< ירמיה 47 >
אשר היה דבר יהוה אל ירמיהו הנביא אל פלשתים בטרם יכה פרעה את עזה׃ | 1 |
Firon Qəzzəyə hücum etməzdən əvvəl Yeremya peyğəmbərə Filiştlilər barədə Rəbbin bu sözü nazil oldu:
כה אמר יהוה הנה מים עלים מצפון והיו לנחל שוטף וישטפו ארץ ומלואה עיר וישבי בה וזעקו האדם והילל כל יושב הארץ׃ | 2 |
«Rəbb belə deyir: “Budur, şimaldan sular qalxır, Onlar sel kimi daşacaq, Ölkənin və oradakı hər şeyin, Şəhərin və orada yaşayanların üstünə axacaq. İnsanlar fəryad edəcək, O ölkədə yaşayanların hamısı nalə çəkəcək.
מקול שעטת פרסות אביריו מרעש לרכבו המון גלגליו לא הפנו אבות אל בנים מרפיון ידים׃ | 3 |
Ayğırlarının yeri döyən dırnaqlarının səsindən, Döyüş arabalarının vəlvələsindən, Təkərlərinin gurultusundan Əlləri taqətdən düşdüyü üçün Atalar dönüb oğullarına baxmır.
על היום הבא לשדוד את כל פלשתים להכרית לצר ולצידון כל שריד עזר כי שדד יהוה את פלשתים שארית אי כפתור׃ | 4 |
Çünki Filiştlilərin məhv ediləcəyi gün gəlir. Sur və Sidona yardım edə bilən, Sağ qalan hər kəs yox ediləcək. Rəbb Kaftor sahilindən gələn Filiştlilərin sağ qalanlarını həlak edəcək.
באה קרחה אל עזה נדמתה אשקלון שארית עמקם עד מתי תתגודדי׃ | 5 |
Qəzzə saçını yolacaq, Aşqelon susdurulacaq. Ey düzənliklərində sağ qalanlar, Nə vaxta qədər bədənlərinizi yaralayacaqsınız?
הוי חרב ליהוה עד אנה לא תשקטי האספי אל תערך הרגעי ודמי׃ | 6 |
‹Ey Rəbbin qılıncı, Nə vaxt sakitləşəcəksən? Qınına dön, dayan və sakit ol!› deyəcəksiniz.
איך תשקטי ויהוה צוה לה אל אשקלון ואל חוף הים שם יעדה׃ | 7 |
Rəbb əmr etdiyi halda Qılınc necə susa bilər? Rəbb onu oraya – Aşqelona, Dəniz sahilinə qarşı göndərdi”».