< ישעה 61 >
רוח אדני יהוה עלי יען משח יהוה אתי לבשר ענוים שלחני לחבש לנשברי לב לקרא לשבוים דרור ולאסורים פקח קוח׃ | 1 |
Xudavənd Rəbbin Ruhu üzərimdədir, Çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi. Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün, Əsirlərə azadlıq, Dustaqlara sərbəstlik elan etmək üçün,
לקרא שנת רצון ליהוה ויום נקם לאלהינו לנחם כל אבלים׃ | 2 |
Rəbbin lütf ilini, Allahımızın qisas gününü bəyan etmək üçün, Yaslıların hamısına təsəlli vermək üçün,
לשום לאבלי ציון לתת להם פאר תחת אפר שמן ששון תחת אבל מעטה תהלה תחת רוח כהה וקרא להם אילי הצדק מטע יהוה להתפאר׃ | 3 |
Sionda yas tutanları təmin etmək, Kül yerinə çələng, Yas yerinə sevinc gətirən məsh yağı, Kədərli ruh əvəzinə Həmd libasını bəxş etmək üçün Rəbb məni göndərdi. Rəbbin şöhrətini aşkar etmək üçün Onlara Rəbbin əkdiyi salehlik palıdları deyiləcək.
ובנו חרבות עולם שממות ראשנים יקוממו וחדשו ערי חרב שממות דור ודור׃ | 4 |
Onlar qədim dağıntıları inşa edəcək, Əvvəlki xarabalıqları bərpa edəcək, Nəsillər boyu viranə qalmış şəhərləri yenidən quracaq.
ועמדו זרים ורעו צאנכם ובני נכר אכריכם וכרמיכם׃ | 5 |
Yadellilər gəlib sürülərinizi otaracaq, Əcnəbilər sizə əkinçilik və bağbanlıq edəcək.
ואתם כהני יהוה תקראו משרתי אלהינו יאמר לכם חיל גוים תאכלו ובכבודם תתימרו׃ | 6 |
Sizsə Rəbbin kahinləri, Allahımızın xidmətçiləri adlanacaqsınız. Millətlərin sərvəti ilə bəslənəcəksiniz, Var-dövlətləri ilə fəxr edəcəksiniz.
תחת בשתכם משנה וכלמה ירנו חלקם לכן בארצם משנה יירשו שמחת עולם תהיה להם׃ | 7 |
Çəkdiyiniz xəcalət yerinə ikiqat şərəf, Rüsvayçılıq əvəzinə payınızı alıb sevinəcəksiniz. İndi isə torpağınızda ikiqat mülk alacaqsınız, Sevinciniz əbədi olacaq.
כי אני יהוה אהב משפט שנא גזל בעולה ונתתי פעלתם באמת וברית עולם אכרות להם׃ | 8 |
Çünki Mən Rəbb ədaləti sevirəm. Soyğunçuluğa, haqsızlığa nifrət edirəm. Əlbəttə, əməllərinə görə onlara haqqını verəcəyəm, Onlarla əbədi əhd kəsəcəyəm.
ונודע בגוים זרעם וצאצאיהם בתוך העמים כל ראיהם יכירום כי הם זרע ברך יהוה׃ | 9 |
Nəsillərindən törəyənlər millətlər içində, Övladları xalqlar arasında tanınacaq. Onları görən hər kəs biləcək ki, Rəbb nəsillərinə xeyir-dua verdi.
שוש אשיש ביהוה תגל נפשי באלהי כי הלבישני בגדי ישע מעיל צדקה יעטני כחתן יכהן פאר וככלה תעדה כליה׃ | 10 |
Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, Çünki çələnglə bəzənmiş bəy kimi, Bər-bəzək taxmış gəlin kimi Mənə qurtuluş paltarı geyindirdi, Salehlik libası ilə bürüdü.
כי כארץ תוציא צמחה וכגנה זרועיה תצמיח כן אדני יהוה יצמיח צדקה ותהלה נגד כל הגוים׃ | 11 |
Torpaq zoğlarını necə cücərdirsə, Bağ əkilən toxumları necə yetişdirirsə, Xudavənd Rəbb də bütün millətlər qarşısında Salehliyi və həmdi belə yetişdirəcək.