< שמות 36 >
ועשה בצלאל ואהליאב וכל איש חכם לב אשר נתן יהוה חכמה ותבונה בהמה לדעת לעשת את כל מלאכת עבדת הקדש לכל אשר צוה יהוה׃ | 1 |
Besalel, Oholiav və bütün ürəkləri hikmətlə dolu, Rəbbin onlara bu işi bacarmaq üçün hikmət və dərrakə verdiyi adamlar Rəbbin etdiyi hər şeyə görə müqəddəs yerin inşa işini görsünlər».
ויקרא משה אל בצלאל ואל אהליאב ואל כל איש חכם לב אשר נתן יהוה חכמה בלבו כל אשר נשאו לבו לקרבה אל המלאכה לעשת אתה׃ | 2 |
Musa Besaleli, Oholiavı və bütün ürəkləri hikmətlə dolu – Rəbbin onların ürəklərinə hikmət qoyduğu adamları, bu işi ürəkdən görmək istəyənlərin hamısını çağırdı.
ויקחו מלפני משה את כל התרומה אשר הביאו בני ישראל למלאכת עבדת הקדש לעשת אתה והם הביאו אליו עוד נדבה בבקר בבקר׃ | 3 |
Onlar müqəddəs yerin inşa işini görmək üçün İsrail övladlarının gətirdiyi bütün ianələri Musanın yanından götürdülər. İsrail övladları hər səhər könüllü təqdimlər gətirməyə davam edirdilər.
ויבאו כל החכמים העשים את כל מלאכת הקדש איש איש ממלאכתו אשר המה עשים׃ | 4 |
Onda müqəddəs yerin inşası ilə məşğul olan hikmətli sənətkarlar hər işlərindən ayrılaraq
ויאמרו אל משה לאמר מרבים העם להביא מדי העבדה למלאכה אשר צוה יהוה לעשת אתה׃ | 5 |
Musanın yanına gəlib dedilər: «Xalq Rəbbin əmr etdiyi inşa işi üçün lazım olandan çox şey gətirir».
ויצו משה ויעבירו קול במחנה לאמר איש ואשה אל יעשו עוד מלאכה לתרומת הקדש ויכלא העם מהביא׃ | 6 |
Musa əmr verdi və düşərgədə elan etdirdi ki, nə kişi, nə də qadın müqəddəs yer üçün daha ianə gətirməsin. Beləcə xalq bir daha ianə gətirmədi.
והמלאכה היתה דים לכל המלאכה לעשות אתה והותר׃ | 7 |
Çünki bütün işi görmək üçün xammal lazımi miqdardan artıq idi.
ויעשו כל חכם לב בעשי המלאכה את המשכן עשר יריעת שש משזר ותכלת וארגמן ותולעת שני כרבים מעשה חשב עשה אתם׃ | 8 |
İşi görmək üçün ürəkləri hikmətlə dolu bütün adamlar müqəddəs məskəni on pərdədən düzəltdilər. Pərdələri nəfis toxunmuş incə kətandan bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən, üstünü isə keruvlar şəklində naxışla düzəltdilər.
ארך היריעה האחת שמנה ועשרים באמה ורחב ארבע באמה היריעה האחת מדה אחת לכל היריעת׃ | 9 |
Hər pərdənin uzunluğu iyirmi səkkiz qulac, eni isə dörd qulac idi. Bütün pərdələr eyni ölçüdə idi.
ויחבר את חמש היריעת אחת אל אחת וחמש יריעת חבר אחת אל אחת׃ | 10 |
Pərdənin beşini də bir-birinə birləşdirdilər. Digər beşini də bir-birinə birləşdirdilər.
ויעש ללאת תכלת על שפת היריעה האחת מקצה במחברת כן עשה בשפת היריעה הקיצונה במחברת השנית׃ | 11 |
Bir birləşmənin qıraq pərdəsinin kənarında bənövşəyi ilgəklər düzəltdilər; o biri birləşmənin qıraq pərdəsinin kənarında da eyni şəkildə ilgəklər düzəltdilər.
חמשים ללאת עשה ביריעה האחת וחמשים ללאת עשה בקצה היריעה אשר במחברת השנית מקבילת הללאת אחת אל אחת׃ | 12 |
Bir pərdəyə əlli ilgək, o biri birləşmədəki pərdənin kənarında da onlara uyğun gələn əlli ilgək düzəltdilər.
ויעש חמשים קרסי זהב ויחבר את הירעת אחת אל אחת בקרסים ויהי המשכן אחד׃ | 13 |
Qızıldan əlli bənd düzəltdilər. Bəndlərlə pərdələri bərkitdilər və çadırı birləşdirdilər. Beləliklə, müqəddəs məskən bütöv oldu.
ויעש יריעת עזים לאהל על המשכן עשתי עשרה יריעת עשה אתם׃ | 14 |
Məskəni örtən çadır üçün keçi yunundan on bir ədəd pərdə düzəltdilər.
ארך היריעה האחת שלשים באמה וארבע אמות רחב היריעה האחת מדה אחת לעשתי עשרה יריעת׃ | 15 |
Hər pərdənin uzunluğu otuz qulac, eni isə dörd qulac idi. On bir pərdə bir ölçüdə idi.
ויחבר את חמש היריעת לבד ואת שש היריעת לבד׃ | 16 |
Beş pərdəni ayrıca, altı pərdəni də ayrıca bitişdirdilər.
