< ישעה 22 >

משא גיא חזיון מה לך אפוא כי עלית כלך לגגות׃ 1
Görüntü vadisi barəsində xəbərdarlıq: Ey şəhər xalqı, nə olub ki, hamınız damlara çıxmısınız?
תשאות מלאה עיר הומיה קריה עליזה חלליך לא חללי חרב ולא מתי מלחמה׃ 2
Ey səs-küylü, əylənən, gurultulu şəhər, Öldürülənləriniz nə qılıncdan keçirildi, Nə də döyüşlərdə öldürüldü.
כל קציניך נדדו יחד מקשת אסרו כל נמצאיך אסרו יחדו מרחוק ברחו׃ 3
Başçılarınız birlikdə qaçdı, Onlar kamanlarından ox atmamış yaxalandı. Uzaqlara qaçdıqlarına baxmayaraq hamısı birgə yaxalandı.
על כן אמרתי שעו מני אמרר בבכי אל תאיצו לנחמני על שד בת עמי׃ 4
Buna görə mən belə dedim: «Məni tənha qoyun, qoy acı-acı ağlayım, Əziz xalqım məğlub olduğuna görə Mənə təsəlli verməyə cəhd göstərməyin».
כי יום מהומה ומבוסה ומבוכה לאדני יהוה צבאות בגיא חזיון מקרקר קר ושוע אל ההר׃ 5
Çünki Ordular Rəbbi Xudavəndin Görüntü vadisində təlaş, basqın və çaşqınlıq günü var. Divarların dağıdılması və fəryadın dağlara çatdığı gün gəlir.
ועילם נשא אשפה ברכב אדם פרשים וקיר ערה מגן׃ 6
Elamlılar oxdanlarını tutub adamlarla dolu döyüş arabaları ilə, süvariləri ilə gəldilər. Kir sakinləri qalxanlarını açdılar.
ויהי מבחר עמקיך מלאו רכב והפרשים שת שתו השערה׃ 7
Ən gözəl vadilərin döyüş arabaları ilə doludur, Süvarilər şəhər darvazalarının qarşısına düzüldülər.
ויגל את מסך יהודה ותבט ביום ההוא אל נשק בית היער׃ 8
Yəhudanın istehkamları deşik-deşik oldu, O gün siz «Meşə» adlı evdə saxlanılan silaha nəzər saldınız.
ואת בקיעי עיר דוד ראיתם כי רבו ותקבצו את מי הברכה התחתונה׃ 9
Davudun şəhərinin divarlarında çoxlu dəlik-deşik əmələ gəldiyini gördünüz, Aşağı hovuza su yığdınız.
ואת בתי ירושלם ספרתם ותתצו הבתים לבצר החומה׃ 10
Yerusəlimdəki evləri saydınız, Şəhər divarının təmiri üçün evləri sökdünüz.
ומקוה עשיתם בין החמתים למי הברכה הישנה ולא הבטתם אל עשיה ויצרה מרחוק לא ראיתם׃ 11
Köhnə hovuzun suları üçün İki divar arasında su anbarı düzəltdiniz. Lakin bu işi Görənə baxmadınız, Bunu çoxdan hazırlayan Allaha nəzər salmadınız.
ויקרא אדני יהוה צבאות ביום ההוא לבכי ולמספד ולקרחה ולחגר שק׃ 12
O gün Ordular Rəbbi Xudavənd sizi ağlaşmağa, Yas tutmağa, saçınızı yolmağa, çula bürünməyə çağırdı.
והנה ששון ושמחה הרג בקר ושחט צאן אכל בשר ושתות יין אכול ושתו כי מחר נמות׃ 13
Fəqət bunun əvəzinə siz sevinc və şadlıq tapdınız, «Qoy yeyib-içək, çünki sabah öləcəyik!» dediniz, Cöngə, qoyun kəsdiniz, ət yediniz, şərab içdiniz.
ונגלה באזני יהוה צבאות אם יכפר העון הזה לכם עד תמתון אמר אדני יהוה צבאות׃ 14
Ordular Rəbbi bunu mənə açdı: «Bu günah sizə ölənə qədər əsla bağışlanmaz!» Ordular Rəbbi Xudavənd belə buyurur.
כה אמר אדני יהוה צבאות לך בא אל הסכן הזה על שבנא אשר על הבית׃ 15
Ordular Rəbbi Xudavənd belə dedi: Dur, saray rəisi Şevnanın yanına get və de:
מה לך פה ומי לך פה כי חצבת לך פה קבר חצבי מרום קברו חקקי בסלע משכן לו׃ 16
«Sənin burada nə işin var? Kim icazə verib ki, Burada – yüksəkdə özün üçün məzar qazasan, Qayanın içində özünə sərdabə düzəldəsən?
הנה יהוה מטלטלך טלטלה גבר ועטך עטה׃ 17
Ey güclü kişi, bax Rəbb səni var-qüvvə ilə atıb-tutacaq,
צנוף יצנפך צנפה כדור אל ארץ רחבת ידים שמה תמות ושמה מרכבות כבודך קלון בית אדניך׃ 18
Top kimi yuvarlayacaq, Gen-bol ölkəyə atacaq. Orada öləcəksən və öyündüyün arabaların orada qalacaq, Axı öz ağanın evini biabır edən sənsən!
והדפתיך ממצבך וממעמדך יהרסך׃ 19
Səni vəzifəndən atacağam, Tutduğun yerindən qovacağam.
והיה ביום ההוא וקראתי לעבדי לאליקים בן חלקיהו׃ 20
O gün qulum Xilqiya oğlu Elyaqimi çağırıb
והלבשתיו כתנתך ואבנטך אחזקנו וממשלתך אתן בידו והיה לאב ליושב ירושלם ולבית יהודה׃ 21
Sənin geyimini ona geyindirəcəyəm, Sənin qurşağını onun belinə bağlayacağam, Səlahiyyətini onun ixtiyarına verəcəyəm. Bu adam Yerusəlim sakinlərinə, Yəhuda xalqına ata olacaq.
ונתתי מפתח בית דוד על שכמו ופתח ואין סגר וסגר ואין פתח׃ 22
Davud nəslinin açarını onun çiynindən asacağam, Açdığını heç kim bağlaya bilməyəcək, Bağladığını heç kim aça bilməyəcək.
ותקעתיו יתד במקום נאמן והיה לכסא כבוד לבית אביו׃ 23
Mən onu paya kimi bərk yerə vuracağam. O, nəsli üçün fəxr olacaq.
ותלו עליו כל כבוד בית אביו הצאצאים והצפעות כל כלי הקטן מכלי האגנות ועד כל כלי הנבלים׃ 24
Bütün nəslinin şöhrəti onun üzərində olacaq. Nəslin və övladların şərəfi – Taslardan tabaqlaradək Bütün qab-qacaqların şöhrəti Onun üzərində olacaq».
ביום ההוא נאם יהוה צבאות תמוש היתד התקועה במקום נאמן ונגדעה ונפלה ונכרת המשא אשר עליה כי יהוה דבר׃ 25
Ordular Rəbbi bəyan edir: «O gün bərk yerə vurulmuş paya qırılıb-düşəcək, onun üstünə asılan yük də yox olacaq». Çünki Rəbb belə söylədi.

< ישעה 22 >