< מלכים א 15 >

ובשנת שמנה עשרה למלך ירבעם בן נבט מלך אבים על יהודה׃ 1
Nevat oğlu Yarovamın padşahlığının on səkkizinci ilində Aviya Yəhuda üzərində padşah oldu.
שלש שנים מלך בירושלם ושם אמו מעכה בת אבישלום׃ 2
O, Yerusəlimdə üç il padşahlıq etdi. Anasının adı Avişalom qızı Maaka idi.
וילך בכל חטאות אביו אשר עשה לפניו ולא היה לבבו שלם עם יהוה אלהיו כלבב דוד אביו׃ 3
Aviya atasının ondan qabaq etdiyi bütün günahları ilə getdi. Onun ürəyi babası Davuddan fərqli olaraq Allahı Rəbbə sadiq deyildi.
כי למען דוד נתן יהוה אלהיו לו ניר בירושלם להקים את בנו אחריו ולהעמיד את ירושלם׃ 4
Ancaq Allahı Rəbb Davudun xatirinə ona Yerusəlimdə bir çıraq verdi, özündən sonra oğlunu onun yerinə oturtdu və Yerusəlimi möhkəmləndirdi.
אשר עשה דוד את הישר בעיני יהוה ולא סר מכל אשר צוהו כל ימי חייו רק בדבר אוריה החתי׃ 5
Çünki Xetli Uriya ilə olan işindən başqa, Davud Rəbbin gözündə doğru olan işlər etdi və bütün ömrü boyu Onun əmr etdiyi heç bir şeydən kənara çıxmadı.
ומלחמה היתה בין רחבעם ובין ירבעם כל ימי חייו׃ 6
Aviyanın bütün ömrü boyu Rexavam və Yarovam arasında müharibə gedirdi.
ויתר דברי אבים וכל אשר עשה הלוא הם כתובים על ספר דברי הימים למלכי יהודה ומלחמה היתה בין אבים ובין ירבעם׃ 7
Aviyanın qalan işləri və onun etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. Aviya ilə Yarovam arasında müharibə gedirdi.
וישכב אבים עם אבתיו ויקברו אתו בעיר דוד וימלך אסא בנו תחתיו׃ 8
Aviya ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Onun yerinə oğlu Asa padşah oldu.
ובשנת עשרים לירבעם מלך ישראל מלך אסא מלך יהודה׃ 9
İsrail padşahı Yarovamın padşahlığının iyirminci ilində Asa Yəhuda üzərində padşah oldu.
וארבעים ואחת שנה מלך בירושלם ושם אמו מעכה בת אבישלום׃ 10
O, Yerusəlimdə qırx bir il padşahlıq etdi. Nənəsinin adı Avişalom qızı Maaka idi.
ויעש אסא הישר בעיני יהוה כדוד אביו׃ 11
Asa babası Davud kimi Rəbbin gözündə doğru olan işlər etdi.
ויעבר הקדשים מן הארץ ויסר את כל הגללים אשר עשו אבתיו׃ 12
O, məbəd fahişəliyi ilə məşğul olan kişiləri ölkədən qovdu və atalarının düzəltdiyi bütün bütləri aradan qaldırdı.
וגם את מעכה אמו ויסרה מגבירה אשר עשתה מפלצת לאשרה ויכרת אסא את מפלצתה וישרף בנחל קדרון׃ 13
Nənəsi Maakanı da mələkəlikdən məhrum etdi, çünki o, Aşera üçün iyrənc bir büt düzəltmişdi. Asa onun bütünü kəsib Qidron vadisində yandırdı.
והבמות לא סרו רק לבב אסא היה שלם עם יהוה כל ימיו׃ 14
Ancaq səcdəgahlar aradan qaldırılmadı, lakin Asanın ürəyi bütün ömrü boyu Rəbbə sadiq idi.
ויבא את קדשי אביו וקדשו בית יהוה כסף וזהב וכלים׃ 15
O, atasının və özünün təqdis etdiyi əşyaları – qızılı, gümüşü və qabları Rəbbin məbədinə gətirdi.
ומלחמה היתה בין אסא ובין בעשא מלך ישראל כל ימיהם׃ 16
Asa ilə İsrail padşahı Baaşa arasında ömürləri boyu müharibə gedirdi.
ויעל בעשא מלך ישראל על יהודה ויבן את הרמה לבלתי תת יצא ובא לאסא מלך יהודה׃ 17
İsrail padşahı Baaşa Yəhudaya hücum etdi və Yəhuda padşahı Asanın yanına gəlib-getmək istəyənləri buraxmamaq üçün Rama şəhərini tikdi.
ויקח אסא את כל הכסף והזהב הנותרים באוצרות בית יהוה ואת אוצרות בית מלך ויתנם ביד עבדיו וישלחם המלך אסא אל בן הדד בן טברמן בן חזיון מלך ארם הישב בדמשק לאמר׃ 18
Asa Rəbbin məbədinin və padşah sarayının xəzinələrində qalan bütün qızıl-gümüşü götürüb əyanlarına verdi. Padşah Asa onları Dəməşqdə yaşayan Aram padşahı Xezyon oğlu Tavrimmon oğlu Ben-Hadada bu xəbərlə göndərdi:
ברית ביני ובינך בין אבי ובין אביך הנה שלחתי לך שחד כסף וזהב לך הפרה את בריתך את בעשא מלך ישראל ויעלה מעלי׃ 19
«Sənin atanla mənim atam arasında saziş var idi, qoy bizim aramızda da saziş olsun. Sənə qızıl-gümüş hədiyyə göndərirəm. Get İsrail padşahı Baaşa ilə olan sazişini poz ki, torpağımdan geri çəkilsin».
