< תהילים 98 >
מִזְמוֹר שִׁירוּ לַֽיהוָה ׀ שִׁיר חָדָשׁ כִּֽי־נִפְלָאוֹת עָשָׂה הוֹשִֽׁיעָה־לּוֹ יְמִינוֹ וּזְרוֹעַ קָדְשֽׁוֹ׃ | 1 |
Məzmur. Rəbbə yeni bir ilahi oxuyun, Çünki O, xariqələr yaratdı. O, sağ əli ilə, Öz müqəddəs qolu ilə zəfərlər qazandı.
הוֹדִיעַ יְהוָה יְשׁוּעָתוֹ לְעֵינֵי הַגּוֹיִם גִּלָּה צִדְקָתֽוֹ׃ | 2 |
Rəbb zəfərini bəyan etdi, Millətlərin gözündə salehliyini aydın göstərdi.
זָכַר חַסְדּוֹ ׀ וֶֽאֱֽמוּנָתוֹ לְבֵית יִשְׂרָאֵל רָאוּ כָל־אַפְסֵי־אָרֶץ אֵת יְשׁוּעַת אֱלֹהֵֽינוּ׃ | 3 |
İsrail nəslinə Göstərdiyi məhəbbətini və sədaqətini xatırladı. Yer üzünün qurtaracağınadək hər yerdə Allahımızın zəfərini gördü.
הָרִיעוּ לַֽיהוָה כָּל־הָאָרֶץ פִּצְחוּ וְרַנְּנוּ וְזַמֵּֽרוּ׃ | 4 |
Ey bütün dünya, cuşa gəlib Rəbbə nida et, Birdən nida edin, mədh, tərənnüm səsini ucaldın!
זַמְּרוּ לַיהוָה בְּכִנּוֹר בְּכִנּוֹר וְקוֹל זִמְרָֽה׃ | 5 |
Rəbbi lira ilə – Lira ilə, ilahi bir səslə tərənnüm edin!
בַּחֲצֹצְרוֹת וְקוֹל שׁוֹפָר הָרִיעוּ לִפְנֵי ׀ הַמֶּלֶךְ יְהוָֽה׃ | 6 |
Kərənay, şeypur səsi ilə, Padşah olan Rəbbin hüzurunda cuşa gəlin, Ona nida edin!
יִרְעַם הַיָּם וּמְלֹאוֹ תֵּבֵל וְיֹשְׁבֵי בָֽהּ׃ | 7 |
Qoy dənizin və dənizdəki canlıların, Yer üzü və orada yaşayanların səsi ucalsın.
נְהָרוֹת יִמְחֲאוּ־כָף יַחַד הָרִים יְרַנֵּֽנוּ׃ | 8 |
Onun hüzurunda qoy çaylar əl çalsın, Dağlar birgə mədh oxusun!
לִֽפְֽנֵי־יְהוָה כִּי בָא לִשְׁפֹּט הָאָרֶץ יִשְׁפֹּֽט־תֵּבֵל בְּצֶדֶק וְעַמִּים בְּמֵישָׁרִֽים׃ | 9 |
Çünki Rəbb dünyaya hökm etmək üçün gəlir. Yer üzünə ədalətlə, Xalqlara insafla hökm edəcək!