< שמות 18 >
וישמע יתרו כהן מדין חתן משה את כל אשר עשה אלהים למשה ולישראל עמו כי הוציא יהוה את ישראל ממצרים׃ | 1 |
Midyanlıların kahini olan Musanın qayınatası Yetro Allahın Musa və xalqı İsrail üçün gördüyü bütün işləri, Rəbbin İsraili Misirdən çıxartdığını eşitdi.
ויקח יתרו חתן משה את צפרה אשת משה אחר שלוחיה׃ | 2 |
Musanın qayınatası Yetro Musanın arvadı Sipporanı iki oğlu ilə birgə geri gətirdi. Musa əvvəlcədən arvadını onun yanına göndərmişdi.
ואת שני בניה אשר שם האחד גרשם כי אמר גר הייתי בארץ נכריה׃ | 3 |
Musa «mən yad bir ölkədə qərib oldum» deyib oğlanlarının birinin adı Gerşom qoymuşdu.
ושם האחד אליעזר כי אלהי אבי בעזרי ויצלני מחרב פרעה׃ | 4 |
«Atamın Allahı köməyim oldu və məni fironun qılıncından qurtardı» deyib o birisinin adını Eliezer qoymuşdu.
ויבא יתרו חתן משה ובניו ואשתו אל משה אל המדבר אשר הוא חנה שם הר האלהים׃ | 5 |
Musanın qayınatası Yetro, oğulları və arvadı Musanın düşərgə saldığı Allahın dağı yerləşən səhraya gəlib,
ויאמר אל משה אני חתנך יתרו בא אליך ואשתך ושני בניה עמה׃ | 6 |
bu xəbəri Musaya göndərdi: «Mən – sənin qayınatan Yetro, arvadın və iki oğlunla yanına gəlirəm».
ויצא משה לקראת חתנו וישתחו וישק לו וישאלו איש לרעהו לשלום ויבאו האהלה׃ | 7 |
Musa qayınatasının qarşısına çıxdı, təzim edib onunla öpüşdü; onlar bir-birlərindən hal-əhval tutub çadıra girdilər.
ויספר משה לחתנו את כל אשר עשה יהוה לפרעה ולמצרים על אודת ישראל את כל התלאה אשר מצאתם בדרך ויצלם יהוה׃ | 8 |
Musa qayınatasına Rəbbin İsrail övladlarının xatirinə firona və Misirlilərə etdiyi bütün şeylər, yolda çəkdikləri bütün əziyyəti və Rəbbin onları necə qurtardığını nəql etdi.
ויחד יתרו על כל הטובה אשר עשה יהוה לישראל אשר הצילו מיד מצרים׃ | 9 |
Yetro Rəbbin İsrail övladlarına etdiyi bütün yaxşılıqlara və Misirlilərin əlindən onları qurtardığına görə sevindi.
ויאמר יתרו ברוך יהוה אשר הציל אתכם מיד מצרים ומיד פרעה אשר הציל את העם מתחת יד מצרים׃ | 10 |
Yetro dedi: «Sizi Misirlilərin və fironun əlindən qurtaran Rəbbə alqış olsun! Xalqı Misirlilərin əlinin altından qurtaran Odur.
עתה ידעתי כי גדול יהוה מכל האלהים כי בדבר אשר זדו עליהם׃ | 11 |
İndi bildim ki, Rəbb bütün allahlardan böyükdür, çünki onların öyündüklərindən də üstün oldu».
ויקח יתרו חתן משה עלה וזבחים לאלהים ויבא אהרן וכל זקני ישראל לאכל לחם עם חתן משה לפני האלהים׃ | 12 |
Sonra Musanın qayınatası Yetro Allaha yandırma və ünsiyyət qurbanları gətirdi. Harun ilə İsrail övladlarının bütün ağsaqqalları Musanın qayınatası ilə Allahın hüzurunda yemək yeməyə gəldilər.
ויהי ממחרת וישב משה לשפט את העם ויעמד העם על משה מן הבקר עד הערב׃ | 13 |
Ertəsi gün Musa oturub xalqa hakimlik edirdi. Xalq da səhərdən axşamadək Musanın ətrafında dayanmışdı.
