< שמואל א 19 >

וידבר שאול אל יונתן בנו ואל כל עבדיו להמית את דוד ויהונתן בן שאול חפץ בדוד מאד׃ 1
Şaul oğlu Yonatana və bütün əyanlarına tapşırdı ki, Davudu öldürsünlər. Lakin Şaulun oğlu Yonatanın Davuddan çox xoşu gəlirdi.
ויגד יהונתן לדוד לאמר מבקש שאול אבי להמיתך ועתה השמר נא בבקר וישבת בסתר ונחבאת׃ 2
Yonatan Davuda xəbər verib dedi: «Atam Şaul səni öldürmək istəyir. İndi isə rica edirəm, səhərə qədər özünü qoru. Bir yer tap, gizlən.
ואני אצא ועמדתי ליד אבי בשדה אשר אתה שם ואני אדבר בך אל אבי וראיתי מה והגדתי לך׃ 3
Mən isə çöldə gizləndiyin yerə çıxaraq atamın yanında dayanıb sənin haqqında onunla danışacağam. Əgər bir şey görsəm, gəlib sənə xəbər verərəm».
וידבר יהונתן בדוד טוב אל שאול אביו ויאמר אליו אל יחטא המלך בעבדו בדוד כי לוא חטא לך וכי מעשיו טוב לך מאד׃ 4
Yonatan atası Şaula Davudu tərifləyib dedi: «Padşah qulu Davuda qarşı günah etməsin, çünki o sənə qarşı heç vaxt günah etməyib və onun işləri sənin üçün çox xeyirli olmuşdur.
וישם את נפשו בכפו ויך את הפלשתי ויעש יהוה תשועה גדולה לכל ישראל ראית ותשמח ולמה תחטא בדם נקי להמית את דוד חנם׃ 5
O, canını dişinə tutub Qolyatı öldürdü və Rəbb bütün İsrailə böyük qələbə qazandırdı. Bunu sən də görüb sevindin. Davudu boş yerə öldürməklə nə üçün nahaq qan töküb günah edirsən?»
וישמע שאול בקול יהונתן וישבע שאול חי יהוה אם יומת׃ 6
Şaul Yonatanın sözünü dinləyib «var olan Rəbb haqqı, onu öldürməyəcəyəm» deyə and içdi.
ויקרא יהונתן לדוד ויגד לו יהונתן את כל הדברים האלה ויבא יהונתן את דוד אל שאול ויהי לפניו כאתמול שלשום׃ 7
Yonatan Davudu çağırdı və bütün bu sözləri ona xəbər verdi. Sonra o, Davudu Şaulun yanına gətirdi və Davud əvvəlki kimi Şaulun qulluğunda durdu.
ותוסף המלחמה להיות ויצא דוד וילחם בפלשתים ויך בהם מכה גדולה וינסו מפניו׃ 8
Yenidən müharibə başladı. Davud qalxıb Filiştlilərə qarşı vuruşdu, onları məğlubiyyətə uğratdı və Filiştlilər Davudun qabağından qaçdılar.
ותהי רוח יהוה רעה אל שאול והוא בביתו יושב וחניתו בידו ודוד מנגן ביד׃ 9
Şaul əlində nizə evdə oturmuşdu, Rəbbin izni ilə şər ruh onun üzərinə endi. Davud isə əlində lira çalırdı.
ויבקש שאול להכות בחנית בדוד ובקיר ויפטר מפני שאול ויך את החנית בקיר ודוד נס וימלט בלילה הוא׃ 10
Şaul Davudu nizə ilə divara yapışdırmağa çalışdı, lakin Davud Şaulun qabağından qaçdı, nizə divara yapışdı. Davud o gecə qaçıb canını qurtardı.
וישלח שאול מלאכים אל בית דוד לשמרו ולהמיתו בבקר ותגד לדוד מיכל אשתו לאמר אם אינך ממלט את נפשך הלילה מחר אתה מומת׃ 11
Şaul Davudun evinə adamlar göndərdi ki, onu güdüb səhər ikən öldürsünlər. Davudun arvadı Mikal bunu Davuda xəbər verib dedi: «Əgər bu gecə canını qurtarmasan, səhər ikən öldürüləcəksən».
ותרד מיכל את דוד בעד החלון וילך ויברח וימלט׃ 12
Sonra Mikal Davudu pəncərədən aşağı saldı və o qaçaraq qurtuldu.
