< תהילים 121 >
שִׁיר לַֽמַּעֲלוֹת אֶשָּׂא עֵינַי אֶל־הֶהָרִים מֵאַיִן יָבֹא עֶזְרִֽי׃ | 1 |
Ziyarət nəğməsi. Gözlərimi dağlara dikirəm, Haradan mənə kömək gələcək?
עֶזְרִי מֵעִם יְהוָה עֹשֵׂה שָׁמַיִם וָאָֽרֶץ׃ | 2 |
Göyləri və yeri yaradan Rəbdən Mənə kömək gələcək.
אַל־יִתֵּן לַמּוֹט רַגְלֶךָ אַל־יָנוּם שֹֽׁמְרֶֽךָ׃ | 3 |
O, ayaqlarını büdrəməyə qoymaz, Səni qoruyan yatmaz.
הִנֵּה לֹֽא־יָנוּם וְלֹא יִישָׁן שׁוֹמֵר יִשְׂרָאֵֽל׃ | 4 |
Bax İsraili qoruyan yuxulamaz, Yatıb qalmaz.
יְהוָה שֹׁמְרֶךָ יְהוָה צִלְּךָ עַל־יַד יְמִינֶֽךָ׃ | 5 |
Səni qoruyan Rəbdir, O, sağ tərəfindədir, sənə kölgədir.
יוֹמָם הַשֶּׁמֶשׁ לֹֽא־יַכֶּכָּה וְיָרֵחַ בַּלָּֽיְלָה׃ | 6 |
Gündüz günəşin ziyanı sənə dəyməz, Gecə ay da sənə zərər verməz.
יְֽהוָה יִשְׁמָרְךָ מִכָּל־רָע יִשְׁמֹר אֶת־נַפְשֶֽׁךָ׃ | 7 |
Rəbb səni hər cür şərdən saxlayar, Canını qoruyar.
יְֽהוָה יִשְׁמָר־צֵאתְךָ וּבוֹאֶךָ מֵֽעַתָּה וְעַד־עוֹלָֽם׃ | 8 |
Rəbb gediş-gəlişini hifz edər İndidən sonsuza qədər.