< תהילים 18 >
לַמְנַצֵּחַ ׀ לְעֶבֶד יְהוָה לְדָוִד אֲשֶׁר דִּבֶּר ׀ לַיהוָה אֶת־דִּבְרֵי הַשִּׁירָה הַזֹּאת בְּיוֹם הִֽצִּיל־יְהוָה אוֹתוֹ מִכַּף כָּל־אֹיְבָיו וּמִיַּד שָׁאֽוּל׃ וַיֹּאמַר אֶרְחָמְךָ יְהוָה חִזְקִֽי׃ | 1 |
Musiqi rəhbəri üçün. Rəbb Öz qulu Davudu bütün düşmənlərin və Şaulun əlindən qurtaranda Davudun Ona söylədiyi ilahi. O belə oxudu: Ey mənə qüvvət verən Rəbb, Səni sevirəm.
יְהוָה ׀ סַֽלְעִי וּמְצוּדָתִי וּמְפַלְטִי אֵלִי צוּרִי אֶֽחֱסֶה־בּוֹ מָֽגִנִּי וְקֶֽרֶן־יִשְׁעִי מִשְׂגַּבִּֽי׃ | 2 |
Rəbb qayam, qalam, xilaskarımdır, Allahım qayamdır, Ona pənah gətirəcəyəm, Odur qalxanım, qüdrətli qurtarıcım, qülləm.
מְהֻלָּל אֶקְרָא יְהוָה וּמִן־אֹיְבַי אִוָּשֵֽׁעַ׃ | 3 |
Həmdə layiq Rəbbi çağıracağam, Düşmənlərimin əlindən qurtulacağam.
אֲפָפוּנִי חֶבְלֵי־מָוֶת וְֽנַחֲלֵי בְלִיַּעַל יְבַֽעֲתֽוּנִי׃ | 4 |
Ətrafımı ölüm ipləri bürümüşdü, Məni əcəl selləri ürkütmüşdü.
חֶבְלֵי שְׁאוֹל סְבָבוּנִי קִדְּמוּנִי מוֹקְשֵׁי מָֽוֶת׃ (Sheol ) | 5 |
Ölülər diyarının ipləri mənə sarılmışdı, Ölüm kəməndləri məni qarşılamışdı. (Sheol )
בַּצַּר־לִי ׀ אֶֽקְרָא יְהוָה וְאֶל־אֱלֹהַי אֲשַׁוֵּעַ יִשְׁמַע מֵהֵיכָלוֹ קוֹלִי וְשַׁוְעָתִי לְפָנָיו ׀ תָּבוֹא בְאָזְנָֽיו׃ | 6 |
Əzab içində Rəbbə yalvardım, Allahıma fəryad qopardım. O, məbədindən səsimi eşitdi, Fəryadımsa hüzuruna, Onun qulağına yetdi.
וַתִּגְעַשׁ וַתִּרְעַשׁ ׀ הָאָרֶץ וּמוֹסְדֵי הָרִים יִרְגָּזוּ וַיִּתְגָּֽעֲשׁוּ כִּי־חָרָה לֽוֹ׃ | 7 |
O zaman yer üzü sarsılıb titrədi, Dağların təməlləri lərzəyə gəldi, Onlar sarsıldı, Çünki O qəzəbləndi.
עָלָה עָשָׁן ׀ בְּאַפּוֹ וְאֵשׁ־מִפִּיו תֹּאכֵל גֶּחָלִים בָּעֲרוּ מִמֶּֽנּוּ׃ | 8 |
Burnundan tüstü çıxıb yüksəldi, Ağzından yandırıb-yaxan alov püskürdü, Bundan közlər tutuşdu.
וַיֵּט שָׁמַיִם וַיֵּרַד וַעֲרָפֶל תַּחַת רַגְלֽ͏ָיו׃ | 9 |
O, göyləri yarıb yerədək endi, Qatı zülmət ayaqları altında idi.
וַיִּרְכַּב עַל־כְּרוּב וַיָּעֹף וַיֵּדֶא עַל־כַּנְפֵי־רֽוּחַ׃ | 10 |
Bir keruva minib uçdu, Yel qanadları üstə şığıdı.