ותקח מיכל את התרפים ותשם אל המטה ואת כביר העזים שמה מראשתיו ותכס בבגד׃ 13
Mikal ev bütünü götürüb yatağa uzatdı və başına tüklü keçi dərisi keçirib üstünü paltarla örtdü.
וישלח שאול מלאכים לקחת את דוד ותאמר חלה הוא׃ 14
Şaulun Davudu yaxalamaq üçün göndərdiyi adamlar gələndə Mikal dedi ki, o xəstədir.
וישלח שאול את המלאכים לראות את דוד לאמר העלו אתו במטה אלי להמתו׃ 15
Şaul Davudu görmək istəyirdi. Onun üçün başqa adamlar göndərib dedi: «Onu yatağının içindən çıxarıb yanıma gətirin ki, öldürüm».
ויבאו המלאכים והנה התרפים אל המטה וכביר העזים מראשתיו׃ 16
Bu adamlar içəri girib gördülər ki, yataqda başına tüklü keçi dərisi keçirilmiş büt uzanıb.
ויאמר שאול אל מיכל למה ככה רמיתני ותשלחי את איבי וימלט ותאמר מיכל אל שאול הוא אמר אלי שלחני למה אמיתך׃ 17
Şaul Mikala dedi: «Niyə məni aldatdın? Düşmənimi buraxdın, o da qurtuldu». Mikal Şaula cavab verdi: «Davud mənə dedi ki, məni burax, gedim! Axı niyə səni öldürüm?»
ודוד ברח וימלט ויבא אל שמואל הרמתה ויגד לו את כל אשר עשה לו שאול וילך הוא ושמואל וישבו בנוית׃ 18
Davud qaçıb qurtuldu və Ramaya, Şamuelin yanına gəldi. Şaulun ona qarşı nə etdiyini təfsilatı ilə Şamuelə danışdı və onunla birlikdə gedib Nayot məhəlləsində qaldılar.
ויגד לשאול לאמר הנה דוד בנוית ברמה׃ 19
«Budur, Davud Ramanın Nayot məhəlləsindədir» deyə Şaula xəbər verdilər.
וישלח שאול מלאכים לקחת את דוד וירא את להקת הנביאים נבאים ושמואל עמד נצב עליהם ותהי על מלאכי שאול רוח אלהים ויתנבאו גם המה׃ 20
Şaul Davudu gətirmək üçün oraya adamlar göndərdi. Adamlar Şamuelin başçılığı altında peyğəmbərlər dəstəsinin peyğəmbərlik etdiyini gördülər. Onda bu adamların da üstünə Allahın Ruhu endi və onlar da peyğəmbərlik etməyə başladılar.
ויגדו לשאול וישלח מלאכים אחרים ויתנבאו גם המה ויסף שאול וישלח מלאכים שלשים ויתנבאו גם המה׃ 21
Bunu Şaula xəbər verdilər, o başqa adamlar göndərdi və onlar da peyğəmbərlik etdilər. Şaul üçüncü dəfə yenə adamlar göndərdi, onlar da peyğəmbərlik etdilər.
וילך גם הוא הרמתה ויבא עד בור הגדול אשר בשכו וישאל ויאמר איפה שמואל ודוד ויאמר הנה בנוית ברמה׃ 22
Axırda özü Ramaya getdi və Sekuda olan böyük quyunun yanına gəlib oradakılardan soruşdu: «Şamuellə Davud haradadırlar?» Bir nəfər dedi ki, budur, Ramadakı Nayotda.
וילך שם אל נוית ברמה ותהי עליו גם הוא רוח אלהים וילך הלוך ויתנבא עד באו בנוית ברמה׃ 23
Şaul Ramadakı Nayota gedəndə onun da üstünə Allahın Ruhu endi və Ramadakı Nayota çatana qədər peyğəmbərlik edərək getdi.
ויפשט גם הוא בגדיו ויתנבא גם הוא לפני שמואל ויפל ערם כל היום ההוא וכל הלילה על כן יאמרו הגם שאול בנביאם׃ 24
Sonra o, paltarını soyunub Şamuelin qabağında peyğəmbərlik etdi və gəlib bütün o günü və gecəni çılpaq yerə sərildi. Buna görə də «Məgər Şaul da peyğəmbərlərin sırasındadır?» deyirlər.

< שמואל א 19 >