< תהילים 20 >

לַמְנַצֵּחַ מִזְמוֹר לְדָוִֽד׃ יַֽעַנְךָ יְהוָה בְּיוֹם צָרָה יְשַׂגֶּבְךָ שֵׁם ׀ אֱלֹהֵי יַעֲקֹֽב׃ 1
Musiqi rəhbəri üçün. Davudun məzmuru. Dar gündə Rəbb sənə cavab versin, Yaqubun Allahının ismi səni hifz etsin!
יִשְׁלַֽח־עֶזְרְךָ מִקֹּדֶשׁ וּמִצִיּוֹן יִסְעָדֶֽךָּ׃ 2
Müqəddəs məskənindən köməyinə çatsın, Siondan sənə dayaq olsun!
יִזְכֹּר כָּל־מִנְחֹתֶךָ וְעוֹלָתְךָ יְדַשְּׁנֶה סֶֽלָה׃ 3
Bütün təqdimlərindən razı qalsın, Yandırma qurbanların qəbul olunsun! (Sela)
יִֽתֶּן־לְךָ כִלְבָבֶךָ וְֽכָל־עֲצָתְךָ יְמַלֵּֽא׃ 4
O səni ürəyinin istəyinə çatdırsın, Hər bir niyyətini yerinə yetirsin!
נְרַנְּנָה ׀ בִּישׁוּעָתֶךָ וּבְשֵֽׁם־אֱלֹהֵינוּ נִדְגֹּל יְמַלֵּא יְהוָה כָּל־מִשְׁאֲלוֹתֶֽיךָ׃ 5
Biz sənin zəfərlərinə mədh oxuyarıq, Allahımız naminə bayraqlarımızı qaldırarıq! Rəbb səni hər bir diləyinə çatdırsın!
עַתָּה יָדַעְתִּי כִּי הוֹשִׁיעַ ׀ יְהוָה מְשִׁיחוֹ יַעֲנֵהוּ מִשְּׁמֵי קָדְשׁוֹ בִּגְבֻרוֹת יֵשַׁע יְמִינֽוֹ׃ 6
İndi bildim ki, Rəbb məsh etdiyinə zəfərlər verər, Müqəddəs səmasından ona cavab göndərər, Sağ əlinin qüdrəti onu qalib edər.
אֵלֶּה בָרֶכֶב וְאֵלֶּה בַסּוּסִים וַאֲנַחְנוּ ׀ בְּשֵׁם־יְהוָה אֱלֹהֵינוּ נַזְכִּֽיר׃ 7
Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür, Bizsə Allahımız Rəbbin adı ilə öyünürük.
הֵמָּה כָּרְעוּ וְנָפָלוּ וַאֲנַחְנוּ קַּמְנוּ וַנִּתְעוֹדָֽד׃ 8
Onlar büdrəyəcəklər, yıxılacaqlar, Bizsə qalxıb dik duracağıq.
יְהוָה הוֹשִׁיעָה הַמֶּלֶךְ יַעֲנֵנוּ בְיוֹם־קָרְאֵֽנוּ׃ 9
Ya Rəbb, Sən padşaha zəfər ver, Səni çağırarkən bizə cavab ver.

< תהילים 20 >