וישמע בן הדד אל המלך אסא וישלח את שרי החילים אשר לו על ערי ישראל ויך את עיון ואת דן ואת אבל בית מעכה ואת כל כנרות על כל ארץ נפתלי׃ 20
Ben-Hadad padşah Asaya qulaq asdı və qoşun başçılarını İsrail şəhərlərinin üstünə göndərdi. Onun qoşunları bütün Naftali torpağına – İyona, Dana, Avel-Bet-Maakaya və bütün Kinneretə zərbə vurdu.
ויהי כשמע בעשא ויחדל מבנות את הרמה וישב בתרצה׃ 21
Baaşa bunu eşitdikdə Ramanı tikməyi dayandırdı və Tirsada qaldı.
והמלך אסא השמיע את כל יהודה אין נקי וישאו את אבני הרמה ואת עציה אשר בנה בעשא ויבן בם המלך אסא את גבע בנימן ואת המצפה׃ 22
Padşah Asa istisna etmədən bütün Yəhudalıları çağırdı və onlar Ramada Baaşanın tikməkdə olduğu yerlərin daşlarını və dirəklərini daşıdılar. Bunlarla padşah Asa Binyamin torpağındakı Gevanı və Mispanı tikdi.
ויתר כל דברי אסא וכל גבורתו וכל אשר עשה והערים אשר בנה הלא המה כתובים על ספר דברי הימים למלכי יהודה רק לעת זקנתו חלה את רגליו׃ 23
Asanın bütün qalan işləri, onun bütün hünəri, etdiyi hər şey və tikdiyi şəhərlər barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. Ancaq qocalanda onun ayaqları xəstə oldu.
וישכב אסא עם אבתיו ויקבר עם אבתיו בעיר דוד אביו וימלך יהושפט בנו תחתיו׃ 24
Asa ataları ilə uyudu və atası Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Yehoşafat padşah oldu.
ונדב בן ירבעם מלך על ישראל בשנת שתים לאסא מלך יהודה וימלך על ישראל שנתים׃ 25
Yəhuda padşahı Asanın padşahlığının ikinci ilində Yarovam oğlu Nadav İsrail üzərində padşah oldu və iki il padşahlıq etdi.
ויעש הרע בעיני יהוה וילך בדרך אביו ובחטאתו אשר החטיא את ישראל׃ 26
O, Rəbbin gözündə pis olan işlər etdi, atasının yolu və İsrailə etdirdiyi günahı ilə getdi.
ויקשר עליו בעשא בן אחיה לבית יששכר ויכהו בעשא בגבתון אשר לפלשתים ונדב וכל ישראל צרים על גבתון׃ 27
İssakar qəbiləsindən Axiya oğlu Baaşa ona qəsd hazırladı və Filiştlilərə məxsus olan Gibbetonda onu öldürdü. O zaman Nadav və bütün İsraillilər Gibbetonu mühasirəyə almışdılar.
וימתהו בעשא בשנת שלש לאסא מלך יהודה וימלך תחתיו׃ 28
Yəhuda padşahı Asanın padşahlığının üçüncü ilində Baaşa Nadavı öldürdü və onun yerinə padşah oldu.
ויהי כמלכו הכה את כל בית ירבעם לא השאיר כל נשמה לירבעם עד השמדו כדבר יהוה אשר דבר ביד עבדו אחיה השילני׃ 29
O, padşah olan kimi Yarovamın bütün nəslini qırdı, Yarovamdan nəfəs çəkən hər kəsi məhv edənə qədər bir nəfəri sağ buraxmadı. Beləcə Rəbbin Öz qulu Şilolu Axiya vasitəsilə söylədiyi söz yerinə yetdi.
על חטאות ירבעם אשר חטא ואשר החטיא את ישראל בכעסו אשר הכעיס את יהוה אלהי ישראל׃ 30
İsrailin Allahı Rəbbi qəzəbləndirərək Yarovamın özünün etdiyi və İsrailə etdirdiyi günahların ucbatından bu iş oldu.
ויתר דברי נדב וכל אשר עשה הלא הם כתובים על ספר דברי הימים למלכי ישראל׃ 31
Nadavın qalan işləri və onun etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
ומלחמה היתה בין אסא ובין בעשא מלך ישראל כל ימיהם׃ 32
Asa ilə İsrail padşahı Baaşa arasında bütün ömürləri boyu müharibə gedirdi.
בשנת שלש לאסא מלך יהודה מלך בעשא בן אחיה על כל ישראל בתרצה עשרים וארבע שנה׃ 33
Yəhuda padşahı Asanın padşahlığının üçüncü ilində Axiya oğlu Baaşa bütün İsrail üzərində padşah oldu və Tirsada iyirmi dörd il padşahlıq etdi.
ויעש הרע בעיני יהוה וילך בדרך ירבעם ובחטאתו אשר החטיא את ישראל׃ 34
O, Rəbbin gözündə pis olan işlər etdi, Yarovamın yolu və İsrailə etdirdiyi günahı ilə getdi.

< מלכים א 15 >