< יחזקאל 21 >
ויהי דבר יהוה אלי לאמר׃ | 1 |
Mənə Rəbbin bu sözü nazil oldu:
בן אדם שים פניך אל ירושלם והטף אל מקדשים והנבא אל אדמת ישראל׃ | 2 |
«Ey bəşər oğlu, üzünü Yerusəlimə tərəf çevirib Müqəddəs məkanlara qarşı danış və İsrail torpağının əleyhinə peyğəmbərlik et.
ואמרת לאדמת ישראל כה אמר יהוה הנני אליך והוצאתי חרבי מתערה והכרתי ממך צדיק ורשע׃ | 3 |
Sən İsrail torpağına söylə ki, Rəbb belə deyir: “Budur, Mən sənin əleyhinəyəm. Qılıncımı qınından çıxararaq sənin içində olan salehi də, pis adamı da qırıb-çatacağam.
יען אשר הכרתי ממך צדיק ורשע לכן תצא חרבי מתערה אל כל בשר מנגב צפון׃ | 4 |
Sənin içində olan salehi də, pis adamı da qırıb-çatım deyə Mənim qılıncım cənubdan şimaladək ərazidə yaşayan bütün bəşərin üzərinə enmək üçün qınından çıxacaq.
וידעו כל בשר כי אני יהוה הוצאתי חרבי מתערה לא תשוב עוד׃ | 5 |
Onda bütün bəşər biləcək ki, Mən Rəbb qılıncımı qınından çıxardım və bir daha yerinə qayıtmayacaq”.
ואתה בן אדם האנח בשברון מתנים ובמרירות תאנח לעיניהם׃ | 6 |
İçini çək, ey bəşər oğlu, sən belini büküb onların gözü önündə acı-acı içini çək.
והיה כי יאמרו אליך על מה אתה נאנח ואמרת אל שמועה כי באה ונמס כל לב ורפו כל ידים וכהתה כל רוח וכל ברכים תלכנה מים הנה באה ונהיתה נאם אדני יהוה׃ | 7 |
Onlar sənə “Nəyə görə içini çəkirsən?” söyləyəndə onlara deyərsən: “Gələn xəbərə görə. Hər ürək əriyəcək, hər əl yanına düşəcək, bütün ruhlar zəifləyəcək və bütün dizlər titrəyəcək. O xəbər gəlir, bunlar yerinə yetəcək” Xudavənd Rəbb belə bəyan edir».
ויהי דבר יהוה אלי לאמר׃ | 8 |
Mənə Rəbbin bu sözü nazil oldu:
בן אדם הנבא ואמרת כה אמר אדני אמר חרב חרב הוחדה וגם מרוטה׃ | 9 |
«Ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Xudavənd belə deyir: “Söylə ki, qılınc, qılınc İtilənib, cilalanıb.
למען טבח טבח הוחדה למען היה לה ברק מרטה או נשיש שבט בני מאסת כל עץ׃ | 10 |
Öldürmək üçün itilənib, Şimşək kimi çaxsın deyə cilalanıb. Necə sevinə bilərik? Qılınc oğlumun əsasına Hər hansı bir əl ağacı kimi xor baxdı.
ויתן אתה למרטה לתפש בכף היא הוחדה חרב והיא מרטה לתת אותה ביד הורג׃ | 11 |
Qılınc əldə tutulmaq üçün Cilalanmağa verildi. Öldürənin əlinə verilsin deyə İtilənib cilalandı.
זעק והילל בן אדם כי היא היתה בעמי היא בכל נשיאי ישראל מגורי אל חרב היו את עמי לכן ספק אל ירך׃ | 12 |
Ey bəşər oğlu, fəryad edib ağla. Çünki bu qılınc xalqıma və Bütün İsrail rəhbərlərinə qarşı qalxıb. Onlar xalqımla birgə Qılınca təslim edildi. Bunun üçün sinə döy”.
כי בחן ומה אם גם שבט מאסת לא יהיה נאם אדני יהוה׃ | 13 |
Xudavənd Rəbb bəyan edir: “Qarşıda sınaq var. Qılıncın xor baxdığı əsa Daha salamat qalmazsa, nə olar?
ואתה בן אדם הנבא והך כף אל כף ותכפל חרב שלישתה חרב חללים היא חרב חלל הגדול החדרת להם׃ | 14 |
Sən ey bəşər oğlu, peyğəmbərlik et, Əllərini bir-birinə vur. Qoy qılınc iki, üç dəfə vursun. O öldürən bir qılıncdır, Çoxlu adam qıran, İnsanı hər tərəfdən saran qılıncdır.
למען למוג לב והרבה המכשלים על כל שעריהם נתתי אבחת חרב אח עשויה לברק מעטה לטבח׃ | 15 |
Onların ürəyi ərisin, Yerə sərilənlər çox olsun deyə Bütün darvazalarında qırğın qılıncı qoydum. Ah, o, şimşək kimi parıldadı, Öldürmək üçün sıyrıldı.
התאחדי הימיני השימי השמילי אנה פניך מעדות׃ | 16 |
Ey qılınc, sağa-sola dönüb kəs, Sağa dön, sola dön, Üzün hara çevrilsə, ora get.
