< תהילים 3 >

מִזְמוֹר לְדָוִד בְּבָרְחוֹ מִפְּנֵי ׀ אַבְשָׁלוֹם בְּנֽוֹ׃ יְהוָה מָֽה־רַבּוּ צָרָי רַבִּים קָמִים עָלָֽי׃ 1
Davudun məzmuru. Oğlu Avşalomun qarşısından qaçanda. Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb! Əleyhimə qalxanlar nə qədər artıb!
רַבִּים אֹמְרִים לְנַפְשִׁי אֵין יְֽשׁוּעָתָה לּוֹ בֵֽאלֹהִים סֶֽלָה׃ 2
Mənim üçün çoxları deyir: «Allahdan ona xilas yoxdur». (Sela)
וְאַתָּה יְהוָה מָגֵן בַּעֲדִי כְּבוֹדִי וּמֵרִים רֹאשִֽׁי׃ 3
Amma Sən, ya Rəbb, ətrafımda sipərsən, Şərəfimsən, başımı ucaldan Sənsən!
קוֹלִי אֶל־יְהוָה אֶקְרָא וַיַּֽעֲנֵנִי מֵהַר קָדְשׁוֹ סֶֽלָה׃ 4
Rəbbi ucadan səsləyirəm, O, müqəddəs dağından mənə cavab verir. (Sela)
אֲנִי שָׁכַבְתִּי וָֽאִישָׁנָה הֱקִיצוֹתִי כִּי יְהוָה יִסְמְכֵֽנִי׃ 5
Mən yatıram, yuxuya gedirəm, Yenə oyanıram, çünki Rəbb mənə kömək edir.
לֹֽא־אִירָא מֵרִבְבוֹת עָם אֲשֶׁר סָבִיב שָׁתוּ עָלָֽי׃ 6
Hər yandan məni mühasirəyə alan On minlərlə xalqdan qorxmuram.
קוּמָה יְהוָה ׀ הוֹשִׁיעֵנִי אֱלֹהַי כִּֽי־הִכִּיתָ אֶת־כָּל־אֹיְבַי לֶחִי שִׁנֵּי רְשָׁעִים שִׁבַּֽרְתָּ׃ 7
Qalx, ya Rəbb! Ey Allahım, məni qurtar! Çünki Sən bütün düşmənlərimin əngindən vurursan, Pislərin dişlərini qırırsan.
לַיהוָה הַיְשׁוּעָה עַֽל־עַמְּךָ בִרְכָתֶךָ סֶּֽלָה׃ 8
Qurtuluş Rəbdəndir, Qoy Sənin xeyir-duan xalqının üzərində olsun! (Sela)

< תהילים 3 >