< נחום 3 >
הוי עיר דמים כלה כחש פרק מלאה לא ימיש טרף׃ | 1 |
Qanlı şəhərin vay halına! O yalan və soyğunçuluqla doludur, Orada quldurluğun ardı kəsilmir!
קול שוט וקול רעש אופן וסוס דהר ומרכבה מרקדה׃ | 2 |
Qamçı səsi, təkərlər gurultusu, Çapan atların, yırğalanan döyüş arabalarının sədası!
פרש מעלה ולהב חרב וברק חנית ורב חלל וכבד פגר ואין קצה לגויה יכשלו בגויתם׃ | 3 |
Süvarilər hücum edir, qılınclar parıldayır, Nizələr bərq vurur, ölənlər yığın-yığın, Cəsədlərin sayı yox, İnsanların ayağı meyitlərə dolaşır!
מרב זנוני זונה טובת חן בעלת כשפים המכרת גוים בזנוניה ומשפחות בכשפיה׃ | 4 |
Millətləri fahişəliyi ilə, Xalqları cadugərliyi ilə satan, cazibəli, Cadugərlikdə mahir fahişə – Ninevanın Hədsiz əxlaqsızlığına görə Bunlar baş verdi.
הנני אליך נאם יהוה צבאות וגליתי שוליך על פניך והראיתי גוים מערך וממלכות קלונך׃ | 5 |
Ordular Rəbbi bəyan edir: «Ey Nineva, Mən sənin əleyhinəyəm! Paltarının ətəyini üzünə qaldıracağam, Çılpaqlığını millətlərə göstərəcəyəm, Ayıbını ölkələrə açacağam.
והשלכתי עליך שקצים ונבלתיך ושמתיך כראי׃ | 6 |
Üstünə iyrənc şeyləri atacağam, Səni rüsvay edəcəyəm, Tamaşaya qoyacağam!
והיה כל ראיך ידוד ממך ואמר שדדה נינוה מי ינוד לה מאין אבקש מנחמים לך׃ | 7 |
Səni görənlərin hamısı səndən qaçıb Belə deyəcək: “Nineva viran qaldı! Onun üçün kim ağlayacaq?” Haradan sənə təsəlli verənləri tapım?»
התיטבי מנא אמון הישבה ביארים מים סביב לה אשר חיל ים מים חומתה׃ | 8 |
Axı sənin No-Ammondan nəyin artıqdır? O şəhər çaylar arasında yerləşib Sularla əhatə olunmuşdu, Sipəri dəniz, Qala divarı isə Nil çayı idi.
כוש עצמה ומצרים ואין קצה פוט ולובים היו בעזרתך׃ | 9 |
Kuş və Misir onun sonsuz qüvvəti idi, Put və Liviya da köməkçiləri idi.
גם היא לגלה הלכה בשבי גם עלליה ירטשו בראש כל חוצות ועל נכבדיה ידו גורל וכל גדוליה רתקו בזקים׃ | 10 |
Lakin əsir aparıldı, sürgün oldu, Övladları parça-parça doğrandı, Hər küçə başına atıldı, Adlı-sanlı adamları üçün püşk atdılar, Əyanlarını qandallara saldılar.
גם את תשכרי תהי נעלמה גם את תבקשי מעוז מאויב׃ | 11 |
Sən də, ey Nineva, sərxoş olacaqsan, Mat-məəttəl qalacaqsan, Düşmənlərin əlindən pənahgah axtaracaqsan.
כל מבצריך תאנים עם בכורים אם ינועו ונפלו על פי אוכל׃ | 12 |
Bütün istehkamların Əncir ağacının ilk yetişən meyvələri kimidir, Silkələnəndə yeyənin ağzına düşür.
הנה עמך נשים בקרבך לאיביך פתוח נפתחו שערי ארצך אכלה אש בריחיך׃ | 13 |
Budur, əsgərlərin qadın kimidir, Ölkənin darvazaları düşmənlərin üzünə taybatay açılıb. Qapı rəzələrini od yeyib.
מי מצור שאבי לך חזקי מבצריך באי בטיט ורמסי בחמר החזיקי מלבן׃ | 14 |
Mühasirə vaxtı üçün özünə su çək, Qalalarını möhkəmləndir, Çamıra gir, palçığı tapda, Kərpic kəsmək üçün qəlib götür!
שם תאכלך אש תכריתך חרב תאכלך כילק התכבד כילק התכבדי כארבה׃ | 15 |
Orada od səni yeyib-qurtaracaq, Qılınc səni kəsib-qıracaq, Çəyirtkələrin yedikləri əkin kimi yox olacaqsan. Sayını çəyirtkə kimi artır, Özünü qaynaşan çəyirtkə kimi çoxalt!
הרבית רכליך מכוכבי השמים ילק פשט ויעף׃ | 16 |
Tacirlərinin sayı Göylərdəki ulduzlardan çoxdur, Amma düşmənlərin Çəyirtkə kimi ölkəni talan edib uçacaq.
מנזריך כארבה וטפסריך כגוב גבי החונים בגדרות ביום קרה שמש זרחה ונודד ולא נודע מקומו אים׃ | 17 |
Gözətçilərin çəyirtkə kimi, Məmurların çəyirtkə sürüsü kimidir – Soyuq gündə çəpərlərə yerləşir, Gün doğanda uçub gedir, Getdikləri yer bilinmir.
נמו רעיך מלך אשור ישכנו אדיריך נפשו עמך על ההרים ואין מקבץ׃ | 18 |
Ey Aşşur padşahı, Əyanların ölüm yuxusuna gedib, Adlı-sanlı adamların yatıb. Xalqın dağlara səpələnib, Onları bir yerə yığan yoxdur.
אין כהה לשברך נחלה מכתך כל שמעי שמעך תקעו כף עליך כי על מי לא עברה רעתך תמיד׃ | 19 |
Dərdinə dərman yoxdur, yaraların sağalmaz. Barəndə xəbər eşidənlər sevinib əl çalır. Axı sənin bu sonsuz pisliyin kimə dəyməyib?