ויעש ללאת חמשים על שפת היריעה הקיצנה במחברת וחמשים ללאת עשה על שפת היריעה החברת השנית׃ | 17 |
Bir birləşmənin qıraq pərdəsinin kənarındakı kimi o biri birləşmənin qıraq pərdəsinin kənarında da əlli ilgək düzəltdilər.
ויעש קרסי נחשת חמשים לחבר את האהל להית אחד׃ | 18 |
Çadırı birləşdirib bütöv etmək üçün tuncdan əlli bənd düzəltdilər.
ויעש מכסה לאהל ערת אלים מאדמים ומכסה ערת תחשים מלמעלה׃ | 19 |
Çadır üçün qırmızı boyanmış qoç dərilərindən bir pərdə və onun üstündə suiti dərilərindən bir pərdə düzəltdilər.
ויעש את הקרשים למשכן עצי שטים עמדים׃ | 20 |
Müqəddəs məskən üçün əbrişim ağacından dik duran çərçivələr düzəltdilər.
עשר אמת ארך הקרש ואמה וחצי האמה רחב הקרש האחד׃ | 21 |
Hər çərçivənin uzunluğu on qulac, eni isə qulac yarım idi.
שתי ידת לקרש האחד משלבת אחת אל אחת כן עשה לכל קרשי המשכן׃ | 22 |
Hər çərçivənin üstündə iki bir-birinə bağlanan zivana var idi; məskənin bütün çərçivələrini belə düzəltdilər.
ויעש את הקרשים למשכן עשרים קרשים לפאת נגב תימנה׃ | 23 |
Məskənin cənub tərəfi üçün iyirmi çərçivə düzəltdilər.
וארבעים אדני כסף עשה תחת עשרים הקרשים שני אדנים תחת הקרש האחד לשתי ידתיו ושני אדנים תחת הקרש האחד לשתי ידתיו׃ | 24 |
Onların altına qoyulmaq üçün hər çərçivənin altındakı iki zivana üçün iki altlıq düzəltdilər; beləcə qırx gümüş altlıq düzəldildi.
ולצלע המשכן השנית לפאת צפון עשה עשרים קרשים׃ | 25 |
Məskənin şimal tərəfi üçün də iyirmi çərçivə düzəltdilər.
וארבעים אדניהם כסף שני אדנים תחת הקרש האחד ושני אדנים תחת הקרש האחד׃ | 26 |
Hər çərçivənin altında iki altlıq olmaqla qırx gümüş altlıq düzəltdilər.
ולירכתי המשכן ימה עשה ששה קרשים׃ | 27 |
Məskənin qərbə doğru arxası üçün altı çərçivə düzəltdilər.
ושני קרשים עשה למקצעת המשכן בירכתים׃ | 28 |
Məskənin arxa küncləri üçün isə iki çərçivə düzəltdilər;
והיו תואמם מלמטה ויחדו יהיו תמים אל ראשו אל הטבעת האחת כן עשה לשניהם לשני המקצעת׃ | 29 |
bunlar aşağıda birləşib yuxarıda bir halqaya taxıldı; hər iki künc üçün o cür iki çərçivə düzəltdilər.
והיו שמנה קרשים ואדניהם כסף ששה עשר אדנים שני אדנים שני אדנים תחת הקרש האחד׃ | 30 |
Bu səkkiz çərçivə üçün on altı gümüş altlıq, hər çərçivənin altında iki altlıq düzəldildi.
ויעש בריחי עצי שטים חמשה לקרשי צלע המשכן האחת׃ | 31 |
Əbrişim ağacından şüvüllər düzəltdilər: məskənin hər iki tərəfdəki çərçivələri üçün beş şüvül,
וחמשה בריחם לקרשי צלע המשכן השנית וחמשה בריחם לקרשי המשכן לירכתים ימה׃ | 32 |
məskənin qərbə doğru arxa çərçivələri üçün də beş şüvül düzəldildi.
ויעש את הבריח התיכן לברח בתוך הקרשים מן הקצה אל הקצה׃ | 33 |
Çərçivələrin ortasında bir ucdan o biri uca qədər uzanan orta şüvül düzəltdilər.
ואת הקרשים צפה זהב ואת טבעתם עשה זהב בתים לבריחם ויצף את הבריחם זהב׃ | 34 |
Çərçivələri qızılla örtdülər; şüvüllərin keçdiyi halqaları qızıldan düzəltdilər; şüvülləri də qızılla örtdülər.
ויעש את הפרכת תכלת וארגמן ותולעת שני ושש משזר מעשה חשב עשה אתה כרבים׃ | 35 |
Pərdəni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, üstünü isə keruvlar şəklində naxışla düzəltdilər.
ויעש לה ארבעה עמודי שטים ויצפם זהב וויהם זהב ויצק להם ארבעה אדני כסף׃ | 36 |
Onun üçün əbrişim ağacından dörd dirək düzəltdilər və onları qızılla örtdülər, üstündə qızıl qarmaqları qoydular; onlar üçün dörd gümüş altlıq tökdülər.
ויעש מסך לפתח האהל תכלת וארגמן ותולעת שני ושש משזר מעשה רקם׃ | 37 |
Çadırın girişi üçün arakəsməni bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxış tikməsi ilə düzəltdilər.
ואת עמודיו חמשה ואת וויהם וצפה ראשיהם וחשקיהם זהב ואדניהם חמשה נחשת׃ | 38 |
Onun beş dirək və qarmaqlarını da düzəltdilər. Yuxarılarını və bəndlərini qızılla örtdülər; beş altlığı isə tuncdan düzəltdilər.