arasından nə üçün silinməlidir? Atamızın qardaşları arasında bizə bir mülk verin».
ויקרב משה את משפטן לפני יהוה׃ 5
Musa onların işini Rəbbin önünə qoydu.
ויאמר יהוה אל משה לאמר׃ 6
Rəbb Musaya dedi:
כן בנות צלפחד דברת נתן תתן להם אחזת נחלה בתוך אחי אביהם והעברת את נחלת אביהן להן׃ 7
«Selofxadın qızları doğru deyirlər: mütləq onlara atalarının qardaşları arasında mülk ver və atalarının mirasını onlara keçir.
ואל בני ישראל תדבר לאמר איש כי ימות ובן אין לו והעברתם את נחלתו לבתו׃ 8
İsrail övladlarına de ki, əgər bir adam ölərsə və onun oğlu yoxdursa, o zaman mirası onun qızına keçir.
ואם אין לו בת ונתתם את נחלתו לאחיו׃ 9
Əgər onun qızı yoxdursa, onda mirasını onun qardaşlarına ver.
ואם אין לו אחים ונתתם את נחלתו לאחי אביו׃ 10
Əgər qardaşları yoxdursa, onda mirasını atasının qardaşlarına ver.
ואם אין אחים לאביו ונתתם את נחלתו לשארו הקרב אליו ממשפחתו וירש אתה והיתה לבני ישראל לחקת משפט כאשר צוה יהוה את משה׃ 11
Əgər atasının qardaşları yoxdursa, o zaman mirasını nəslindən ona ən yaxın olan qohumuna ver ki, mülk onun olsun. Bu, Rəbbin Musaya əmr etdiyi kimi İsrail övladlarına qanun və hökm olsun».
ויאמר יהוה אל משה עלה אל הר העברים הזה וראה את הארץ אשר נתתי לבני ישראל׃ 12
Rəbb Musaya dedi: «Bu Avarim dağına çıx və İsrail oğullarına verdiyim ölkəni gör.
וראיתה אתה ונאספת אל עמיך גם אתה כאשר נאסף אהרן אחיך׃ 13
Onu gördükdən sonra qardaşın Harun nə cür xalqına qovuşdusa, sən də elə ölüb, xalqına qovuşacaqsan.
כאשר מריתם פי במדבר צן במריבת העדה להקדישני במים לעיניהם הם מי מריבת קדש מדבר צן׃ 14
Çünki Zin səhrasında əmrimə qarşı çıxdınız. İcma Mənə üsyan edəndə sulara görə onların gözləri önündə Mənim müqəddəsliyimi etiraf etmədiniz». Bunlar Zin səhrasındakı Qadeşdə olan Meriva sularıdır.
וידבר משה אל יהוה לאמר׃ 15
Musa Rəbbə dedi:
יפקד יהוה אלהי הרוחת לכל בשר איש על העדה׃ 16
«Rəbb – bütün bəşər ruhlarının Allahı, icma üzərinə bir adam nəsib etsin,
אשר יצא לפניהם ואשר יבא לפניהם ואשר יוציאם ואשר יביאם ולא תהיה עדת יהוה כצאן אשר אין להם רעה׃ 17
o da onların önündə girib-çıxsın, onların önündə döyüşə gedib-gəlsin. Qoy Rəbbin icması çobansız sürü kimi olmasın».
ויאמר יהוה אל משה קח לך את יהושע בן נון איש אשר רוח בו וסמכת את ידך עליו׃ 18
Rəbb Musaya dedi: «İçində Ruh olan bir adamı – Nun oğlu Yeşuanı yanına gətirərək əlini onun üzərinə qoyacaqsan.
והעמדת אתו לפני אלעזר הכהן ולפני כל העדה וצויתה אתו לעיניהם׃ 19
Onu kahin Eleazar və bütün icma qarşısında dayandırıb onların gözləri önündə ona vəzifə tapşır.
ונתתה מהודך עליו למען ישמעו כל עדת בני ישראל׃ 20
Ona öz səlahiyyətindən ver ki, bütün İsrail icması ona itaət etsin.
ולפני אלעזר הכהן יעמד ושאל לו במשפט האורים לפני יהוה על פיו יצאו ועל פיו יבאו הוא וכל בני ישראל אתו וכל העדה׃ 21
O, hökm almaq üçün kahin Eleazarın qarşısında duracaq. Eleazar isə Urim vasitəsilə Rəbdən soruşmalıdır. Yeşua ilə bütün İsraillilər icması Eleazarın əmri ilə döyüşə gedib-gəlsinlər».
ויעש משה כאשר צוה יהוה אתו ויקח את יהושע ויעמדהו לפני אלעזר הכהן ולפני כל העדה׃ 22
Musa Rəbbin ona əmr etdiyi kimi etdi: Yeşuanı götürüb kahin Eleazarın və bütün icmasının önündə dayandırdı.
ויסמך את ידיו עליו ויצוהו כאשר דבר יהוה ביד משה׃ 23
Rəbbin Musa vasitəsilə əmr etdiyi kimi əllərini onun üzərinə qoyaraq ona vəzifə tapşırdı.

< במדבר 27 >