וגם אני אכה כפי אל כפי והניחתי חמתי אני יהוה דברתי׃ | 17 |
Mən də əllərimi bir-birinə vuracağam, Beləcə qəzəbimi yatırdacağam. Bunu Mən Rəbb söylədim”».
ויהי דבר יהוה אלי לאמר׃ | 18 |
Mənə Rəbbin bu sözü nazil oldu:
ואתה בן אדם שים לך שנים דרכים לבוא חרב מלך בבל מארץ אחד יצאו שניהם ויד ברא בראש דרך עיר ברא׃ | 19 |
«Sən ey bəşər oğlu, Babil padşahının qılıncının gəlməsi üçün iki yol hazırla, ikisi də bir ölkədən çıxsın. Bir yerdə nişan qoy, onu şəhər yolunun başında qoy.
דרך תשים לבוא חרב את רבת בני עמון ואת יהודה בירושלם בצורה׃ | 20 |
Qılınc Ammon övladlarının Rabba şəhərinə, Yəhudaya və qalalı Yerusəlimə yönəlsin deyə yol hazırla.
כי עמד מלך בבל אל אם הדרך בראש שני הדרכים לקסם קסם קלקל בחצים שאל בתרפים ראה בכבד׃ | 21 |
Çünki Babil padşahı yolayrıcında – iki yolun başında falçılıq etmək üçün dayanacaq. Oxları qarışdıracaq, ev bütlərindən soruşacaq, kəsilən bir heyvanın qaraciyərinə baxacaq.
בימינו היה הקסם ירושלם לשום כרים לפתח פה ברצח להרים קול בתרועה לשום כרים על שערים לשפך סללה לבנות דיק׃ | 22 |
Onun sağ əlində Yerusəlimi göstərən fal var. Orada qoçbaşı alətləri qoyacaq, öldürmək əmri verəcək, döyüş nidası ucaldacaq, qoçbaşı alətlərini darvazaların önündə qoyacaq, torpaq qalağı və mühasirə divarları düzəldəcək.
והיה להם כקסום שוא בעיניהם שבעי שבעות להם והוא מזכיר עון להתפש׃ | 23 |
Onunla and içib saziş bağlayanlar falın yalan olduğunu güman edəcək. Ancaq padşah təqsirlərini xatırlayıb onları əsir alacaq.
לכן כה אמר אדני יהוה יען הזכרכם עונכם בהגלות פשעיכם להראות חטאותיכם בכל עלילותיכם יען הזכרכם בכף תתפשו׃ | 24 |
Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki təqsirlərinizi və üsyankarlığınızı göstərməklə bunları yada saldınız, bütün işlərinizdə günahlarınız aşkara çıxdı və yada salındınız, mütləq əsir düşəcəksiniz.
ואתה חלל רשע נשיא ישראל אשר בא יומו בעת עון קץ׃ | 25 |
Sən ey murdar və pis olan İsrail rəhbəri, günün çatdı, nəhayət, cəza vaxtın gəldi”.
כה אמר אדני יהוה הסיר המצנפת והרים העטרה זאת לא זאת השפלה הגבה והגבה השפיל׃ | 26 |
Xudavənd Rəbb belə deyir: “Çalmanı və tacı götür. Daha bu belə olmayacaq. Alçalanı yüksəlt, yüksələni alçalt.
עוה עוה עוה אשימנה גם זאת לא היה עד בא אשר לו המשפט ונתתיו׃ | 27 |
Viran, viran, viran qoyacağam şəhəri! Haqq sahibi gələnə qədər bərpa olunmayacaq. Mən şəhəri ona verəcəyəm”.
ואתה בן אדם הנבא ואמרת כה אמר אדני יהוה אל בני עמון ואל חרפתם ואמרת חרב חרב פתוחה לטבח מרוטה להכיל למען ברק׃ | 28 |
Sən ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Ammonlular və onların etdikləri təhqirə görə Xudavənd Rəbb belə deyir: “Qılınc, qılınc həlak etmək üçün sıyrılıb, Qırğın üçün itilənib ki, Şimşək kimi parlasın.
בחזות לך שוא בקסם לך כזב לתת אותך אל צוארי חללי רשעים אשר בא יומם בעת עון קץ׃ | 29 |
Elə bir zamanda ki Sənə boş görüntülər görünür, Sənə yalan falçılıq açırlar. Ölməli olan pis adamların Boyunlarına enəcəksən, ey qılınc! Bu adamların günü çatdı, Nəhayət, cəza vaxtı gəldi.
השב אל תערה במקום אשר נבראת בארץ מכרותיך אשפט אתך׃ | 30 |
Qılınc qınına qoyulsun! Səni yaradıldığın yerdə, Doğulduğun ölkədə mühakimə edəcəyəm.
ושפכתי עליך זעמי באש עברתי אפיח עליך ונתתיך ביד אנשים בערים חרשי משחית׃ | 31 |
Qəzəbimi üstünə tökəcəyəm, Hiddətimin odunu üstünə püfləyəcəyəm, Səni vəhşi adamlara təslim edəcəyəm. Onlar məhv etməkdə mahirdir.
לאש תהיה לאכלה דמך יהיה בתוך הארץ לא תזכרי כי אני יהוה דברתי׃ | 32 |
Sən oda qida olacaqsan, Ölkə içində qanın töküləcək. Daha yada salınmayacaqsan, Çünki Mən Rəbb bunu söylədim”».