יָשֶׁת חֹשֶׁךְ ׀ סִתְרוֹ סְבִֽיבוֹתָיו סֻכָּתוֹ חֶשְׁכַת־מַיִם עָבֵי שְׁחָקִֽים׃ | 11 |
Gizlənmək üçün ətrafını zülmətə bürüdü, Tufan qoparan qara buludlardan Özünə çardaq qurdu.
מִנֹּגַהּ נֶגְדּוֹ עָבָיו עָבְרוּ בָּרָד וְגַֽחֲלֵי־אֵֽשׁ׃ | 12 |
Hüzurundan şəfəq saçdı, Odlu közlər və dolu buludları yardı.
וַיַּרְעֵם בַּשָּׁמַיִם ׀ יְֽהוָה וְעֶלְיוֹן יִתֵּן קֹלוֹ בָּרָד וְגַֽחֲלֵי־אֵֽשׁ׃ | 13 |
Rəbb göylərdə gurladı, Haqq-Taala səs saldı, Odlu közlər və dolu yağdı.
וַיִּשְׁלַח חִצָּיו וַיְפִיצֵם וּבְרָקִים רָב וַיְהֻמֵּֽם׃ | 14 |
Oxlarını atıb düşmənləri darmadağın etdi, Şimşəyini çaxdırıb onları dağıtdı.
וַיֵּרָאוּ ׀ אֲפִיקֵי מַיִם וַֽיִּגָּלוּ מוֹסְדוֹת תֵּבֵל מִגַּעֲרָתְךָ יְהוָה מִנִּשְׁמַת רוּחַ אַפֶּֽךָ׃ | 15 |
Ya Rəbb, Sənin məzəmmətindən, Burnundakı nəfəsinin şiddətindən Suların dərinlikləri göründü, Dünyanın bünövrələri açıq qaldı.
יִשְׁלַח מִמָּרוֹם יִקָּחֵנִי יַֽמְשֵׁנִי מִמַּיִם רַבִּֽים׃ | 16 |
O, ucalardan əl uzadıb məni tutdu, Məni dərin suların içindən çıxartdı.
יַצִּילֵנִי מֵאֹיְבִי עָז וּמִשֹּׂנְאַי כִּֽי־אָמְצוּ מִמֶּֽנִּי׃ | 17 |
Məni qüvvətli düşmənimdən azad etdi, Çünki yağılarım məndən güclü idi.
יְקַדְּמוּנִי בְיוֹם־אֵידִי וַֽיְהִי־יְהוָה לְמִשְׁעָן לִֽי׃ | 18 |
Fəlakətli günümdə qarşıma çıxdılar, Lakin Rəbb mənə dayaq oldu.
וַיּוֹצִיאֵנִי לַמֶּרְחָב יְחַלְּצֵנִי כִּי חָפֵֽץ בִּֽי׃ | 19 |
O məni genişliyə çıxardı, Məndən razı qalıb məni qurtardı.
יִגְמְלֵנִי יְהוָה כְּצִדְקִי כְּבֹר יָדַי יָשִׁיב לִֽי׃ | 20 |
Rəbb mənə salehliyim naminə ənam verdi, Mənə əlitəmizliyimin əvəzini verdi.
כִּֽי־שָׁמַרְתִּי דַּרְכֵי יְהוָה וְלֹֽא־רָשַׁעְתִּי מֵאֱלֹהָֽי׃ | 21 |
Çünki Rəbbin yolunu tutmuşam, Pis olub Allahımın yolundan azmamışam.
כִּי כָל־מִשְׁפָּטָיו לְנֶגְדִּי וְחֻקֹּתָיו לֹא־אָסִיר מֶֽנִּי׃ | 22 |
Onun bütün hökmləri önümdədir, Qaydalarından imtina etməmişəm.
וָאֱהִי תָמִים עִמּוֹ וָאֶשְׁתַּמֵּר מֵעֲוֺנִֽי׃ | 23 |
Onunla mən kamala çatmışam, Özümü günahdan qorumuşam.