וירא חתן משה את כל אשר הוא עשה לעם ויאמר מה הדבר הזה אשר אתה עשה לעם מדוע אתה יושב לבדך וכל העם נצב עליך מן בקר עד ערב׃ | 14 |
Qayınatası Musanın xalq üçün nə etdiyinə baxıb dedi: «Nə üçün bu xalqa belə edirsən? Niyə sən tək oturursan və bütün xalq səhərdən axşamadək ətrafında dayanıb gözləyir?»
ויאמר משה לחתנו כי יבא אלי העם לדרש אלהים׃ | 15 |
Musa qayınatasına dedi: «Ona görə ki xalq Allahdan soruşmaq üçün mənim yanıma gəlir.
כי יהיה להם דבר בא אלי ושפטתי בין איש ובין רעהו והודעתי את חקי האלהים ואת תורתיו׃ | 16 |
Həll olunmalı məsələləri olan adamlar yanıma gələndə aralarında qərar çıxarıram. Allahın qayda-qanunlarını da onlara bildirirəm».
ויאמר חתן משה אליו לא טוב הדבר אשר אתה עשה׃ | 17 |
Musanın qayınatası ona dedi: «Gördüyün iş yaxşı deyil.
נבל תבל גם אתה גם העם הזה אשר עמך כי כבד ממך הדבר לא תוכל עשהו לבדך׃ | 18 |
Əlbəttə, həm sən, həm də səninlə olan xalq üzülərsiniz. Axı bu iş sənin üçün ağırdır, onu təkbaşına edə bilməzsən.
עתה שמע בקלי איעצך ויהי אלהים עמך היה אתה לעם מול האלהים והבאת אתה את הדברים אל האלהים׃ | 19 |
İndi sözümə qulaq as, sənə bir məsləhət verim. Qoy Allah sənə yar olsun! Sən bu xalqa görə Allahın hüzurunda dayan və işlərini də Ona çatdır.
והזהרתה אתהם את החקים ואת התורת והודעת להם את הדרך ילכו בה ואת המעשה אשר יעשון׃ | 20 |
Onları qayda-qanunlar barəsində xəbərdar et, gedəcəkləri yolu və görəcəkləri işi göstər.
ואתה תחזה מכל העם אנשי חיל יראי אלהים אנשי אמת שנאי בצע ושמת עלהם שרי אלפים שרי מאות שרי חמשים ושרי עשרת׃ | 21 |
Bütün xalq arasından bacarıqlı, Allahdan qorxan, etibarlı, haram qazanca nifrət edən adamları seç. Onları minbaşı, yüzbaşı, əllibaşı, onbaşı təyin et ki,
ושפטו את העם בכל עת והיה כל הדבר הגדל יביאו אליך וכל הדבר הקטן ישפטו הם והקל מעליך ונשאו אתך׃ | 22 |
xalqı hər zaman mühakimə etsinlər. Qoy hər böyük işi sənin yanına gətirsinlər, hər kiçik işə isə özləri hakimlik etsinlər. Beləcə öz yükünü yüngülləşdir. Qoy o adamlar bu yükü səninlə daşısınlar.
אם את הדבר הזה תעשה וצוך אלהים ויכלת עמד וגם כל העם הזה על מקמו יבא בשלום׃ | 23 |
Əgər belə etsən, Allah da sənə belə əmr etsə, dözə bilərsən. Bütün xalq da razı olub öz yerinə gedər».
וישמע משה לקול חתנו ויעש כל אשר אמר׃ | 24 |
Musa qayınatası deyən sözlərə qulaq asıb əməl etdi.
ויבחר משה אנשי חיל מכל ישראל ויתן אתם ראשים על העם שרי אלפים שרי מאות שרי חמשים ושרי עשרת׃ | 25 |
Bundan sonra Musa İsrail övladları arasından bacarıqlı adamlar seçdi və onlardan xalqa başçı – minbaşılar, yüzbaşılar, əllibaşılar, onbaşılar təyin etdi.
ושפטו את העם בכל עת את הדבר הקשה יביאון אל משה וכל הדבר הקטן ישפוטו הם׃ | 26 |
Onlar hər vaxt xalqı mühakimə edirdilər. Çətin işləri isə Musanın yanına gətirir, hər kiçik işi isə özləri mühakimə edirdilər.
וישלח משה את חתנו וילך לו אל ארצו׃ | 27 |
Sonra Musa qayınatasını yola saldı, o da öz ölkəsinə getdi.