< תהילים 115 >
לֹא לָנוּ יְהוָה לֹא לָנוּ כִּֽי־לְשִׁמְךָ תֵּן כָּבוֹד עַל־חַסְדְּךָ עַל־אֲמִתֶּֽךָ׃ | 1 |
Bizi yox, ya Rəbb, bizi yox, Məhəbbətin, sədaqətin naminə Öz adını şərəfləndir.
לָמָּה יֹאמְרוּ הַגּוֹיִם אַיֵּה־נָא אֱלֹהֵיהֶֽם׃ | 2 |
Niyə millətlər belə desin: «Onların Allahı haradadır?»
וֵֽאלֹהֵינוּ בַשָּׁמָיִם כֹּל אֲשֶׁר־חָפֵץ עָשָֽׂה׃ | 3 |
Allahımız göylərdədir, Öz istədiyini edir.
עֲֽצַבֵּיהֶם כֶּסֶף וְזָהָב מַעֲשֵׂה יְדֵי אָדָֽם׃ | 4 |
Amma onların bütləri qızıldan, gümüşdən düzəlmişdir, Onlar insan əllərinin işidir.
פֶּֽה־לָהֶם וְלֹא יְדַבֵּרוּ עֵינַיִם לָהֶם וְלֹא יִרְאֽוּ׃ | 5 |
Ağızları var, danışa bilmir, Gözləri var, amma görmür,
אָזְנַיִם לָהֶם וְלֹא יִשְׁמָעוּ אַף לָהֶם וְלֹא יְרִיחֽוּן׃ | 6 |
Qulaqları var, eşitmir, Burunları var, qoxu bilmir,
יְדֵיהֶם ׀ וְלֹא יְמִישׁוּן רַגְלֵיהֶם וְלֹא יְהַלֵּכוּ לֹֽא־יֶהְגּוּ בִּגְרוֹנָֽם׃ | 7 |
Əlləri var, hiss etmir, Ayaqları var, gəzə bilmir, Boğazlarından səs gəlmir.
כְּמוֹהֶם יִהְיוּ עֹשֵׂיהֶם כֹּל אֲשֶׁר־בֹּטֵחַ בָּהֶֽם׃ | 8 |
Bütləri düzəldən, onlara güvənən insanlar Bu bütlər kimi cansız olacaqlar.
יִשְׂרָאֵל בְּטַח בַּיהוָה עֶזְרָם וּמָגִנָּם הֽוּא׃ | 9 |
Ey İsraillilər, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz!
בֵּית אַהֲרֹן בִּטְחוּ בַיהוָה עֶזְרָם וּמָגִנָּם הֽוּא׃ | 10 |
Ey Harun nəsli, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz!
יִרְאֵי יְהוָה בִּטְחוּ בַיהוָה עֶזְרָם וּמָגִנָּם הֽוּא׃ | 11 |
Ey Rəbdən qorxanlar, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz!
יְהוָה זְכָרָנוּ יְבָרֵךְ יְבָרֵךְ אֶת־בֵּית יִשְׂרָאֵל יְבָרֵךְ אֶת־בֵּית אַהֲרֹֽן׃ | 12 |
Rəbb bizi unutmayıb, Bizə xeyir-dua verəcək – İsrail nəslinə xeyir-dua verəcək, Harun nəslinə xeyir-dua verəcək,
יְבָרֵךְ יִרְאֵי יְהוָה הַקְּטַנִּים עִם־הַגְּדֹלִֽים׃ | 13 |
Kiçikdən böyüyə qədər Ondan qorxanlara xeyir-dua verəcək.
יֹסֵף יְהוָה עֲלֵיכֶם עֲלֵיכֶם וְעַל־בְּנֵיכֶֽם׃ | 14 |
Qoy Rəbb sizi, Sizi və nəslinizi artırsın!
בְּרוּכִים אַתֶּם לַיהוָה עֹשֵׂה שָׁמַיִם וָאָֽרֶץ׃ | 15 |
Rəbdən, göyləri və yeri Yaradandan Bərəkət alasınız!
הַשָּׁמַיִם שָׁמַיִם לַיהוָה וְהָאָרֶץ נָתַן לִבְנֵי־אָדָֽם׃ | 16 |
Rəbb səmaya sahibdir, Yeri bəşər övladlarına verdi.
לֹא הַמֵּתִים יְהַֽלְלוּ־יָהּ וְלֹא כָּל־יֹרְדֵי דוּמָֽה׃ | 17 |
Ölənlər, sükut diyarına düşənlər Rəbbə həmd etmirlər.
וַאֲנַחְנוּ ׀ נְבָרֵךְ יָהּ מֵֽעַתָּה וְעַד־עוֹלָם הַֽלְלוּ־יָֽהּ׃ | 18 |
Lakin biz Rəbbə alqış edirik İndidən sonsuzadək. Rəbbə həmd edin!