וַיָּֽשֶׁב־יְהוָה לִי כְצִדְקִי כְּבֹר יָדַי לְנֶגֶד עֵינָֽיו׃ | 24 |
Rəbb mənə salehliyimin əvəzini verdi, Gözünün önündə əlitəmiz olmağımın əvəzini verdi.
עִם־חָסִיד תִּתְחַסָּד עִם־גְּבַר תָּמִים תִּתַּמָּֽם׃ | 25 |
Sədaqətlilərlə sədaqətlisən, Kamillərlə kamilsən.
עִם־נָבָר תִּתְבָּרָר וְעִם־עִקֵּשׁ תִּתְפַּתָּֽל׃ | 26 |
Təmizlərlə təmizsən, Əyrilərlə əyriliyinə görə davranırsan.
כִּֽי־אַתָּה עַם־עָנִי תוֹשִׁיעַ וְעֵינַיִם רָמוֹת תַּשְׁפִּֽיל׃ | 27 |
İtaətkar insanları qurtarırsan, Təkəbbürlü baxışları alçaldırsan.
כִּֽי־אַתָּה תָּאִיר נֵרִי יְהוָה אֱלֹהַי יַגִּיהַּ חָשְׁכִּֽי׃ | 28 |
Ya Rəbb, Sən çırağıma işıq verirsən! Allahım Rəbb zülmətimi nura çevirir.
כִּֽי־בְךָ אָרֻץ גְּדוּד וּבֵֽאלֹהַי אֲדַלֶּג־שֽׁוּר׃ | 29 |
Səninlə qoşun üstünə hücum çəkirəm, Allahımla sədlər keçirəm.
הָאֵל תָּמִים דַּרְכּוֹ אִמְרַֽת־יְהוָה צְרוּפָה מָגֵן הוּא לְכֹל ׀ הַחֹסִים בּֽוֹ׃ | 30 |
Allahın yolu kamildir, Rəbbin kəlamı safdır, Rəbb Ona sığınanların sipəridir.
כִּי מִי אֱלוֹהַּ מִבַּלְעֲדֵי יְהוָה וּמִי צוּר זוּלָתִי אֱלֹהֵֽינוּ׃ | 31 |
Rəbdən başqa Allah kimdir ki? Allahımızdan başqa qaya kimdir ki?
הָאֵל הַמְאַזְּרֵנִי חָיִל וַיִּתֵּן תָּמִים דַּרְכִּֽי׃ | 32 |
Allah məni qüvvəsi ilə bürüyər, Yolumu kamil edər.
מְשַׁוֶּה רַגְלַי כָּאַיָּלוֹת וְעַל בָּמֹתַי יַעֲמִידֵֽנִי׃ | 33 |
Ayaqlarımı maral ayaqları kimi çevik edər, Məni zirvələrimdə saxlar.
מְלַמֵּד יָדַי לַמִּלְחָמָה וְֽנִחֲתָה קֶֽשֶׁת־נְחוּשָׁה זְרוֹעֹתָֽי׃ | 34 |
Əllərimə döyüş təlimi verər, Qollarım tunc kamanın yayını dartar.
וַתִּתֶּן־לִי מָגֵן יִשְׁעֶךָ וִֽימִינְךָ תִסְעָדֵנִי וְֽעַנְוַתְךָ תַרְבֵּֽנִי׃ | 35 |
Sən mənə qurtuluş qalxanını verdin, Mənə sağ əlinlə dayaq oldun, Köməyinlə məni yüksəltdin.
תַּרְחִיב צַעֲדִי תַחְתָּי וְלֹא מָעֲדוּ קַרְסֻלָּֽי׃ | 36 |
Geniş yer açdın ki, addımlayım, Ayaqlarım büdrəməsin.
אֶרְדּוֹף אוֹיְבַי וְאַשִּׂיגֵם וְלֹֽא־אָשׁוּב עַד־כַּלּוֹתָֽם׃ | 37 |
Düşmənlərimi qovub onlara çatdım, Onlar məhv olanadək geriyə qayıtmadım.
אֶמְחָצֵם וְלֹא־יֻכְלוּ קוּם יִפְּלוּ תַּחַת רַגְלָֽי׃ | 38 |
Onları əzdim, qalxa bilmədilər, Ayaqlarımın altına sərildilər.
וַתְּאַזְּרֵנִי חַיִל לַמִּלְחָמָה תַּכְרִיעַ קָמַי תַּחְתָּֽי׃ | 39 |
Döyüş üçün məni qüvvə ilə bürüdün, Əleyhdarlarımı ayağımın altına saldın.
וְֽאֹיְבַי נָתַתָּה לִּי עֹרֶף וּמְשַׂנְאַי אַצְמִיתֵֽם׃ | 40 |
Düşmənlərimin kürəyini mənə sarı çevirdin, Mənə nifrət edən yağıları məhv etdim.
יְשַׁוְּעוּ וְאֵין־מוֹשִׁיעַ עַל־יְהוָה וְלֹא עָנָֽם׃ | 41 |
Fəryad etsələr də, onları qurtaran olmadı, Rəbbi çağırsalar da, cavab almadılar.
וְֽאֶשְׁחָקֵם כְּעָפָר עַל־פְּנֵי־רוּחַ כְּטִיט חוּצוֹת אֲרִיקֵֽם׃ | 42 |
Onları əzib külək sovuran toz etdim, Küçələrin palçığı kimi tapdaladım.
תְּפַלְּטֵנִי מֵרִיבֵי עָם תְּשִׂימֵנִי לְרֹאשׁ גּוֹיִם עַם לֹא־יָדַעְתִּי יַֽעַבְדֽוּנִי׃ | 43 |
Sən məni xalqın çəkişmələrindən qurtardın, Məni millətlərə başçı qoydun, Tanımadığım xalqları mənə tabe etdirdin.
לְשֵׁמַֽע אֹזֶן יִשָּׁמְעוּ לִי בְּנֵֽי־נֵכָר יְכַחֲשׁוּ־לִֽי׃ | 44 |
Yadellilər mənə boyun əydilər, Səsimi eşidəndə mənə itaət etdilər.
בְּנֵי־נֵכָר יִבֹּלוּ וְיַחְרְגוּ מִֽמִּסְגְּרֽוֹתֵיהֶֽם׃ | 45 |
Yadellilərin cəsarəti qırıldı, Titrəyərək sığınacaqlarından çıxdılar.
חַי־יְהוָה וּבָרוּךְ צוּרִי וְיָרוּם אֱלוֹהֵי יִשְׁעִֽי׃ | 46 |
Rəbb əbədi yaşayır! Qayama alqış olsun! Məni qurtaran Allahım ucalsın!
הָאֵל הַנּוֹתֵן נְקָמוֹת לִי וַיַּדְבֵּר עַמִּים תַּחְתָּֽי׃ | 47 |
O, Allahdır, mənə görə qisas alır, Xalqları mənə tabe etdirir.
מְפַלְּטִי מֵאֹיְבָי אַף מִן־קָמַי תְּרוֹמְמֵנִי מֵאִישׁ חָמָס תַּצִּילֵֽנִי׃ | 48 |
O məni düşmənlərimin arasından xilas edir, Bəli, məni yağılar üstündə ucaldır, Məni zalımların əlindən qurtarır.
עַל־כֵּן ׀ אוֹדְךָ בַגּוֹיִם ׀ יְהוָה וּלְשִׁמְךָ אֲזַמֵּֽרָה׃ | 49 |
Buna görə, ya Rəbb, Millətlər arasında Sənə şükür edəcəyəm, İsminə tərənnüm söyləyəcəyəm.
מגדל מַגְדִּיל יְשׁוּעוֹת מַלְכּוֹ וְעֹשֶׂה חֶסֶד ׀ לִמְשִׁיחוֹ לְדָוִד וּלְזַרְעוֹ עַד־עוֹלָֽם׃ | 50 |
Rəbb padşahına böyük zəfərlər verər, Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər.